XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 11:44

Netanyahunun Hindistan səfəri:silah müqavilələri Mahatma Qandinin fələstinlilər barədə sözlərini unutdurdu

Vicay Praşad

“Al-Jazeera”

 

Hind xalqının İsrailin baş naziri Binyamin Netanyahunu hər gün hər yerdə dəstəklədiyinə inandığınız təqdirdə, yanılırsınız. Həm Hindistan, həm də İsraildə olan korporativ mətbuat diqqətini hər iki baş nazirin ofislərindən açıqlanan press-relizlərə cəmləmiş və onların təbliğat qarmağına keçmişdi.

Tipik səfər proqramı: Tac Mahal, Qandinin Sabarmati məqbərəsi və Qandinin samadhisi (xatirə memorialı). Texnologiya mərkəzinin açılışı və iş adamları ilə görüş.

Lakin media Netanyahuun səfərinin əsl məqsədini əhatə edə bilmədi, ona qarşı etiraz nümayişinə və Fələstinlə həmrəylik çağırışına göz yumdu.

 

Silah satışı

 

Baş naziri Narendra Modi və Netanyahunun müzakirə etdiyi silah alveri mediada müzakirə olunmadı.

Hindistan İsrail silahlarının böyük alıcısıdır; 2012-2016 illəri arasında ölkə İsrailin silah ixracatının 41%-ini satın alıb.

KİV-lərdə qeyd olunan "işgüzar liderlər"in görüşləri əslində, silah istehsalçıları və sifarişçiləri – mavi kostyumları və ipək köynəkləri ilə biznesinin görünüşü yaradan adamlar bunun xeyirxah iş olduğu təəssüratı yaradırdılar.

Bu görüşlərdə müzakirə olunan məsələlər çox vacib idi. 2017-ci ilin aprel ayında Hindistan və İsrail 2 milyard dollarlıq hərbi texnika satışına dair müqavilə imzalayıb. Lakin bu il yanvarın 2-də Hindistan hökuməti İsrailin silah şirkətlərinə "Spike" raket əleyhinə raketləri almaq üçün 500 milyon dollar həcmində müqavilədən imtina etdiyini bildirib. Lakin Netanyahunun səfəri zamanı Hindistan baş naziri qeyd edib ki, saziş yenidən müzakirə edilib. Göründüyü kimi, Modi şəxsən Netanyahuya yanvarın 2-də edilən xəbərdarlığı geri götürdüyünü açıqlayıb.

Bunu etmək üçün Modi, "Hindistanda istehsal et" siyasətinə uyğun fəaliyyət göstərən Hindistan Dövlət Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatına qarşı çıxıb. Beləliklə, anti-tank raketlərini evdə istehsal etmək əvəzinə, Hindistan İsrail texnologiyasının idxalına pul ödəmək məcburiyyətində qalacaq.

Silah – Hindistanla İsrail arasındakı əlaqənin qəlbidir. Yerdə qalan ikinci dərəcəlidir. Ancaq silah istismarına vurğu çox xeyirlidir. Modi də, Netanyahu da şoumenlərdir. Təbliğat sənətinin gücünü başa düşürlər. Silah müqavilələrində vasitəçiliklə əlaqələrini azalda bilməzlər. Onlar ölkələrini ali məqsədlər üçün bir araya gətirən yüksək düşüncəli kişilər kimi görmək istəyirlər.

 

Qandi və Fələstin

 

Mahatma Qandi – Hindistanda uzun müddət istifadə edilən siyasi alətdir. O, pul və kapitalizmin mənfəət motivini rədd edən adam idi, amma Hindistanın valyutasında əksi var.

1931-ci ildə Qandiyə hərbi qüvvələr haqqında sual verdikdə, müxbirə demişdi ki, gələcəkdə Hindistan "təsəvvür edilməsi mümkün olan ən kiçik ordu"ya malik olacaq. İndi Hindistanda dünyanın ən böyük ikinci ordusu (Çindən sonra, üçüncü yerdə ABŞ-dır) var. ABŞ, Çin, Rusiya və Səudiyyə Ərəbistanından sonra hərbi xərcləri ilə lider ölkələr siyahısında beşinci yeri tutan Hindistan hərbi sahəyə ildə 56 milyard dollar xərcləyir. O, (Səudiyyə Ərəbistandan sonra) dünyanın ən böyük silah idxalçısıdır.

Modi, Netanyahunu Əhmədəbad, Sabarmati çayı yaxınlığındakı Qandinin əsas aşramına (məqbərəsinə) gətirdi. İsrailli liderin Rac Qata (hindu adətinə uyğun, meyitinin yandırıldığı yerə) ayaq basması Hindistanın antimüstəmləkə liderinə qarşı təhqirdir. Bu, sadəcə olaraq, bu iki kişinin silah razılaşması üçün bir araya gəldiyinə deyil, Qandinin – Netanyahuun səfəri zamanı korporativ mətbuatın unutduğu – fələstinlilərlə bağlı fikirlərinə görə hiddətdoğurucu hadisə idi.

1938-ci ildə Qandi yazırdı: "Fələstin ərəblərə məxsusdur […] Yəhudiləri ərəblərə sırımaq səhv və qeyri-insani addımdır". O, buhu antimüstəmləkəçi mübarizədə iştirak edən bir insan kimi yazırdı. Qandinin fikrincə, avropalılar fələstinliləri öz torpaqlarından qova və yəhudi əhalini antisemitizm tarixi ilə idarə olunan Avropadan çıxarıb ora yerləşdirə bilməzlər.

İsrailin formalaşmasından iki il əvvəl, 1946-cı ildə Qandi yazırdı: "Nə üçün yəhudiləri özlərinin istəmədiyi torpaqlarda yaşamağa məcbur etmək üçün Amerikanın pulundan və ya ingilis silahlarından asılı olmalıdırlar? Nə üçün onlar Fələstinə zorla girişi yaxşılaşdırmaq üçün terrora müraciət etməlidirlər?"

Qandi bu sözlərlə 1948-ci ildə Nəkba (fələstinlilər qaçqın düşmələrini “fəlakət” mənası verən bu sözlə ifadə edirlər) dövründə, fələstinliləri torpaqlarından zorla çıxarılmasının başlanğıcında Britaniya hökuməti və fələstinlilərə qarşı şiddət tətbiq edən “Haganah” və “Irgun” kimi terrorçu qrupları nəzərdə tuturdu.

Modi və hökumət üzvləri Netanyahunun səfər zamanı Qandinin fələstinlilərlə bağlı bu fikirlərini səsləndirməyib. Başları silah müqavilələrinə qarışmışdı.

 

Etirazlar

 

Netanyahunun səfərinə qarşı ölkə daxilində etiraz aksiyaları keçirildi. Dehlidə kommunist hərəkatı və Fələstin tərəfdarı qruplar kütləvi mitinqlə buna yol açdı.

Hindistan Kommunist (marksist) Partiyasının lideri Prakaş Karat bildirdi ki, Netanyahunu dəvət edərək, Modi hökuməti "İsrail tərəfindən Fələstinin işğal edilməsinə qanuni don geyindirdi". O hətta qeyd etdi ki, ABŞ prezidenti Donald Tramp İsrailə səfər edərkən, özü də Qərb Şəriyyəyə gedib.

Modi keçən yay İsrailə getdikdə, Fələstini qulaqardına vurdu. Bu səfər zamanı Fələstin barədə hər hansı bir qeydin yoxluğu – Fələstini Hindistanın siyasi şüurundan silmək üçün yürüdülən siyasətin bir hissəsidir.

Netanyahu Mumbaya yollandı, burada Bollivudun bəzi məşhur aktyorları və istehsalçıları ilə görüşdü. İsrail baş naziri ilə Amitabh Baççan, Abişek Baççan, Aişvavarya Ray və Vivek Oberoy, habelə film istehsalçıları Rac Nayak və Ronni Skyuvala birlikdə səhnəyə çıxdı. Bütün bunlar – kamera qarşısında heyranlıq yaradıb, İsraildə korrupsiyada ittiham olunan və adı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətkarlar siyahısına salınmış bir adamla ünsiyyət düşünülməmiş addım idi.

Hindistandakı film sənayesi heç də bütünlüklə bu ziyarətin lehinə olmadı. Məşhur sənədli film sənətçisi Anand Patvardhan bu həngamənin bir hissəsinə çevrilmədi və Modiyə qarşı çıxdı. Onun etirazının səbəbini soruşduqda, Patvardhan bunu çox yaxşı bir şəkildə ifadə etdi: "Bollivuddakı məşhur şəxslərin bir hissəsi Fələstini unudaraq Modi-Netanyahu paradına qatıldı. Bir tərəfdə, amansız, militarist adamlar, digər tərəfdə, böyük və qanunsuz sərvətlərini Panama kimi vergi saxlanclarda gizlədən kinoulduzlar. Bu kütlənin alçaldılmış və təhqir olunmuşların halına acıyacağı yetərindən artıq sadəlövh düşüncədir”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə