XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 12:17

ABŞ-ın CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ MÜƏMMA… –Brayzanın açıqlamaları Trampla Konqresin mövqelərindəki haçalanmanı üzə çıxarır - TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 19.01.2018

 

ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının keçmiş rəhbəri, ATƏT Minsk Qrupunun keçmiş həmsədri, indi isə Tallində Müdafiə Araşdırmaları Mərkəzinin rəhbəri Metyu Brayza Cənubi Qafqaza yaxşı bələd olanlardan biri nüfuzuna malikdir. Dövlət Departamentindəki bəzi silahdaşları onu hətta “Cənubi Qafqaz üzrə adam” adlandırırlar. MKİ-nin keçmiş direktoru Maykl Heyden isə bildirib ki, bu diplomatda “elm, təcrübə və vicdanın düzgün uyğunluğu”nu görür. Təsadüfi deyil ki, Cənubi Qafqazın, xüsusən Azərbaycanın bir çox KİV-ləri Brayzadan tez-tez “yaxşı məlumatlandırılmış nyusmeyker” kimi faydalanır.

Düzdür, onun söylədiyi bütün proqnozlar heç də həmişə doğrulmur. Məsələn, Brayza ABŞ-da prezident seçkiləri kampaniyasının gedişində Cənubi Qafqazda Amerika siyasətinin mümkün dəyişikliklərini şərh edərkən deyib ki, bu, baş verməyəcək, “kimin növbəti prezident olacağından asılı olmayaraq Vaşinqtonun bu bölgəyə baxışları” dəyişməyəcək.

Onun özəl şərhində ABŞ prezidenti Barak Obama İrana cinah basqısını zəiflətməyə və Rusiya ilə münasibətləri yenidənyükləməyə gedərək “sələfi kiçik Corc Buşun təzavüzkar siyasətini yığışdırmaq istəyirdi”. Sonradan Gürcüstanla yaxınlaşma və Cənubi Qafqazda Amerika mövqelərinin möhkəmləndirilməsinə gedilsə də, Tiflisə silah satmağa hazırlaşmayıb…

Brayza indi Amerika Konqresinin Gürcüstana tank əleyhinə “Javelin” raket komplekslərinin tədarükünə razılığından danşaraq bildirib ki, bu təşəbbüs bütünlükdə qanunvericilərə məxsusdur, çünki “ABŞ prezidenti Donald Tramp praktik olaraq bələd olmadığı Cənubi Qafqaza özəl diqqət ayırmır”.

Hətta Trampın çevrəsində “Cənubi Qafqaz üzrə ixtisaslamış şəkildə məşğul olacaq bir nəfər də yoxdur”.

Bundan çıxır ki: bu bölgədə siyasəti prezident deyil, Konqres bina edir. Bəli, bu cür mülahizələr ABŞ-da hazırda Trampın ətrafında aparılan kəskin mübarizəni əks etdirir. Lakin bu, Amerikanın Cənubi Qafqaz siyasətinin ixtisaslaşdırılmasına məntiqi təməl qəbul edilsə, maraqlı mənzərə alınır.

Vaşinqtonun ancaq Konqresə söykənməklə Cənubi Qafqazada siyasət qurması bu bölgədə Amerika vektorunu dəyişdirir. Bu, bir.

İkincisi: təsadüfi deyil ki, Trampa qarşı çıxış edən Amerika analitikləri “ABŞ-ın bu bölgədəki müttəfiqlərinin özlərini aldadılmış hiss etdikərini” iddia edərək, prezidentin Cənubi Qafqaz siyasətinin tənqidini tezləşdiriblər. "Foreign Policy Research Institute"nun bugünlərdə meydana çıxmış "NATO-nun Cənubi Qafqazda olmasının azalan aktuallığı və bu bölgənin alyans üçün önəminin azaldığı” faktını etiraf edən araşdırmasını göstərmək yetərlidir.

Karnegi mərkəzinin “Tramp administrasiyasının bu bölgəyə marağı itirdiyinə” işarə edən və “ABŞ-ın bölgə maraqlarının Cənubi Qafqazın ən yaxın hüdudlarından kənara çıxdığı”nın vurğulandığı məruzəsini də xatırlamaq olar.

Lakin Tramp, doğrudanmı, Cənubi Qafqazı tərk etmək niyyətindədir və Brayzanın saydığı kimi, doğrudanmı, Konqres ona mane olur?

Bizim baxışımızca, problem başqa şeydədir.  Bill Klinton birinci prezidentlik müddətində İranın qarşısını almaq siyasətini təqib edib və bölgədə Rusiyanı birinci yerə qoyub. Bu siyasətin memarı Stroub Telbott idi. Amerikalılar sonra kursu dəyişib və Azərbaycanın bölgəsəl energetika laiyihələri vasitəsilə Rusiyanın bölgədən sıxışıdırılıb çıxarılmasına isnad ediblər. Tehran sanksiyalar şəraitində yaşayırdı ki, bu da Bakını bölgədə, az qala, ilk mövqelərə çıxarır və Ankara ilə sıx strateji alyansa itələyirdi. İran cavabında Cənubi Qafqazda Ermənistanı fəal şəkildə dəstəkləməyə və Gürcüstanla iqtisadi, siyasi münasibətləri inkişaf etdirməyə başlamışdı. Obama Tehranla nüvə sazişini dəstəkləyəndə durum hiss olunası dərəcədə dəyişməyə başladı, Qərb ölkələri isə İran üzərindən bəzi sanksiyaları götürdü.

Tramp bu sazişi “fəlakət” sayır və ləğv etmək üçün səylər göstərir. O, eyni zamanda kürd problemi üzündən Türkiyə ilə münasibətləri kəskin şəkildə mürəkkəbləşdirməyə gedir. Harvard universiteti nəzdindəki Belfer mərkəzinin eksperti Mariana Bucerin hesab edir ki, Trampın İrana dair siyasəti qarşıdurma xarakteri daşımağı sürdürsə, “ABŞ Yaxın Şərqə cəlb edilməyi artırmağa başlayacaq, Cənubi Qafqaz isə Əfqanıstan əməliyyatı dönəmindəki kimi ona hərbi baza qismində gərək ola bilər”. Vaşinqton eyni zamanda müxtəlif səbəblərə görə Bakı, Tiflis və İrəvanı vahid Qafqaz siyasəti kontekstində deyil, yalnız ikitərəfli münasibətlər baxımından nəzərdən keçirir.

Və deyəsən, indi Gürcüstana – Qərbyönlü özəllikli xarici siyasət sərgiləyən, böyük geopolitik oyunun obyekti olmaqdan imtina edər kimi görünməkdən qorxmayaraq, geopolitik xəritədə müəyyən yer tutmağa can atan ölkəyə istinad edir. Bununla yanaşı, gürcü politoloqu David Darçiaşvilinin hesab etdiyi, Tiflis “bütün bölgədə ABŞ siyasətinin müttəfiqi olur, bu, Orta Şərqin daha geniş ərazilərinə yayıla bilər” – daha dəqiqi, İran istiqamətinə.

Budur, belə çıxır ki, Konqres və Ağ Ev Gürcüstana münasibətdə "yaxşı və pis polis" rolunu oynayır.

Qaldı ki Azərbaycana, Bakının əksər ekspertlərinin hesab etdiklərinə görə, o, Trampın elan etdiyi, Vaşinqtonun Moskva və Tehranla qarşıdurmasının güclənəcəyini elan edən yeni milli təhlükəsizlik strategiyasıyla bağlı çətin duruma düşüb. “Bir tərəfdən, Türkiyənin Qərblə münasibətlərinin pisləşməsi, – bakılı bir ekspert yazır – digər yandan ABŞ-ın Rusiya və İranla qarşıdurmasının güclənməsi. Bütün bunlar Azərbaycanın bu ölkələrin maraqları arasında “qızılı orta”nı tapmaq imkanlarını daraldır”.

Üstəgəl, Azərbaycan üçün yeganə “Qərb qapısı olan Amerikayönlü Gürcüstan”. Bunu “Vaşinqtonun Cənubi Qafqaz günahlarını”, aydınlaşdığı kimi, “təcridçi” deyilən meyllərinin də olduqca özəl geopolitik xarakterə malik olduğu Trampın ayağına yazan Brayza da anlayır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə