XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 19:21

Ərəb dünyasının qəlbində türk hərbi üçbucağı –Ankaranın “qara qitə”də yeni strateji dərinliyi - TƏHLİL

Fatimə Salehi,

“Mehr News”

 

Afrika qitəsi uzun zamandan bəri təbii ehtiyatları və strateji mövqeyinə görə bir çox ölkələrin diqqət mərkəzində olub. Qitə şimalda Aralıq dənizi, şimal-şərqdə Süveyş kanalı və Qırmızı dəniz, şərqdə Ədən körfəzi, cənub-şərqdə Hind okeanı və qərbdə Atlantik okeanla beynəlxalq su yolları, eləcə də dünya ticarətinin istifadə etdiyi bütün keçidlər və boğazlarla əhatə olunub.

Afrika qitəsi neftə əlavə olaraq, mineral ehtiyatlarla zəngindir və ən mühüm ixrac xammalı qiymətli minerallardır. Qitənin cənubunda nəhəng qızıl, mis və almaz yataqları mövcuddur və bu resurslardan hər il böyük gəlir qazanılır.

Bununla bərabər, Liviya, Yəmən, Surya və Fars körfəzi daxil olmaqla, Afrikanı da əhatə edən regionda baş verən hadisələr Ankaranın bu fikrə gəlməsinə səbəb olub ki, bölgədəki böhranlar onun maraqları və təsirinə ziddir. Türkiyə hesab edir ki, hazırda Suriya və İraqdakı münaqişələr əsnasında xarici dövlətlərin məqsədi Ankaranın xilafına kürd dövləti yaratmaqdır. Odur ki, Türkiyənin xarici siyasətinin mərkəzində iki əsas hədəfə yetişmək durur: birincisi, Yaxın Şərqdə baş verən proseslərdə ölkənin ən böyük regional güc olduğuna vurğu (Ərdoğan bölgədəki hadisələri şərh edərkən, daim bunu söyləyir); ikincisi, regionda mövcud böhranın faydalanaraq bölgə qüvvələri ilə (Ankara özünü Yaxın Şərqdə əsas güc hesab edir) ittifaqlar yaratmaq və bu yolla iqtisadi fayda əldə etmək.

Ankara Afrika Buynuzunda yerləşən ölkələrə hərbi dəstək vermək və hərbi bazalar yaratmaqla, hegemoniyasını qitənin bu bölgəsində də genişləndirməyə çalışır. Analitiklər xəbərdarlıq edirlər ki, Afrikada türk hərbi bazalarının mövcudluğu təhlükəlidir, çünki bu, ərəb dövlətlərinin milli təhlükəsizliyinə açıq təhdiddir.

Bildiyimiz kimi, son zamanlarda Sudan iqtisadi investisiyalar naminə Türkiyəyə bir ada verib. Sevakin limanı Xartumun ən qədim dəniz qapısıdır, daha çox Ciddəyə sərnişin və yüklərin daşınması üçün istifadə olunur. Türkiyə xarici işlər naziri Mevlüt Çavuşğolunun sözlərinə görə, Xartum və Ankara bu yaxınlarda hərbi təhlükəsizlik sahəsində müqavilə imzalayıblar və Türkiyə Qırmızı dənizdə Sudanın təhlükəsizliyinə cavabdeh olacaq.

Prezident Rəcəb Tayyip Ərdoğan artıq Qətərdə hərbi baza yaradıldığını açıqlayıb. Müxtəlif qoşun növlərindən olan təxminən 3 min əsgər bu bazada yerləşdirilib. Türkiyə, həmçinin Somalidə, Ədən körfəzinə çıxışda hərbi baza yaradıb. Bu ölkədə on mindən çox hərbi qulluqçunun təlim-tədrisi nəzərdə tutulur.

Bundan başqa, Türkiyənin Suriya, İraq, Azərbaycan və Albaniyada hərbi bazaları mövcuddur və o, Əfqanıstanda, Livanda və digər ölkələrdə sülhməramlı qüvvələrin hazırlanmasında iştirak edir. Beləliklə, Ankara xarici siyasətində güc siyasətinə dayaqlanır və regiondakı hadisələrdə öz təsirini artırmağa çalışır. O cümlədən 2018-ci ildə bölgənin böhranlarına münasibətdə də bu siyasəti izləyəcək. Görünən budur ki, Fars körfəzindəki böhran, deyəsən, coğrafi sərhədləri aşıb və Afrika qitəsinə yetişib. Bu, regional mübahisələri daha da gücləndirəcək. Türkiyə və Sudan arasında imzalanan son müqavilələr (650 milyon $) əslində, özündə Fars körfəzi və Yaxın Şərqdəki münaqişələrin əlamətlərini daşıyır. Bu əsnada Afrika Buynuzunun Ədən körfəzinə açılan bölgədə rəqabət güclənib. Çünki bu ərazi Qırmızı dənizə qapıdır.

Ötən ay Qətərin əmiri Qərbi Afrikanın altı ölkəsinə yollanaraq Körfəzi ölkələri ilə olan münaqişəsində onların dəstəyini almağa çalışıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Əmirliklər isə Sudan və Türkiyə arasında razılaşmadan narahatdır, çünki Qətərlə münaqişədə Ankara Dohanı dəstəkləyir. Somalidə və Eritreyada hərbi bazaları olan Riyad və Əbu-Dabi türk hərbi bazalarını özlərinə təhdid görür. Çünki Sudandakı hərbi baza Ciddəyə çox yaxındır.

Yeri gəlmişkən, Osmanlı İmperatorluğu dövründə də Sevakin adası Qırmızı dəniz və Hicazın təhlükəsizliyi baxımından mühüm nöqtə idi. Son vaxtlar Ərdoğana yaxın bir televiziya kanalında yayımlan, adadakı Osmanlı mirasından bəhs edən sənədli filmdə də buna vurğu var. Qırmızı dənizin qapısı kimi tanınan Sevakin adası böyük kommersiya və iqtisadi əhəmiyyət daşıyır. Bu ərazidə 40 mindən çox sudanlı yaşayır.

Ekspertlər deyir ki, Sevakin demək olar ki, hərbiləşdiriləcək, Qırmızı dənizdən keçən bütün gəmilər Türkiyənin nəzarətində olacaq. Böyük təbii sərvətlərinə görə hazırda Afrika Türkiyə üçün mühüm strateji seçimdir. İqtisadi və strateji baxımından hələ Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının yaradılmasından əvvəl Türkiyədə qara qitənin türk iqtisadiyyatı üçün faydası bilinir, fəal diplomatik səylər atılır, gələcək üçün zəmin yaradılırdı.

Afrika ölkələri ilə əlaqələrin inkişafında Türkiyənin uğurlarına baxmayaraq, İran, Qərb ölkələri və Çinlə müqayisədə, Ankaranın iştirakı ilə qitə uğrunda qlobal rəqabətdə Türkiyənin əleyhinə olan amillər var. Rəqabətin genişliyi, onun iştirakçılarının çoxluğu ilk problemdir.

Türkiyənin nüfuz savaşında qarşılaşacağı ikinci problem Afrika ölkələrində, o cümlədən Liviyada davam edən vətəndaş müharibəsidir. Liviyada isə neft ehtiyatları ilə ən zəngin Afrika ölkəsidir.

Ankara bu ölkədə vətəndaş müharibəsinə son qoya biləcəkmi?

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə