XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Yanvar 2018 - 19:14

Müharibə, yoxsa diplomatiya:doldurularaq Afrinə tuşlanmış türk topları atəş əmri gözləyir – Təhlil

Türkiyə artilleriyası Suriya sərhədində

 

Sami Koen

Milliyet (Türkiyə), 19.01.2018

 

Türkiyə xalqı artıq neçə gündür həyəcanla gözləyir ki, KİV-lər Türkiyə Silahlı Qüvvələrinin Xalq Özünümüdafiə Dəstələrinin (YPG) Suriyada ələ keçirdiyi Afrin şəhərinə dair hərbi əməliyyatların başlandığı haqda məlumat verəcək. Bu gözlənti bu sətirlər yazılana yaxın hələ doğrulmayıb. Lakin bu, əlbəttə, bildirmir ki, o, ən yaxın saatlarda həyata keçirilməyəcək…

Hərbi baxımdan bütün hazırlıqlar bitib; əməliyyatın başlanması haqda əmrin hələ də verilməməsi isə bundan doğur ki, məsələ diplomatik müstəviyə keçib.

Türkiyə hərbi müdaxilə həyata keçirmək qətiyyətini bildirəndən sonra çox şey dəyişilib. ABŞ əvvəllər bildirdiyi “sərhəd mühafizə gücləri” yaradılması haqda məsələdən “bir addım geri” çəkilib və ya, ən azı, bu məsələ üzrə öz mövqeyini dəyişib… Afrində mümkün əməliyyat haqda bir neçə gün ərzində fikrini ifadə etməyən Rusiya ilk siqnallar verməyə başlayıb ki,  əməliyyata mane olmayacaq…

Ankaranın həm hərbi, həm də diplomatik səyləri iki ayrıca məsələ üzrə edilib. Bunlardan biri Afrin əməliyyatı ilə bağlıdır və burada əsas ünvan sahibi Rusiyadır. Bu bölgə Rusiya ordusunun nəzarətindədir və hava məkanında ruslar və Əsəd rejimi üstünlük təşkil edir. Deməli, Türkiyə SQ-nin Afrinə nisbətdə əməliyyatını Moskva ilə uzlaşdırmaq lazımdır və hər şeydən əvvəl Türkiyə hərbi təyyarələrinin fəaliyyətinə Rusiyanın razılığı lazımdır. Buna görə də əməliyyatın keçirilməsi üçün diplomatik sahədə həyata keçirilməsi tələb olunan son vəzifə Moskvanın “yaşıl işığına” nail olmaqdır. Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar bu günlərdə Moskvaya məhz bu məqsədlə səfər edib. Bu əlaqələndirmə təmin olunsa, Afrin əməliyyatının qarşısında daha əngəl  qalmayacaq…

Türkiyənin digər diplomatik cəbhəsi ABŞ tərəfdən YPG-yə dəstəklə bağlıdır və burada durum daha dolaşıqdır. ABŞ-ın PKK-nın şaxəsi YPG-yə külli miqdarda müasir silahlar verdiyi və YPG-ni sərhəd mühafizə güclərinin komandanlığının başına qoyduğu faktı Ankaranın səbrini tükədib. Türkiyə rəhbərliyi amerikalı həmkarlarıyla danışıqların gedişində siqnal verib: bu duruma son qoyulmasa, Türkiyə-Amerika münasibətləri qəti şəkildə çökəcək.

 

ABŞ nə edir?

 

ABŞ dövlət katibi və Pentaqonun son bəyanatları göstərir ki, bu siqnal başa düşülüb. Lakin nə dərəcədə “geri addım” atıldığı hələlik aydın deyil. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ifadəsincə, Ankara tam qane edilməyib; inamsızlıq saxlanır… ABŞ (təkcə sözdə deyil) işdə öz mövqeyini dəyişənə qədər…

Türkiyənin bununla bağlı ABŞ-a aid iki mühüm tələbi var: birincisi, YPG-yə verilmiş silahları geri almaq, ikincisi, YPG ilə əlaqələri kəsmək (və dəstəyi dayandırmaq)…

Vaşinqton özünün Suriya strategiyası çərçivəsində bu şərtləri yerinə yetirməyə razılaşacaq? Diplomatik üsulla bu münaqişənin həlli tapıla bilərmi?

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə