XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 13:54

YENİ İRAN İNQİLABI? –Ölkəni bürüyüən yanğından kimlər udacaq? – TƏHLİL 

Andrey Kovalenko

"Деловая столица" (Ukrayna), 31.12.2017

 

İran polisi hələ cümə günü ölkənin qərbində – Kirmanşah şəhərində hökumətə qarşı çıxış edən yüzlərlə nümayişçini pərən-pərən salıb. Nümayişə “siyasi dustaqlara azadlıq” tələb edən, həmçinin prezident Ruhaniyə qarşı çıxan 300-ə yaxın adam qatılıb.

Etirazlar sonradan dövlət müəssisələrinin qəsbinə keçib. Bu gün (dünən-tərc.) Dorud şəhərində odlu silah yarası alaraq öldürülən iki nəfər haqda məlum olub. Polis dəxli olmadığını iddia edir, hökumət isə durumun laxladılmasında 1979-cu il inqilabının uğurlarını aradan qaldırmaq istəyən “xarici agentləri” ittiham edir. Lakin etirazçılar İİKK (İslam İnqilabı Keşikçiləri Korpusu) ofis və idarələrinə hücum zamanı həlak olublar. Bununla yanaşı, artıq Donald Tramp və senator Con Makkeyn etirazçılara dəstəklə çıxış ediblər. Tramp hətta Tvitterdə İran hökumətinə xatırladıb ki, “Qərb izləyir”.

Eyni zamanda polis etirazçılara xəbərdarlıq edib ki, dövlət müəssisələrinin qəsbi halında sərt hərəkət edəcək.

 

Etiraz aksiyalarının səbəbləri

 

Nümayişə əsasən İrandakı iqtisadi durum və yoxsulluqdan narazı gənclər çıxırlar. Belə, ya elə, sanksiyalar və ölkənin apardığı hərbi əməliyyatlar – o cümlədən Suriyada – iqtisadiyyata təsir edib. Bundan başqa, artıq xəbər verildiyi kimi, etirazçılar prezident Ruhaniyə qarşı siyasi tələblər də irəli sürür, habelə Xameneinin portretini yandırırlar.

 

Maraqlı təsadüf

 

Etiraz aksiyaları ABŞ və İsrailin İran nüfuzuna qarşı elan etdiyi tədbirlər və bu ölkənin xüsusən də Suriyada qabağını almaqla üst-üstə düşüb. İranda “xarici agentlər” deyəndə həqiqətən də Sem dayının barmağını, həm də İsrail izi görürlər. Guya, “düşmənlər” Suriya, İraq və Yəməndə İranın təsirini əsaslı şəkildə məhdudlaşdıra bilməyib, buna görə də arxaya cəbhəyə zərbə endiriblər.

İsrail üçün İranın zəifliyi “Hizbullah” və onu dəstəkləyən iranlıların şimal sərhədində möhkəmlənməsinə yol verməmək baxımından sərfəlidir. İran həmçinin Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı fəal çıxış edib və ümumiyyətlə, ölkənin köhnə opponenti və düşmənidir. İsraillə birgə İranın opponentləri olan ABŞ və Səudiyyə Ərəbistanı üçün bu dövlətin Yaxın Şərqdəki nüfuzunu dəyərdən salmaq olduqca sərfəlidir. O cümlədən Suriyada nüfuz zonalarının bölgüsü üçün. İrandakı problemlər məhz Rusiyaya sərfəli deyil, çünki o, Putin üçün müttəfiqdir və onun yardımıyla Suriyada Əsədin oyuncaq rejimini və bu zonada nüfuzunu saxlayıb. İran hökuməti ölkə daxilində iriçaplı yanğını söndürməli olsa, Rusiya-İran koalisiyası tamamilə dağıla bilər.

Qeyd edək ki, hökumət 2009-cu ildə seçkilərdən sonra və İranın kursunun dəyişməsinə gətirib çıxarmayan sanksiyaların sıx vaxtında etirazları lokallaşdırmağa müvəffəq olub. İndi isə gənclərin etirazlarıyla gələcək qanlı hadisələrin başlanmasıyla Liviya və Suriyada müharibənin başlanğıcı arasında paralellər ağla gəlir. Bu, Liviyada rejimin çökməsinə səbəb olub. İranla birlikdə oyuncaq Əsədi ərazinin bir hissəsində saxlayan Rusiyanın müdaxiləsi olmasaydı, Suriyada da buna səbəb olardı.

Nümayişçilər hazırda polisin avtomobil və motosikllərinə od vurur, ahənglə ölkənin ali ruhani lideri Əli Xameneini nəzərdə tutaraq “diktatora ölüm” şüarını səsləndirirlər. Etirazçılar Tehranda və Əhbarda Xameneinin plakatlarını qopartmağa başlayıb, Gurgan şəhərində isə küçələrdən “Diktatora ölüm” və “Xameneiyə ölüm” şüarlarıyla keçiblər. Ərakda İslam İnqilabı Keşikçilərim Korpusuna daxil olan hökumətyönlü Bəsic təşkilatının mənzil-qərargahına od vurublar. Mitinqçilər habelə Kaşanda şəhər prokurorluğunun binasını yandırıblar.

İqtisadi problemlər etirazların qızışdırılması üçün çox gözəl kibrit çöpüdür. Lakin sonrakı hadisələr İİKK-in məhz necə hərəkət edəcəyindən asılıdır. Ölmüş iki etirazçı və qurbanların artması kütlənin əhvalını yalnız gücləndirə bilər.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə