Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

13 Yanvar 2018 - 16:22

RUSİYADA DƏRİN SOSİAL UÇURUM –Kasıblar daha da yoxsullaşır, varlılar isə sərvətlərini sürətlə ölkədən çıxarırlar – Araşdırma

Aleksandr Alikin

EurasiaNet (ABŞ), 12.01.2018

 

Rusiyada varlı vətəndaşların sayı dünyada ən sürətli templə çoxalır, aktivləri isə ölkənin bütün əhalisinin, demək olar, yarısının mülkünə yetir. Bununla belə, varlı adamlar bu sərvəti biznesin və ölkə iqtisadiyyatının inkişafına yatırmaq əvəzinə, göründüyü üzrə, ölkədən çıxarmaqdadırlar. Rusiya offşor zonalara əsas yatırmçılar beşliyinə daxil olub, varlı vətəndaşların offşorlardakı aktivlərinin həcmi isə Rusiya ÜDM-nin 84%-nə çatıb.

Bu arada sadə əhali dörd il dalbadal yoxsullaşmaqdadır, yaşayş minimumundan aşağı gəlir isə 20,3 milyon nəfərdə qeydə alınıb (hətta bu faktı da nəzərə alaq ki, bu minimuma praktik olaraq dolanmaq mümkün deyil).

 

Varlılar kapitalı artırırlar

 

Fransanın “Capgemini” konsaltinq şirkətinin “World Wealth Report 2017” araşdırmasında deyilir ki, 2015-2016-cı illərdə Rusiyada sərvəti 1 milyon $-dan artıq varlı vətəndaşların sayı 182 min nəfərədək 19,7% artıb. Bu, göstərilən dövrdə dünyada varlı adamların sayının ortalama 16, 5 milyonadək 7,5% çoxaldığı ən sürətli artımdır. Rusiyadan sonra ən sürətli artım tempi Hollandiya (13,7%), İndoneziya (13,7%) və Norveçdədir (13,2%). Qeyd edək ki, Rusiyada dollar milyonerlərinin sayının artdığına baxmayaraq, onların miqdarı başqa ölkələrlə müqayisədə aşağıda qalır: ABŞ (4,8 milyon nəfər), Yaponiya (2,9 milyon nəfər), Almaniya (1,3 milyon nəfər), Çin (1,2 milyon nəfər).

Wid.world” təşkilatının “Dünyada qeyri-bərabərliyin payı”  məruzəsində deyilir: Rusiyanın ən yüksək gəlirli 1% vətəndaşının sahib olduğu mülkün payı 2015-ci ildə ölkə sakinlərinin bütün mülkiyyətinin 43%-ə çatıb (1995-ci ildəki 22%-lə müqayisədə). "Bloomberg" agentliynin məlumatına əsasən, Rusiyanın 27 ən varlı vətəndaşı 2017-ci ildə öz sərvətini 24,7 milyard dollar (1,4 trilyon rubl) çoxaldıb. Sərvəti azalmış dörd nəfəri bu siyahıdan çıxsaq, onda qalanların mülkiyyət artımı 35 milyard dollar təşkil edib.

 

Kasıblar yoxsullaşırlar

 

Maraqlıdır ki, imkanlı vətəndaşların varlanması bütün ölkə əhalisinin itkiləri üstəgəl federal büdcənin itkilərilə tutuşdurula bilir, amma qeyd edək ki, bu hadisələr arasında birbaşa əlaqə müəyyən edilməyib. Rosstat-ın (RF Dövlət Statistika Xidməti-tərc.) məlumatına görə, 2017-ci ilin 11 ayında sakinlərin əlindəki gerçək gəlirlər 1,4 % azalıb (bütün il üçün məlumatlar hələlik yoxdur). Bunun nə qədər pul etdiyini anlamaq üçün təxmini təsəvvür verə bilən kobud hesablamaya əl atmaq olar (Rosstat bu göstəricini mütləq kəmiyyətlərlə dərc etmir).

Məsələn, 2017-ci ilin yanvarında əhalinin adambaşına gəliri 24 386 rubl təşkil edib. Bu rəqəmi 12-yə və ölkənin 146,8 milyon sakininə vursaq, 42,9 trilyon rubl alınır – bu, əhalinin ilin əvvəlindəki təxmini nominal gəliridir. Vətəndaşların nominal gəliri (42,9 trilyon rubl) 11 ayda gerçək ifadədə 1,4% düşübsə, onda azalma, təxminən, 600 milyon rubl təşkil edib.

Nəhayət, Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə Rusiya büdcəsinin kəsiri 1,6-1,7 trilyon rubl təşkil edib. Bu qayda ilə büdcə itkiləri vətəndaşların itkilərilə birlikdə haradasa 2,2-2,3 trilyon rubldan ibarətdir. Qazanılan pullar iqtisadiyyata qoyulursa, varlı vətəndaşların sayının artmasında pis heç nə yoxdur. Lakin Rusiyada durum kapital axınının yüksək göstəricilərilə qəlizləşir.

Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının (RXTDX) məlumatına görə, təkcə 2017-ci ilin birinci yarısında offşor yurisdiksiyalarına (əsasən, Kiprə) Rusiya yatırımlarının həcmi 11 milyard dollar təşkil edib və 2018-cı ilin tam göstəricisinə (15,5 milyard $) yaxınlaşır və bütün 2015-ci ildən (9,3 milyard dollar) 1,7 milyard dollar çoxdur. ABŞ Milli Araşdırma Bürosunun məlumatına əsasən, Rusiya vətəndaşlarının offşor aktivlərinin həcmi 2017-ci il avqust  durumuna görə ölkənin beynəlxalq ehtiyatlarını məbləğcə üç dəfə üstələyir. Ehtiyatların məbləği avqustda 418,4 milyard dollar təşkil edib, büronun nəticələrinə əsasən, uyğun olaraq offşor yığımlarının məbləği 1,2 trilyon dollara yaxın və ya indiki kursla 72,3 trilyon rubl ola bilər. Bu, 2016-cı ilin yekunları üzrə Rusiya ÜDM-nin 84%-idir.

Bütün bunların fonunda Rusiyanın adi vətəndaşlarının rifahı ancaq pisləşir. Gerçək gəlirlər son dörd ildə ancaq azalıb. 2014-cü ildə 0,7 %,  2015-ci ildə 3,2%, 2016-cı ildə 5,8%, 2017-ci ilin 11 ayında 1,4%.  RXTDX-nin araşdırmasında deyilir ki, 2017-ci ilin üçüncü rübündə yoxsulluq səviyyəsi əhalinin 13,1%-i təşkil edib və son altı ildə üçüncü rübün ən yüksək göstəricisi olub. Bütünlükdə yanvar-sentyabrda əhalinmin 13,8%-nin (20,3 milyon nədər) pul gəliri yaşayış minimumundan aşağı (ayda 10,3 min rubl) olub, amma bu göstərici güzəştlidir və vətəndaşların gerçək tələbatını əks etdirmir.

RXTDX-nin sorğusundan göründüyü kimi, əhalinin 13%-i öz durumunu “yetərincə ağır” dəyərləndirir və “bəzi mal və ərzaqlardan imtina etməli olur”. Daha 4% güc-bəla ilə dolanır.

Romir” şirkətinin sorğu məlumatları göstərir ki, beş ailədən biri (21%) 2016-nın noyabrından 2017-nin noyabrına qədər öz pul durumunu ağır və ya çox ağır qiymətləndirib, çünki bəzi malları almaqdan imtina ediblər və “güc-bəla ilə dolanırlar”. Sorğulanan ailələrin yalnız üçdə biri öz vəziyyətini yaxşı və ya sakit kimi dəyərləndirib, çünkli gündəlik istənilən xərci və ya böyük alqını özlərinə rəva biliblər.

RF Dövlət Duması əmək, sosial siyasət və veteranların işi üzrə komitəsinin üzvü Oleq Şein hesab edir ki, sosial bərabərsizlik probleminin həlli üçün yetərincə üsullar var. Bu, mütərəqqi vergiqoyma şkalası (verginin həcmi gəlirin səviyyəsindən asılı olur), aktivlərin offşor zonalara çıxarılmasına yasaq, böyük biznes üçün büdcəyə ildə 9,5 trilyon rubla başa gələn vergi güzəştlərinin ləğvidir.

Şein hesab edir: “Amma güman etmirəm ki, dövlət varlılarla yoxsullar arasında fərqi azaltmaq üçün bu tədbirlərə gedər. Aydındır ki, bu gün Rusiyada hökumətin nəzarət etdiyi istənilən böyük kapital heç vaxt özünə pislik etməyəcək və öz pullarını ölkəmizin qalan vətəndaşlarıyla bölüşməyəcək”.

Tərcümə Strateq.az-ındır.