Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 Yanvar 2018 - 21:14

NAVALNININ SUSQUNLUĞU, PUTİNİN TƏMİNATI…- Rusiya müxalifəti hökumətə necə kömək edir? - TƏHLİL

K.Eggert

"Deutsche Welle" (Almaniya)

 

"Putin və ətrafı, əlbəttə ki, korrupsiyaya bulaşıb. Sadə insanlar üçün o, heç bir iş görmür. Amma xarici siyasəti əladır". Orta statistik rusiyalıdan bu fikirləri dəfələrlə eşitmişəm və həmin an məndə standart reaksiya yaranıb: "Bəs siz, İvan Petroviç (ad şərtidir), bu xarici siyasətin haqqını verməyə hazırsız? Ümumiyyətlə, bunun qiymətini bilirsiz?".

Bu sual insanları həmişə dalana dirəyir. Sovet vərdişinə uyğun olaraq (o dövrdə yaşamasalar da, bu vərdiş gənclərə də xasdır) Rusiya cəmiyyəti ödədiyi vergilərlə təhsil, səhiyyə, siyasət arasında əlaqəni görmür. Ölkədən xaricə çıxanların sayı o qədər də çox deyil. Ona görə də ruslar öz düşmənlərinin adını çox rahat şəkildə çəkirlər. 

 

ABŞ və əlaltıları 

 

Dekabrda aparılan sosioloji sorğu göstərir ki, rəyi soruşulanların 66 faizi Rusiyanın düşmənlərinin olduğu qənaətindədir. Onların da 68 faizi əsas düşmən kimi Birləşmiş Ştatları görür. 

Rusların ABŞ-dan sonra əsas düşmən hesab etdikləri ölkə Ukraynadır (29 faiz). 14 faizi isə Avropa Birliyini düşmən hesab edir. Baltikyanı ölkələri, Polşanı, Almaniyanı, NATO-nu düşmən hesab edənlər 10 faizdən də azdır. Bunda da təəccüblü heç nə yoxdur. Çünki rusların gözündə onların hamısı sadəcə ABŞ-ın əlaltılarıdır. 

2014-cü ildə – Rusiya-Ukrayna savaşının lap əvvəllərində cəmiyyət iqtidarın təbliğatına uyğun olaraq isterik vəziyyətdə idi. Lakin cəmiyyət də insanlar kimi emosiyalardan yorulur. İnsanların ruhi vəziyyətinin hər zaman bu şəkildə qalması mümkün deyil. 

Maraqlıdır ki, nətəcələrə əsasən, respondentlərin cəmi 5 faizi fundamental islamçıları düşmən gözündə görür.

Amerika uzaqdadır, amma böyük və güclüdür. Böyük Rusiyanın isə düşmənləri yalnız belə güclü dövlətlər ola bilər. Zəngin olmayan və dövlətdən asılı olan ruslar belə düşünməklə özlərinə hörmət axtarırlar. 

 

"Biz də mələk deyilik…"

 

Fikrimcə, xarici siyasət amili siyasi müxalifətin inandırıcı proqramının formalaşdırılmasına əsas maneələrdən biridir. Kremlin tənqidçiləri xarici siyasət mövzularından yan keçməyə çalışırlar. 

Məsələn, Navalnının tərəfdarlarından biri ötən ilin sonlarında Vilnüsdə keçirilən forumda demişdi ki, onların hədəf kütləsini xarici siyasət maraqlandırmır. Bu, strateji yanılmadır. Və o anlama gəlir ki, müxalifətçilərin Putin administrasiyasının dəmir məntiqinə qarşı qoymağa heç nələri yoxdur. Bunu da təxminən belə başa düşmək olar: "Biz də mələk deyilik. Amma sizi müdafiə edirik. Düşünün, bunu başqaları edə bilərmi?". 

Rusiyada hər hansı başqa məsələ ilə bağlı belə razılıq səviyyəsinə rast gəlmək çətindir. Məsələn, eynicinslilərin nikahının qəbul edilməməsi ilə bağlı daha möhkəm konsensus var. Cinsi azlıqların izdivacı Rusiya üçün aktual olmayan mövzudur. Lakin xarici siyasətdən heç bir ölkə, xüsusən də nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü yan keçə bilməz.  

Qubernatorların, şirkət rəhbərlərinin korrupsiyanı ifşa edə, uşaq meydançasının yerində elit yaşayış kompleksinin tikilməsinə qarşı çıxa, məmurlardan şəffaflıq və hesabatlılıq tələb edə bilərsən. Amma Kremlin tənqidçisi olaraq Rusiyanın xarici aləmlə əlaqələrini müzakirə etməkdən imtina edirsənsə, məntiqlə, dərhal Putini "krutoy" hesab edən orta statistik rusa çevrilirsən. 

 

İzolyasiyadan çıxış – milli maraq 

 

Kreml xarici aləmdən qorxunu ölkədəki hər hansı dəyişikliyə qarşı təminat vasitəsinə çevirib. Bu mövzudan yan keçmək hazırkı hakimiyyətə və onun təbliğatçılarına əsas siyasi arqumentlərini əllərində saxlamaq imkanı yaratmaqdır. 

Rusiyalı yazıçı və jurnalist Andrey Ostalskiy bir dəfə belə bir fikir demişdi: "Amerika istədiyi qədər səhv edə bilər. Lakin anti-Amerika və anti-Qərb mövqeyinin antidemokratiya və avtoritarizmə apardığı qaçılmazdır". 

Düşünürəm ki, birbaşa aparmasa da, prosesi asanlaşdırır. Bu izolyasiyadan çıxmaq mücərrəd tələb yox, milli maraqlara xidmətdir. Müxalifət bunu dərk etməyənə qədər başqalarının ritorikasının girovu olmaqda davam edəcək…

Tərcümə Strateq.az-ındır