XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2018 - 17:08

KÜRDLƏR ÜÇÜN “AFRİN TƏLƏSİ”:Türkiyə, Rusiya və Suriyanı birləşdirən maraqlar - TƏHLİL   

Vladimir van Vilgenburq

ahvalnews.com, 23.01.2018 

Suriya kürdlərinin liderləri bildiriblər ki, Rusiya hazırda ərazini ələ keçirmək üçün həyata keçirilən Türkiyə hücumunun qabağını almaqdan ötrü onlardan şimali-qərb Afrin anklavını Suriya prezidenti Bəşər Əsədə verməyi xahiş edib.

Suriyalı üsyançı müttəfiqlərin dəstəklədiyi Türkiyə qüvvələri Suriyada İŞİD-ə qarşı mübarizədə kürd könüllü yığmasını dəstəkləyən Birləşmiş Ştatlardan səslənən təmkin çağırışına baxmayaraq Afrini kürd birləşmələrindən təmizləmək üçün şənbə günü əməliyyata başlayıb. Rusiya İranla birlikdə Əsədin əsas himayəçisi olsa da, kürd könüllü yığmasıyla da yaxşı münasibətlər saxlayır və Arfin kantonunda xeyli qüvvəsi var. Əsəd habelə YPG-yə hökumətin nəzarət etdiyi ərazidən əlavə qüvvə göndərməyə icazə verib.

Suriyanın kürdlər nəzarət edən ərazilərini yönəldən siyasi hərəkatın aparıcı üzvü Oldar Kselil (mətndə bu cürdür. Düzgünü: Eldar Xəlil-tərc.) kürdlərin Sterk TV telekanalına müsahibədə deyib: “Rusiya Afrin administrasiyasına təklif edib ki, Afrini Suriya rejimi idarə etsə, onda Türkiyə ora hücum etməyəcək. Afrin kantonu administrasiyası təklifdən imtina edib”.

YPG Suriyada 2011-də vətəndaş müharibəsi başlayan andan bütün Suriya boyu Əsəd qüvvələri, həmçinin antihökumət islamçı qüvvələri və İŞİD-lə mübarizə aparıb. Könüllü yığma eyni zamanda hökumət qoşunlarıyla atəşkəs haqda çoxlu lokal sazişlər bağlayıb.

Kürd liderləri deyirlər ki,Türkiyə işğalını önləməyin ödənci kimi hələlik Suriya hökumətinə Afrin üzərində nəzarəti qaytarmaq icazəsi vermək ideyasını qəbul etməyəcəklər.

Afrin kantonunun həmsədri Xəvi Mustafa “Ahval” agentliyinə deyib: “Biz altı il qabaq rejimi buradan qovmuşuq və Suriyanın hər yerində  və şimal bölgələrində rejimi azadlığa dəyişdirmək üçün xeyli şəhidin həyatını qurban vermişik”.

Kürd liderlərin bəyan etdikləri kimi, ruslar Türkiyəyə Afrin üzərindəki səmadan istifadə icazəsi verəndə və Türkiyə qoşunları, onların suriyalı müttəfiqləri yerüstü əməliyyata başlayarkən kənarda qalanda məqsəd türklərin Afrini ələ keçirməsi deyil, kürdləri Əsəd hökumətinin ixtiyarına keçməyə məcbur etmək idi. Rusiya Federasiyası kürdlərin milli-mədəni muxtariyyətinin həmsədri Fərhad Patiyev “Ahval” agentliyinə deyib: “Niyyət kürdlərin Əsədə tam tabeliyi idi. Türk dəyənəyi bu məqsədə çatmaq üçün alətdir”.

O bildirib: “Afrinin itirilməsi sonrakı basqını və Rojavanın tam alt-üst edilməsinədək başqa ərazilərdən tədricən imtinanı bildirəcək”.  Beynəlxalq münasibətlər üzrə Rusiya Şurasından analitik Timur Əhmədov “Ahval”a deyib ki, Afrinə nəzarətin Əsəd hökumətinə verilməsi haqda danışıqlar olub. O söyləyib: “Əsəd tərəfə keçmək bütün tərəflər üçün ən məqbul ssenaridir. Türkiyə Əsədlə mübarizə aparmayacaq, çünki zamin dövlətdir və sazişlərdə Əsədi de-yure tanıyıb”.

O deyib – Afrində hakimiyyətin təhvil verilməsi Rusiya üçün son dərəcə mühümdür ki, Suriyanın başqa yerlərində kürdlərə göstərilsin ki, “onlarda formal özünüidarəçilik ola bilər və bu zaman güvənlik və sərhədlərin məsuliyyəti Suriya hökumətinə saxlanır” və kürdlər Dəməşqsiz zəifdirlər.

Eyni zamanda Əhmədov deyib ki, əməliyyat davam etdikcə Rusiya Demokratik Birlik Partiyası (PyD), YPG-nin siyasi bölməsi ilə təmas saxlayır ki, əhvali-ruhiyyənin necə dəyişildiyini, könüllü yığmanın Əsəd hökumətinə formal idarəçiliyi öz üzərinə götürməyə icazə vermək fikrinin dəyişib-dəyişmədiyini görsün. “Türkiyənin tam bir kantonu tutmağa Rusiyanın razılaşacağına şübhə edirəm. Əməliyyat tədricən davam edəcək, Rusiya PYD-nin nəbzini və hakimiyyətin Dəməşqə verilməsi haqda təsəvvürünü yoxlayacaq”.

Rusiya Afrin vilayətində hökumətin nəzarət etdiyi ərazidə Təl-Rifəətdə hərbi-nəzarət missiyasını hələ də saxlayır.

Əhmədov bildirib: “Zona türklərin artilleriya atəşi və hücumundan qurtulacaq ki, PYD Dəməşqə xahişlə müraciət etsə, Suriya hökumət qoşunları Afrinə yeridilsin”.

Tərcümə Strateq.az-ındır.