XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 12:13

DAHA BİR ÖLKƏDƏ GENERALLAR PREZİDENTƏ QARŞI –Misir hərbi-siyasi elitasında parçalanma - TƏHLİL

Devid Hirst

“Middle East Eye” (Böyük Britaniya)

 

Misirdə prezident seçkisinə qatılacaq üçüncü şəxs bəlli olub. Həm də kim olsa yaxşıdır? Baş Qərargahın sabiq rəisi general Sami Anan. Hazırkı prezident Əbdülfəttah Sisiyə sadiq olan hərbi kəşfiyyat isə mətbuat vasitəsilə kukla oynadır.

 

Yeriyən ölü

 

Anan üçüncü iddiaçıdır. Sisinin canlı meyit olduğunu isə hələ bir il əvvəl yazmışdım. Onu əsasına söykənərək ölən Süleymana bənzətmişdim. Padşahın ölümünü bilən yeganə varlıqlar – əsasını gəmirib-yeyən termitlər idi.

O vaxtdan bəri Sisi hakimiyyətini istehlak edən termitlər “əsa”nın yuxarısına yaxınlaşıblar. Sabiq baş nazir Əhməd Şəfiq prezidentliyə namizədlikdən imtina etməli olub. Çünki seks kasetlər və qızı ilə birlikdə korrupsiya ittihamı ilə gözdən salınacağı ilə təhdid olunub.

Sürgündə olarkən, Şəfiq geniş potensial tərəfdarlar toplusu qazanıb. İlk növbədə, “dərin dövlət”dən: Silahlı Qüvvələr Ali Şurasının generalları və Baş Kəşfiyyatdakı "fahişələr", o cümlədən televiziya aparıcılarına nə etməli olduqlarını tövsiyə edən təhlükəsizlik casusu kapitan Əşrəf əl-Xoli.

Hüsnü Mübarəkin ailəsi ətrafındakı iş adamlarından ibarət elitanın dəstək verməsi də sürpriz deyil, çünki Şəfiq karyerasına görə məhz sabiq prezidentə borcludur.

Amma Vaşinqtonda İctimaiyyətlə Əlaqələr Komitəsinin təsisçisi, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın “sağ əli” və Kopt Kilsəsinin nümayəndəsi Salman əl-Ənsarinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlər daha maraqlıdır.

Şəfiq dünyəvi və islamçı müxalifətlə əlaqələr saxlayırdı. “Müsəlman Qardaşlar”ın bir-birinə rəqib cinahları – islahatçı qanad və “köhnə qvardiya” Şəfiqlə rahatca ünsiyyət qururdu.

Sisi başqa bir təhdidlə qarşı-qarşıya gəlib – qardaşı oğlu general Mahmud Heqazi. Silahlı Qüvvələr Baş Qərargahının başçısı Vaşinqtondan gələn təyyarə yerə enən kimi, vəzifəsindən uzaqlaşdırılıb.

Heqazinin gələcək prezident seçkilərində namizəd kimi iştirak edib-etməyəcəyi açıqlanmayıb.

 

İqtisadiyyat – boş şeydir

 

Anan, Şəfiq, Heqazi – hamısı insayderlərdir. “Müsəlman Qardaşlar”ın devrilmiş başçısı Məhəmməd Mursi, həmçinin 50 min digər siyasi məhbus üçün onların heç biri gözyaşı axıtmayıb. Ancaq bu, artıq problem deyil.

Sisinin davam edən pisliyi siyasi hərəkatdan daha böyük təhdid vəd edir. O, dövlətin özünə təhlükə yaradır.

Yəni hər şey bu qədər pisdir?

İqtisadi tənəzzül ən azı dəstəkçiləri olan Səudiyyə Ərəbistanı və Əmirliyin səsləndirdiyi şikayətlərin başında durur. Misir Mərkəz Bankının verdiyi məlumatlara görə, 2013-cü ildən bu yana Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt Misirə 12 milyard $ yardım və 6,2 milyard $ birbaşa investisiyalar axıdıb.

Əslində, bu rəqəm daha böyükdür.

Dubay əmiri və BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid əl-Məktum bildirib ki, təkcə BƏƏ iki il ərzində Misirə 14 milyard $ vəsait ayırıb. Bu, prezident və onun sabiq Baş Qərargah rəisi Kamil Abbas arasında ictimaiyyətə sızan gizli danışıqlarda səslənən rəqəmi təsdiqləyir – təxminən 50 milyard $ həcmində yardım.

2015-ci ilin fevral ayında, bu sızmaların yayımlanmasından bir ay sonra, üç Körfəz dövləti 15,2 milyard $-lıq digər yardım vədi verib. 6 milyard $-ı da bura əlavə etdikdə Misirin keçən üç il ərzində Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı beş illik kreditindən artıq məbləğ edir – 70 milyard $.

İctimaiyyətə sızan gizli danışıqlarda isə Sisi Körfəz donorları haqqında deyir: "Onların pulu düyü kimi səpələnir".

Hə, elədir, amma Riyadda daha bu, hiss olunmur.

Nə soruşmaq doğru olardı, Sisi bu pulla nə etdi?

Ötən ilin noyabr ayında Misir funtu ilə bağlı BVF-in qərarından sonra bu ilin oktyabrının sonuna qədər xarici ehtiyatlar 19 milyard $-dan 36,7 milyard $-a çatıb. Ancaq inflyasiya 30 faizdən çoxdur.

“Financial Times” yazır: "Qiymətlər 15 faiz artıb, istehlakçıların satın alma gücü bundan daha çox ola bilmədiyinə görə onu 30 faizdən yuxarı həddə qaldırmaq mümkün deyil".

İki il bundan əvvəl 8 milyard dollar sərmayə sayəsində açılan yeni Süveyş kanalı illik gəlirini güclə qoruyur, o zaman vəd edilən gəlirin iki dəfə artırılması artıq unudulub.

 

Qeyri-sabitlik

 

Sisi öz xalqını qapaz altında saxlamaq üçün daha çox güc tətbiq etmək məcburiyyətində qalıb. Eyni zamanda, etirazların yatırılmasına görə İran beynəlxalq qınağa məruz qalarkən, Misirdə çox sayda nümayişçi asılaraq edam olunub. Bu, Misirdə ən böyük kütləvi edamlar idi.

Daha çox güc istifadə etdikləri üçün Misir ordusu və polis davamlı hücuma məruz qalır.

Yarırəsmi “Əhram” Siyasi-Strateji Araşdırmalar Mərkəzi 2014-2016-cı illər arasında 1,165 silahlı əməliyyat qeydə alıb ki, bu da üç ildə günə bir əməliyyat deməkdir.

Misirin müasir tarixində ən pis iki terror hücumu həyata keçirilib: Rusiya təyyarəsinin partladılması (224 qurban) və əl-Ravda məscidinə hücum (ən az 305 qurban).

Prezidentin əsas rəqiblərindən biri olan general Sami Anan 

 

Son beş ildə sabiq prezident Mübarək dövründə (1997-ci il, Luksorda 57 qurban) və sabiq prezident Mursi dövründən (2012-ci il, Kərim Əbu Salimdə, 16 qurban) qat-qat ölümcül əməliyyatlar.

Bölgə səviyyəsində, beş il gizli və açıq hərbi müdaxiləyə baxmayaraq, Misir öz adamı olan general Xəlifə Həftarı Liviyada iqtidarla təmin edə bilməyib. Cənub qonşusu Sudanla sərhəd mübahisəsi və su ehtiyatları ilə bağlı diplomatik döyüşlər və şərqdə, Sinada həqiqi döyüşlər gedir.

Bütün bunlar Körfəzdəki Misir tərəfdarları üçün Şəfiq və ya Ananın namizədliyinin daha cəlbedici olmasına səbəb ola bilər. Onlar prezidentə və Misir ordusuna nəzarəti ələ alacaq. Ancaq məhbusların sərbəst buraxılması və istedadlı şəxslərin sürgündən geri dönməyə başlayacağı həqiqi siyasi yol olardı. Sisinin əvəzlənməsi inqilabi həll sayılmazdı və bir çox mənada Mübarək dönəminə qayıdış olacaq.

Ancaq bu, Sisi seçiminin pis, Mübarəkin praqmatik despotizminə dönüşün tərəqqi kimi görünəcəyini göstərir.

Bəs niyə bu baş vermədi?

 

Ərəb ölkələrində ictimaiyyəti yumşaltma

 

Sisi hələ də İsrail, ABŞ və Səudiyyə Ərəbistanı üçün şərik ola biləcək müstəbiddir. Anan, ya da Şəfiq mütləq Misir ictimaiyyətinə yaxınlaşacaq və Sisinin rolunu oynamayacaqlar. Hazırda isə Şərq Qüdsün İsrailə təslim edilməsi üçün ərəb ictimaiyyətinin təpkisini yumşaltmaq lazımdır.

Bu siyasət müasir ərəb dövlətlərinin elitalarında əsas məsələdir.

“New York Times”-a sızdırılmış “televiziya aparıcılarına öyüdvermə” bunu isbatlayır. Misir yazıçısı və alimi Yusif Zidanın da səsləndirdiyi başlıca mövzu budur. O, Həramül-Şərifin Şərqi Qüdsə aid və ümumiyyətlə, Qüdsün müqəddəs müsəlman şəhəri olmadığını iddia edib.

İsrailin Qahirədəki səfirliyi Zidana etdiyi şərhlər üçün təşəkkür bildirib, ancaq bunun Misir televiziyasında yayımlanması təsadüfi deyil. Hər kəs kimi, Zidan da Sahibinin sifarişini yerinə yetirir.

Bu vasitələrin hamısı müvəqqətidir. Misirdə mövcud olan ölüm spiralından qurtulmanın yeganə yolu indi öz liderliyini, suverenliyini, iqtisadiyyatını, parlamentini və son olaraq demokratiyanı bərpa etməkdir.

Mövcud yol onu zəiflədəcək və nəticədə Ərəb dünyasının ən sıx əhalisi olan dövlətinin parçalanmasına gətirib çıxaracaq.

Bir zamanlar Sisinin özü etiraf etmişdi: "Biz real dövlət deyilik, qondarma dövlətik”. Bu, onun daha bir bəsirəti ola bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə