XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 08:36

İRANI QIŞDA YAXALAYAN “FARS BAHARI”? –“Ruhaniyə ölüm!” və “İrana qayıt, İran şahı!” arzuları... – Təhlil  

Stanislav Tarasov

regnum.ru, 31.12.2017

 

İnformasiya agentlikləri İranın Məşhəd şəhərində “yumurta etirazları” haqda (bu ərzağın qiyməti qalxıb) məlumat verməyə başlayanda ekspertlərin çox azı buna önəmli dəyər verirdi. Etiraz hərəkatı yalnız böyük meqapolislərə – Tehran, Rəşt, Kirmanşah, İsfahan, Həmədana keçəndən sonra Qərb KİV-ləri “ölkədə 2009-cu ildən bəri ən kütləvi antihökumət çıxışları başlanıb” qiymətini verəndə (düzdür, etirazçıların sayı göstərilmir) İranda nə baş verdiyi haqda sual meydana çıxır.

Yaxın Şərqin istənilən başqa ölkəsi kimi, bu ölkədə də vətəndaşlarda qıcıq doğura biləsi mürəkkəb sosial-iqtisadi və siyasi problemlər obyektiv şəkildə mövcuddur. Bu, heç kim üçün sirr deyil. İranda etiraz aksiyaları əvvəllər də olub, bu zaman nəzərə almaq gərəkdir ki, iranlılar uzun illər boyu beynəlxalq sanksiyalar altında yaşayıblar.

Gələn məlumatlara əsasən, birincisi, bu dəfə adamların fəallığına mütəşəkkil xarakter verməyə çalışırlar, etirazlar sosial şəbəkələrdə fəal müzakirə olunur, siyasi tələblər irəli sürülür.

İkincisi, indiki antihökumət çıxışları 2009-cu ildə İran müxalifətinin lideri Mirhüseyn Musəviyə dəstək nümayişlərinin ildönümünə düşür və sanki İranda baş verənləri eyniyyətləşdirmək imkanı verir.

Xatırladaq ki, 2009-cun ilin iyunundakı üsyan sırf siyasi problemlərdən doğmuşdu: adamlar Mahmud Əhmədinejadın qalib gəldiyi prezident seçkilərinin rəsmi nəticələri elan edildikdən sonra küçələrə çıxmışdılar. Musəvi tərəfdarlarının bir neçə min adamın qatıldığı çıxışları “Rədd olsun diktator!” və “Diktatora ölüm!” şüarları altında keçirdi. Musəvi islahatçı mövqe tutmuşdu və “ABŞ və İsraillə münasibətləri pisləşdirən və ölkə iqtisadiyyatını təhlükəyə atan” mühafizəkar Əhmədinejadı tənqid edirdi.

Bəs bu gün nə olub? 

İranşünaslar İrandakı siyasi qüvvələri, adətən, mühafizəkarlar (İslam inqilabının sərt prinsiplərinin tərəfdarları), mötədillər (indiki prezident Həsən Ruhaninin tərəfdarları), islahatçılara (dövlət və cəmiyyətin inkişafına daha liberal baxışların tərəfdarları) bölürlər.

Və hələlik səthi olsa da, buradan çıxan nəticə bu cürdür: deyəsən, hazırda etiraz hərəkatı İranda möhkəmlənən mühafizəkarlara qarşı yönəlib. Amma etirazçıların şüarları karıxdırır. Məsələn, Məşhəddə kütlə “Nə Qəzza, nə də Livan, mənim həyatım – İran!” Yəni Tehranın prezident Ruhaninin də birbaşa dəxli olduğu indiki siyasətinə qarşı. Daha bir şüar: “Biz ərəb deyil, ariyik, Suriya üçün həll əvəzinə, öz ölkəmiz üçün həll!

Etiraz edənlər “Hizbullah” hərəkatı və “HƏMAS”a dəstəyi kəsməyi tələb edib, ahənglə “Ruhaniyə ölüm!”“İrana qayıt, İran şahı!” səsləndiriblər. Bəzi şəhərlərdə siyasi dustaqların azad edilməsini tələb ediblər, müxalif İran qruplarının xaricdən tələbləri səslənib.

Bütün bunlar İranda mümkün “üçüncü qüvvə” amilinin meydana çıxması və ölkədə siyasi konyunkturanın qəlizləşməsindən danışmağa imkan verir. İranın birinci vitse-prezidenti İshaq Cahangirinin hesab etdiyinə görə, bu adı çəkilməyən qüvvələr “etiraz dalğasını ələ keçirməyə çalışacaq”.

Bununla bərabər, sirr deyil ki, ABŞ prezidenti Donald Tramp administrasiyası İranın yenidən formatlanması prosesinə başlamağı perspektivli görür. Buna “yumşaq güc” üsulları vasitəsilə və Tehrana geopolitik rəqib kimi yanaşan bəzi qonşu ərəb ölkələrinə söykənməklə ölkənin daxili işlərinə birbaşa və ya gizli şəkildə müdaxilə etməklə nail olmaq mümkündür. Bax, xarici fon buna görə mühüm dəyər kəsb edir. Məsələn, Tramp İrandakı antihökumət etirazları şəxsən dəstəkləyib. Ağ Ev bu günlərdə İrana əks təsir qəsdilə ABŞ və İsrail arasında razılaşmanın varlığını təsdiq edib. İsrailin “Haaretz” qəzeti Amerika administrasiyasnın anonim təmsilçisinə isnadən dəqiqləşdirib ki, Tehrana münasibətdə “həftələrlə və aylarla vaxt aparacaq prosesin bir hissəsi” keçirilir. Və bu, hələ “onun zirvəsi deyil”. Buna görə də ABŞ dövlət katibi Reks Tillersonun sözlərinə görə, Vaşinqtonun “Tehrana dair siyasətini nüvə sazişinin tam nöqsanları ətrafında qurmağı buraxdığı” və indi “İran tərəfdən təhlükələrin bütün yekunu ilə mübarizə apardığı” bir vaxtda İranda etirazların başlanmasının Amerika-İsrail razılaşması ilə üst-üstə düşməsini, çətin ki, təsadüf saymaq mümkün olsun. Ehtimal yüksəkdir ki, ABŞ bu mərhələdə Tehranın "Axilles dabanı"nı aşkarlamağa, sonrakı zərbələrdə faydalanmaq üçün hakim rejimin zəif yerlərini tapmağa cəhd edir.

Lakin bu gün əldə olan material baş verən hadisələrdə xarici güclərin əli olduğundan sübutlu şəkildə danışmaq imkanı vermir. Bu da aydın deyil ki, onlar İranda hansı daxili qüvvələrə istinad edirlər, kimə bel bağlamaq, kimə təşkilati-maliyyə  və informasiya dəstəyi vermək niyyətindədirlər. Ağ Evin rəsmi bəyanat və şərhlərindən nəticə çıxarmaq mümkün deyil. Vaşinqton “insan haqlarına riayət etməyin gərəkdiyi” haqda ümumi mühakimələrdən başqa, 2015-ci ilin iyununda imzalanmış nüvə sazişinə əməl etməkdən və İranın nüvə çalışmalarından əl çəkməsi əvəzində İran üzərindən sanksiyaların götürülməsindən imtina edərək hələlik fakt üzrə prezident Ruhaninin mövqelərini zərbə altında qoyur. Bu, islahatçılarla mübarizədə İran mühafizəkarlarının əl-qolunu aça bilər. Lakin bu gün Tehranda kimin kimə qarşı “oynadığı” tam aydın deyil. Bu da anlaşılmır ki, Tehran durumun sabitsizləşdirmək cəhdlərinə  nə qədər hazır idi. ВВС-yə inansaq, “antihökumət çıxışları hakimiyyəti qəflətən yaxalayıb”. İran dövlət televiziyası çıxış iştirakçılarının saysız-hesabsız miqdarı və aksiyaların “təkcə qiymət artımı ilə bağlı olmadığı” barədə xəbər verib.

Yaxın Şərqdə çoxsaylı böhranlı hadisələrin çoxalmasının davam etdiyi geniş kontekstdə İranda daxili siyasi sabitliyin pozulması İranla qonşu ölkələrdə də arzuolunmaz yeni hadisələrin katalizatoru ola bilər. Deyəsən, əsas hadisələr hələ indi-indi başlanır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə