XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 17:39

Soçi müzakirələri əleyhinə üç səbəb –Suriyalı müxalif: "Rusiya neytral vasitəçi ola bilməz"

Əsəd əl-Alaci

“Əl-Cəzirə”

 

Cenevrə, Astana və indi də Soçi əksər suriyalıların heç vaxt səfər etmədikləri şəhərlərdir, lakin bu şəhərlərin hər biri ölkəmizin gələcəyi ilə bağlı beynəlxalq müzakirələrin sinoniminə çevrilib. Siyahıya ən son əlavə olan Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhəri müzakirə üçün daha mürəkkəb məkandır.

Rusiya Suriyadakı gələcək konstitusiyanı müzakirə etmək üçün Soçi şəhərində "Suriya Milli Dialoq Konqresi”ni keçirmək üçün uzun müddət çalışır. Mənim və bir çox digər suriyalılar üçün əhatəli bir milli dialoq, həqiqətən də, davamlı və ədalətə əsaslanan sülh razılaşmasına mühüm keçid addımıdır.

Soçidə, yanvarın 30-da keçiriləcək Suriya Milli Dialoq Konqresi,  böyük ehtimalla, Suriya xalqının istəklərini müvafiq olmayacaq –bunu iddia etmək üçün üç səbəbim var.

Birincisi, Rusiya Suriyanın gələcəyinə dair müzakirələr üçün dürüst və ya neytral vasitəçi olaraq qəbul edilə bilməz. Suriya rejiminin əsas hərbi tərəfdaşı olan Rusiya və Soçi, lüks Qara dəniz kurortları ilə öyünə bilər, amma bir çox suriyalılar ölkənin gələcəyini məhz Rusiyada müzakirə etmələri olduğunu bildikdə, titrəmə keçirirlər. Öz xalqının qənimi olan Əsəd rejiminə dəstək verən bir ölkədə qonaq ola-ola, sərbəst danışıqları necə apara bilərik?

Rusiyanın siyasi prosesi əlində saxlama cəhdində belə neytrallıq bəhanədir: Suriya Milli Dialoq Konqresinin ilkin dəvətnamələrini rus ordusunun bir leytenantı göndərib. Dəvət kartlarında Suriyadakı iki əsas dildə – ərəbcə və kürdcə deyil, rus və ya ingilis dillərində iştirak etmənin təsdiqləməsi istənir. Bu, çətin ki, suriyalıların ölkənin gələcəyini formalaşdırmaya nəzarət etdiyi təəssüratı yaratsın.

Soçinin qüsurlu seçim olduğunu isbatlayan ikinci səbəb – o, həqiqətən, əhatəli təmsilçilik məkanı olmayacaq. Suriya cəmiyyətinin bütün hissələri dəvət olunmur. Məsələn, Rusiyaya görə, bazar ertəsi kürd nümayəndələri Soçiyə dəvət edilib, amma hansı kürd səlahiyyətlilərinin dəvət edildiyi və ya iştirak edəcəyi dəqiqləşməyib. Suriyanın gələcəyini formalaşdırmaqda kürd icmalarının iştirakının dayandırılması Suriyanın kürd vətəndaşlarına qarşı onilliklərlə davam edən haqsızlığın və çıx-daş edilmənin ardı olacaq, hər bir azad suriyalının demokratik və əhatəli bir keçidə səyini öləziləşdirəcək.

Üçüncü səbəb isə BMT-nin himayəsi altında Cenevrədə yerləşən böhran üzrə vasitəçilik missiyasının çoxtərəfli səylərinin Soçi ilə tamamilə sinxronlaşmamasıdır. BMT-nin Cenevrədə təşkil etdiyi danışıqlar çox bar verməyib, ancaq bu, vasitəçilikdəki hər hansı bir sistemli problemdən daha çox Suriya hökumətinin danışıqlardan yayınması ilə daha çox bağlıdır.

Moskva Astanada (Qazaxıstan) BMT-nin Cenevrə prosesinə paralel bir platforma yaradıb, İran, Türkiyə və Rusiyanın iştirakı ilə "hərbisizləşdirilən zonalar" və humanitar dəhlizin yaradılması müzakirə edilib. Bu forumun uğursuzluğu Rusiyanın aktiv hərbi iştirakı ilə İdlib və Şərqi Qutada yaradılmış "hərbisizləşdirilən sahələr”ə qarşı Əsədin qəddar hücumuna dəstək vermədədir.

Rusiyanın xətti – Soçinin Cenevrəyə yeni bir nəfəs verməsini ehtiva edir. Ancaq sirr deyil ki, Rusiya BMT-nin rəhbərlik etdiyi prosesdən ayrılmaq, nəticələrə daha çox nəzarət etmək istəyir.

İdarəetmə məsələlərindən əvvəl Suriyanın konstitusiyasına diqqət yetirərək, Rusiya artıq indidən atı arabanın önünə qoyaraq nəticələrlə manipulyasiya etməyə çalışır.

BMT-nin 2254 saylı qətnaməsinə görə, etibarlı və əhatəli idarəetmə qurmaqla, siyasi keçid əldə edilməli, sonra da azad və ədalətli seçkilərin keçirilməsinə imkan verəcək yeni konstitusiya hazırlanmalıdır. Bu ardıcıllıqdan yan keçmə siyasi keçidin etibarlılığı və canlılığı üçün ciddi risklər daşıyır.

Təəssüf ki, bu, mart ayında Rusiyada keçiriləcək prezident seçkisinə qədər xalqına “Soçi irəliləyişi"ni göstərmək arzusunda olan Putini narahat etmir.

Bütün bu səbəblərə görə Soçidə keçirilən danışıqları böyük şübhə ilə qarşılayıram, BMT və digər nüfuzlu ölkələri, o cümlədən Rusiyanı çox vacib olan "Suriya milli dialoqunu" BMT-nin rəhbərliyi ilə neytral məkanda keçirməyə çağırıram.

 

* Bu yazıda əks olunan fikirlər “Əl-Cəzir”ənin redaksiya mövqeyini əks etdirmir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə