XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2018 - 18:37

“Astana üçlüyü”nün qarşılıqlı inciklik və etibarsızlığı:Tehran və Ankaranı yola gətirmək asan olmaycaq

Maksim Suçkov

“Al-Monitor” (ABŞ)

 

Moskva bu ay Suriya Milli Dialoq Konqresinə hazırlaşdığı üçün qonaq siyahısı hələ də tamamlanmamış ola bilər. Rusiya hazırda Suriya rejimi ilə müxalifət arasında sülhün bərqərar edilməsinə ümid edir və tərəfləri sakitləşdirməyə çalışır.

Yanvarın 11-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putini Suriyadakı vəziyyəti müzakirə etməyə çağırıb. Bu, Türkiyə tərəfinin Rusiya və İranın səfirlərini İdlibdəki hərbisizləşdirilən zonada atəşkəsin pozulmasına görə XİN-ə dəvət etməsindən iki gün sonra olub.

Qazaxıstanın Astana şəhərində əldə edilən ilkin sülh razılaşmalarına əsasən, Suriyada dörd zonanın üç zəmanətçisi Türkiyə, Rusiya və İrandır.

Suriya hökumət qüvvələrinin İranpərəst könüllülər və Rusiya aviasiyasının dəstəyi ilə İdlibdə son irəliləyişi Ankaranı narazı salıb. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Moskva və Tehranı hücumu dayandırmaqdan imtina etdiyi üçün tənqid edib.

Ancaq Moskvanın da Ankaradan inciməsinə səbəb var: ötən ilin oktyabr ayında İdlibə girən sülh nəzarət gücləri “əl-Qaidə” ilə əlaqəli qrup olan “Həyat Təhrir əl-Şam”ın hərəkətlərinə maneə törətməli idi, onunla “dinc yanaşı yaşamalı” deyil.

Qarşılıqlı şübhələr Türkiyənin Suriyadakı Xmeymim hava bazasına son hücumlarda rol oynaya biləcəyi barədə möhtəkir xəbərlərə səbəb olub və bu, Astananın zaminləri arasında kövrək tarazlığın pozulması təhlükəsi yaradır. Buna görə, Putin və Ərdoğan arasında telefon danışıqları yanan məşəli söndürmək cəhdi idi. Telefon danışığından sonra Putin bu möhtəkir xəbərləri rədd edib və bildirib ki, "nə türk ordusunun, nə də Türkiyə hökumətinin hücumlarla əlaqəsi var”.

Putin deyib: "Həqiqətən Xmeymimə hücumlar Türkiyənin nəzarəti altında olan ərazilərdən baş verib, amma biz həmişə orada nəzarət etmək istədiyimiz şeylərə nəzarət edə bilmədik. Bu mürəkkəb işdir. Razılaşmalarımıza görə, türk tərəfdaşlarımız hələ orada olmayan bəzi keçid məntəqələri qurmalı idi, lakin bunu etmək çətindir". Putin Xmeymim hücumlarını "təxribat" adlandırıb: "Biz təxribatçıların kim olduğunu bilirik. Onların kimə nə və nə qədər pul verdiyini də. Lakin bu, türklər deyil. Hücumların iki məqsədi vardı: birinci, əvvəlki razılaşmaları ləğv etmək; ikincisi, tərəfdaşlarımızla, Türkiyə və İranla münasibətlərimizi məhv etmək. Bunu çox yaxşı başa düşürük və həmrəylik içində hərəkət edəcəyik".

Ertəsi gün Rusiya Müdafiə Nazirliyi Xmeymim hücumlarının arxasında durduğu iddia edilən "təxribatçı qrup"a qarşı hücumlara başlayıb. Buna görə də, hadisələrdə "Türkiyə tərəfindən" şübhə etmək üçün obyektiv və ya subyektiv əsaslar olsa da, Kreml eyham vurub ki, bu söz-söhbətlər Türkiyə ilə münasibətlərə təsir etməyəcək.

Bu baxımdan, Moskvanın Astana üzrə digər ortağı olan İranla münasibətləri daha sabit görünür. Yeri gəlmişkən, Rusiya hərbçiləri və iranlı qüvvələr Suriya hökumət qüvvələri ilə çiyin-çiyinə mübarizə aparır və öz ziddiyyətlərini içlərində saxlayırlar. Rusiya da İranın hesabına xal qazanaraq, son vaxtlar baş verən etirazları İranın daxili məsələləri adlandırıb və prezident Donald Trampın İranla nüvə sazişinə (JCPOA) qarşı Tehranla həmrəylik nümayiş etdirmək üçün həqiqi fürsətdən yararlanıb.

Rusiya ilə Türkiyənin İdlibə hücumla bağlı fikir ayrılıqları telefonla həll edilməyib. Moskva Suriya prezidenti Bəşər Əsədlə və JCPOA-ya dair mövqeyinə əsaslanıb İranla "təmkinli rəqabət" aparır. Rusiya / İran / Türkiyə üçlüyünün qarşılıqlı etimadsızlığı ancaq media xəbərdir, Xmeymimə hücum və ya İdlibdə davam edən döyüş kimi hadisələr isə şübhə və inciklikləri gizlədə bilmir. Buna görə də, Moskva üçün hazırda mühüm olan budur ki, "Astana üçlüyü"nün işçi koalisiyası yanvarın 29-30-da Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi üzrə fəaliyyətini davam etdirsin və üçlük daha çox və ya daha az əhəmiyyətli məsələlər üzərində birləşsin və sonrakı siyasi prosesin inkişafına dair qərarlar çıxarmağa qadir olsun.

Siyasi cəhətdən Moskva Tehranın pis polisinə qarşı yaxşı polis rolunu oynamağa davam edir, Cenevrə daxil olmaqla, müxalifətlə danışıqlar aparır. Bəzi üsyançı qruplar, Moskvanı iki pisliyin ən azı ən babatı olduğunu düşünməyə başlayıb, digərləri onların arasında fərq görmür və Türkiyə ilə yaxınlaşmaq istəyirlər. Moskva bu əlaqələrdən xəbərdar olsa da, Türkiyənin indiki kursu davam etdirəcəyinə, Astana öhdəliklərini yerinə yetirəcəyinə və Rusiyanın Soçi Konqresi layihəsinə maneə törətməyəcəyinə ümid edir.

Rusiyanın Soçi təşəbbüsü arxasında əsl motivlərin nə olduğu ilə bağlı Türkiyə və İranın öz baxışları var. Moskva bunu bilir və təşəbbüsün müzakirəsinin vacibliyini də qəbul edir,  ancaq bu problemləri mütləq həllə yaxına buraxmır. Buna görə, Putin və Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı vəzifədaşı Məhəmməd Cavad Zərifin Moskvada müzakirə etdiyi mövzuları telefonla ətraflı çözüblər.

Həm Türkiyə, həm də İran təklif edilən 1.700 nəfərlik konqres iştirakçılarının siyahısını nəzərdən keçirir. Yanvarın 11-də Putinin Suriya üzrə xüsusi səfiri Aleksandr Lavrentyev Əsəd ilə görüşmək üçün Şama göndərilib, "ən çətin və mürəkkəb məsələləri həll etmək üçün tərəflərin irəliləməsi”ni müzakirə edib.

Soçi Konqresinə dair ilkin fikir onu ayrıca proses etmək deyildi, əksinə, o, Cenevrə müzakirələri üçün gücləndirici olmalı idi. Amma Cenevrə danışıqları Suriya hökuməti və müxalifətin barışmaz mövqelərinə səbəb olub. Suriya müxalifət qrupu yığıncağa qatılmaqdan imtina etdiyinə görə Moskva öz vəzifəsini Suriyalı nümayəndələrin "sağlam qrupu"nu toplamaqda görüb.

Soçi konfransı Cenevrə danışıqlarına zərər vermədən ondan ayrılıqda mövcud ola bilər, sadəcə o, BMT mandatlı beynəlxalq legitimliyə malik olmayacaq. Buna görə, Moskva konqresin Cenevrə prosesini təhdid etməsinə dair müxalifət iddialarını rədd edir. Moskva bu iddiaları avropalılar və amerikalıların Rusiya təşəbbüslərinə qarşı çıxması və müxalifətin Əsəddən xilas olma üçün səy kimi qiymətləndirir.

Bundan başqa, Moskva Cenevrə səyini uğursuzluq kimi görmür, çünki ilk növbədə, bu, davam edən prosesdir; ikincisi, onun istehsal bacarığı başlanğıc gözləntilərindən belə orta səviyyədədir.

Digər tərəfdən, BMT-nin Cenevrə prosesi nəticə verməsə də, Moskva öz platformasını yaratmaqda tərəddüd etmir, ona qoşulmaq istəyənləri dəvət edir, o cümlədən BMT-ni. Bu, prosesin və sonrakı nəticələrin qanuniliyini təmin edəcək.

Moskvanın 2018-ci ildə Suriya prosesinin siyasi keçidinə başlamaq üçün hər şeyi edir. Lakin Türkiyə ilə İranı bu işə cəlb etmək asan vəzifə olmaya bilər.

 

Tərcümə: Strateq.az