1979-cu il İslam inqilabından sonra ilk dəfə İranı xarici ölkələrdən birində qadın-səfir təmsil edəcək.
“Strateq.az” “Report”a istinadən xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham xarici dövlətlərdən birinə səfir təyin edilib. M.Əfhamın hansı ölkəyə səfir təyin edildiyi açıqlanmayıb. XİN-dən onun tutduğu vəzifəyə gətiriləcək şəxsin kimliyinə də aydınlıq gətirilməyib.
Xatırladaq ki, Mərziyə Əfham 30 ilə yaxındır İran XİN-də çalışır. O, 2013-cü ildən bu qurumun Mətbuat və İnformasiya Departamentinə başçılıq edir.