XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 11:03

RUSİYA GƏMİLƏRİ SANKSİYA QAYDALARINI POZARAQ NEFT SATIR –Qərb kəşfiyyatı Şimali Koreyaya uzanan gizli şəbəkəni faş edib - ARAŞDIRMA

Qay Folkonbric, Conatan Col, Polina Nikolskaya

“Reuters” (Böyük Britaniya)

 

Rusiya tankerləri son iki ayda Şimali Koreyanı ən az üç dəfə yanacaqla təmin ediblər. Qərb Avropanın iki təhlükəsizlik qaynağına görə, bununla da kommunist dövləti iqtisadiyyatının həyat qabiliyyətliliyi gizli yolla təmin edilib.

Dünyadakı ikinci böyük neft ixracatçısı və BMT Təhlükəsizlik Şurasının veto hüquqlu üzvü olan Rusiya neft və ya neft məhsullarının satışı ilə beynəlxalq sanksiyaları pozub.

Oktyabr və noyabr aylarındakı təchizat məlumatları göstərir ki, Rusiyadan Şimali Koreyaya qaçaqmalçılıq yolu ilə dəniz yükləri daşınması inkişaf etdirilib. Hələ sentyabr ayından Şimali Koreya gəmiləri Rusiyadan birbaşa vətənə qayıdıblar.

Anonimlik şərti ilə danışan ilk təhlükəsizlik mənbəyi “Reuters” agentliyinə bildirib ki, "Rusiya gəmiləri sanksiyaların pozaraq Şimali Koreya gəmilərinə bir neçə dəfə neft-kimya məhsullarını nəql edib".

Şimali Koreya və Rusiya gəmilərinin yanacaq ticarətinin mövcudluğunu müstəqil şəkildə təsdiqləyən ikinci mənbə, son dövrlərdə bu işdə Rusiya dövlətinin iştirakı barədə heç bir dəlil olmadığını söylədi.

Avropalı təhlükəsizlik mənbəyindən verilən məlumata görə, bu qaçaqmalçılığın Rusiya dövləti tərəfindən dəstəkləndiyinə dair bir dəlil yoxdur, lakin Rusiya gəmiləri şimali koreyalıların ömrünü uzadır.

İki təhlükəsizlik qaynağı Rusiyanın Uzaq Şərq-Sakit okean limanlarından fəaliyyət göstərən gəmilərin peyk görüntülərini əsas gətirib.

Rusiyanın Xarici İşlər Nazirliyi və Rusiya Gömrük Xidməti rus gəmilərinin Şimali Koreya gəmilərini yanacaq təmin etdiklərinə dair sorğuları şərh verməkdən imtina edib. Şimali Koreyaya qaçaqmalçılıqda ittiham olunan bir gəminin sahibi də bu cür fəaliyyəti boynuna almayıb.

Son hesabatlarda ABŞ prezidenti Donald Trampın tənqidinə cavab olaraq, Çin də Şimali Koreyaya qeyri-qanuni yollarla neft məhsulları göndərildiyini təkzib edib.

İqtisadiyyatının fəaliyyətini davam etdirmək üçün Şimali Koreya idxal yanacağına güvənir. Həm də qitələrarası ballistik raket və nüvə proqramları çoxlu neft tələb edir. ABŞ iddia edir ki, bu proqramlar Asiyada sülhü təhdid edir.

"Bu gəmilər Rusiyanın Uzaq Şərq limanlarından Rusiya yanacağını qaçaqmalçılıq yolu ilə Şimali Koreyaya çatdırır", – anonimlik şərti ilə danışan ilk təhlükəsizlik mənbəyi bildirib.

Şimali Koreyaya yanacaq çatdıran gəmilər barədə Rusiya dövlətinin xəbərdar olduğu və ya neçə gəminin köçürmələrdə iştirak etdiyini müstəqil bir şəkildə yoxlamaq mümkün deyil.

“Eikon” şirkətinin məlumatları da bəzi Rusiya gəmilərinin qeyri-adi hərəkətlərini göstərir.

Təhlükəsizlik qaynaqları Rusiya bayraqlı “Vityaz” tankerinin Şimali Koreya gəmilərinə yanacaq köçürən gəmi olduğunu iddia edir.

“Vityaz”, Rusiya liman idarəsi sənədlərinə görə, oktyabrın 15-də Rusiyanın Vladivostok yaxınlığında Slavyanka limanını 1600 ton neft ilə tərk edib.

Gəmi agentinin Rusiya dövlət liman nəzarət orqanına təqdim etdiyi sənədlərə əsasən, “Vityaz” Yapon dənizindəki balıqçılıq donanmasının vahididir. Gəminin açıq sulara girdiyi bir neçə gündə transponderi söndürülüb.

Avropanın təhlükəsizlik qaynaqlarına əsasən, “Vityaz” oktyabr ayı boyunca açıq dənizlərdə Şimali Koreya bayraqlı “Sam Ma 2” tankeri ilə nəql həyata keçirib.

“Sam Ma 2” avqust ayından etibarən transponderini söndürdüyündən onu izləmək mümkün olmayıb.

Rusiya gəmisinin sahibi Şimali Koreyanın gəmiləri ilə əlaqə saxlamadığını, lakin gəminin balıqçılıq gəmilərinin yanacaqla təmin etmədiyini söyləyib.

Vladivostokda yerləşən “Alisa Ltd” firmasının direktor müavini Yaroslav Quk, gəminin Şimali Koreya gəmiləri ilə əlaqəsi olmadığını bildirib.

"Qətiliklə yox, bu, çox təhlükəlidir, – Guk telefonla “Reuters”-ə bildirib. – Bu, ağılsızlıq olardı".

Quk ikinci ünsiyyət zamanı “Vityaz”ın Şimali Koreya gəmiləri ilə heç bir əlaqəsi olmadığını və başqa suallara cavab verməyəcəyini söyləyib.

Gəminin nəqliyyat agenti “East Coast Ltd”-in rəsmi nümayəndəsi şərh verməkdən imtina edib.

Digər iki Rusiya bayraqlı tanker oktyabr və noyabr aylarının ortalarında Slavyanka və Naxodka limanlarından açıq dənizə çıxaraq transponderlərini söndürməklə oxşar səyahətlər edib.

Sentyabr ayında ABŞ-ın səlahiyyətliləri, sanksiyaların zəiflədilməsi üçün tez-tez istifadə olunan başqa istiqamətdə elan edilməsi ilə, bu il Rusiyadan yanacaq yüklü ən azı 8 Şimali Koreya gəmisinin vətənlərinə yönəldiyini iddia edib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə