XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 12:56

Tramp faktoru və ABŞ-ın xarici siyasəti –sabiq alman xarici işlər nazirinin bədbin PROQNOZLARI

Yoşka Fişer

“Project Syndicate”

 

Donald Trampın prezidentliyinin ilk ilində administrasiyasının xarici siyasəti ziyan görüb: Koreya yarımadasında “roket-adam” Kim Çen Inla söz dueli, Cənubi Çin dənizində gərginlik, “bir Çin” siyasətinə zidd olan Tayvan prezidenti ilə telefon danışığı…

Əslində, Çinlə qarşıdurma əvəzinə, Tramp Çin prezidenti Si Szinpinlə yaxın şəxsi əlaqəyə sahib olan kimi görünür. Trampın Çinlə münasibətlərdə atdığı addımlar Birləşmiş Ştatların Asiya-Sakit okean regionundakı ticari mövqelərini zəiflədib. Sanki Tramp Amerikanı deyil, Çini “Yenidən möhtəşəm” etmək istəyir.

Bundan başqa, Tramp, Çin, Almaniya və Yaponiya kimi, ABŞ-ın əsas ticarət tərəfdaşlarına yüksək tariflər qoyaraq ticarət müharibəsinə başlayıb. İranın nüvə razılaşmasından narazılıq ifadə etsə də, onu qüvvədə saxlayıb. Üstəlik, Qüdsü İsrailin paytaxtı olaraq tanıma barədə birtərəfli qərarın uzunmüddətli nəticələri hələ də görünməz qalır.

Trampun ABŞ müttəfiqləri hesabına Rusiya ilə daha sıx əməkdaşlıq etmək ümidi də gerçəkləşməyib və Ukrayna münaqişəsinə dair rəsmi mövqeyi dəyişməyib. Vladimir Putinin 2016-cı ilin prezident seçkilərinə – Trampın Birləşmiş Ştatlar siyasətini Rusiya yönlü etmək niyyəti ilə – müdaxiləsi məsələsi ABŞ-ın daxili siyasətində fırtına qoparıb.

NATO, əslində, ötən il ərzində Rusiyanın hərbi cəhətdən güclənməsi və Şərqi Ukraynada müharibənin davam etməsi ucbatından güc və legitimlik qazanıb. Əlbəttə, avropalılar öz müdafiə xərclərini daha çox artırmaq məcburiyyətində qalacaqlar. Lakin bu, Hillari Klintonun prezident olduğu təqdirdə də, fərqli olmayacaqdı.

Ağ Evdə az qala hər kəs "hərbi mundirli"dir: müdafiə naziri Ceyms Mattis, milli təhlükəsizlik müşaviri MakMaster və qərargah rəisi Con Kelli. Onlar Birləşmiş Ştatların xarici siyasətində sələfiliyi təmin ediblər. Bunu iqtisadi-ticari siyasətə münasibətdə də söyləmək doğru görünür.

Bu, dünyanın rahat nəfəs alması kimi yozula bilərmi? Əlbəttə, yox. ABŞ xarici siyasəti üzərində dolaşan Tramp kabusu boyda böyük bir sual mövcuddur. Prezidentin nə istədiyi, həqiqətdə nə bildiyi, məsləhətçilərinin ona nə dediyi və nə söyləmədikləri qətiyyən aydın deyil. Davamlı xarici siyasət Trampın əhval-ruhiyyənin dəyişməsinə və ani qərarlarına müqavimət göstərə bilməz.

Birləşmiş Ştatların Dövlət Departamenti demək olar ki, tam böhranlı missiya dərəcəsinə imkan verən institusional baza qəbul edib. Ağ Evin bu yaxınlarda nəşr olunan Milli Təhlükəsizlik Strategiyası artıq güvənilməzdir. ABŞ, 11 sentyabr 2001-ci il tarixindən etibarən yürütdüyü rəsmi mövqeyindən ayrılaraq, indi milli təhlükəsizlik və dünya sülhü üçün əsas təhlükə kimi qeyri-dövlət subyektlərinin doğurduğu terrorizmi deyil, Çin və Rusiya ilə qlobal energetik rəqabətlərini nəzərdən keçirəcək.

Beləliklə, 2017-ci ilə boylanaraq, belə bir təəssürat yaranır ki, ABŞ-ın xarici siyasəti əsasən pozulmaz qalsa da, tamamilə gözlənilməz hala gəlib-çıxıb. Buna görə də, 2018-ci ildə Fars körfəzi və Livandakı durum, Suriyadakı müharibə, Səudiyyə Ərəbistanı və İran arasında hegemoniya rəqabəti və Koreyadakı nüvə döyüşü səbəbi ilə bu qeyri-müəyyənlik artacaq.

Koreya yarımadasında və Fars körfəzində əsas məqsəd –regional sabitliyi və güc balansını təhdid edən diktaturaların nüvə silahlarına yiyələnməsinin qarşısını almaqdır. Əslində, Şimali Koreya və ya İranla nüvə qarşıdurmasına müqavimət göstərmək mümkün deyil.

ABŞ-ın qitə hissəsinə çatmağı bacaran qitələrarası ballistik raketə doğru hərəkət edən Şimali Koreyada qarşıdurma olarsa, nüvə silahlarından istifadə edilə bilər. Bu məsələdə heç bir nikbinlik yoxdur, üstəlik, ölkəyə qarışıq “tvitlər”lə hamını çaşdıran prezident rəhbərlik edirsə…

Əslində, Tramp faktoru ötən il beynəlxalq siyasətdə yeganə qeyri-müəyyənlik mənbəyi olub. ABŞ hələ də dünyanın qabaqcıl qüvvəsidir və dünyanın qorunmasında mühüm rol oynayır. Əgər Amerikanın siyasətini proqnozlaşdırmaq çətin olarsa və Trampun davranışı ABŞ hökumətinin etibarlılığını pozarsa, beynəlxalq nizam böyük qarışıqlıqlara məruz qalacaq.

Birləşmiş Ştatlar noyabr ayında keçiriləcək aralıq seçkilərinə yaxınlaşdıqca, daxili siyasi hadisələrin ölkənin xarici siyasətinə necə təsir edə biləcəyini düşünmək vacibdir. Respublikaçılar Konqresin hər iki palatasında əksəriyyəti itirdikdə və “Rusiya işi”nin istintaqında xüsusi müşavir Robert Möller dəlillərini, tapıntılarını eyni zamanda təqdim edərsə, Tramp iqtidarının eroziyasını hiss edəcək.

Buna görə də, 2018-ci ildə əsas məsələ Trampın xarici siyasət böhranı ilə eyni vaxtda daxili təhdidlə üzləşdiyi halda, nə edəcəyidir. Ağ Evdəki müşavirlər vəzifələrinin öhdəsindən gələ biləcəklərmi?

Önümüzdəki ayları əhəmiyyətli şübhə və narahatlıq ilə qiymətləndirmək üçün başqa dəlillərə ehtiyac yoxdur.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə