Corco Kafiero
“Əl-Ərəbiyə”
Son illərdə Albaniyadan Zimbabveyə qədər dünyanın onlarla ölkəsində dünyaya gəlmiş cihadçı Levantda (Livan-Suriya-İraq bölgəsi – tərc.) fəaliyyət göstərən ekstremist qruplara qoşulub. İŞİD ötən il Mosul və Raqqa şəhərlərindəki qalalarını itirdikdən sonra bir neçə qitədə təhlükəsizlik xidmətləri İraq və Suriyada daha da radikallaşan, yüksək təlim keçmiş, intizamlı və döyüşdə bərkimiş vətəndaşlarının doğurduğu təhlükə qayıdışı ilə əlaqədar dərindən narahat olublar.
Bu baxımından Çin bir nümunədir. Suriyanın Pekindəki səfirinin sözlərinə görə, 2017-ci ilin may ayından etibarən türkdilli müsəlman azlığın yaşadığı, Çinin şimal-qərbində yerləşən Sincan əyalətindən 4-5 min radikal uyğur Suriyada İŞİD və digər ekstremist qrupların sıralarına daxil olub. Türkiyə və Cənub-Şərqi Asiya dövlətləri vasitəsilə Suriyaya gələn uyğur döyüşçüləri münaqişə boyu həlledici döyüşlərdə Suriya ordusu ilə birbaşa mübarizə aparıblar.
Suriya münaqişəsinə qatılan uyğur fraksiyası “əl-Qaidə” ilə bağlı “Türküstan İslami Hərəkatı”dır (TİH). TİH, “əl-Nusra Cəbhəsi” kimi tanınan “Cəbhət Fəth al-Şam”ın (CFŞ) çətiri altına girib. Lakin Suriyadakı bədnam uyğur cihadçı fraksiyasının gündəmi həmişə Əsədin devrilməsindən fərqli olub.
Qlobal cihadçı şəbəkədə daha çox tanınma, uyğurların Sincandakı şikayətləri ilə əlaqədar beynəlxalq məlumatlılığın artırılma naminə TİH Suriyada həm də başqa bir məqsədlə döyüşüb: öz gücü barədə rəsmi Pekinə ismarış göndərib.
Ekstremist qüvvələr sırasına daxil olmaq üçün Suriyaya döyüşçü axınında uyğurların sayının artması ilə, cihadçılar Çinin Sincan əyalətində uyğur-İslam eyniliyindən faydalanmağa cəhd göstərirlər. İŞİD-in mətbu orqanlarına uyğur dilində nəşrlər əlavələr edilib və TİH Suriyadan gələn bir çox təbliğat videosunda Çində qan tökməyə söz verib.
Uyğurların dini ayinlərini icra etmək və mədəniyyətlərini inkişaf etdirmək hüququnu məhdudlaşdıran Çin qanunları (o cümlədən "qeyri-adi" saqqal saxlama və baş örtüyü qadağası) cihadçıları Çin əleyhinə hərəkətə həvəsləndirir.
Çinin Avrasiya məkanını qorunması
Hazırkı mərhələdə Pekindəki səlahiyyətlilər döyüşkən uyğurların Suriyadakı döyüş sahələrini Çinin şimal-qərbinə yaxşılaşdırma potensialından getdikcə daha çox həyəcanlanırlar. Son illərdə davakar uyğurlar Çində polis və dinc sakinlərə, eləcə də Qırğızıstanda Çin diplomatlarına və Tailand turistlərinə hücum ediblər. Bu ölümcül terror aktları bomba və bıçaqlara törədilib.
Pekinin Çində cihadçı böhranı ilə bağlı əsas narahatlıqları şimal-qərbdəki terror və iğtişaşların XXI əsrdə Çinin qlobal ticarət mərkəzi kimi qurulmasını hədəfləyən iddialı "Bir Qurşaq-Bir Yol” (“One Belt, One Road” – OBOR) layihəsinə təhlükə törətməsinə görədir. OBOR Şərqi Çini Orta Asiya və Avropa ilə əlaqələndirən Sincan dəhlizinə əsaslanır. Buna görə də, Çin Avrasiya məkanını təhlükəsizlik strategiyası ilə terror təhlükələrindən qorumağa çalışır.
Yanvarın 23-də dövlət tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin Sincan vilayətini terrorçulardan qorumaq məqsədi ilə "Böyük Divar" quracaq. Əyalətdə siyasi, sosial və mədəni təcrübələrlə kəmərləri sıxaraq, rəsmi Pekin xan (Çinin əsas etnosu – tərc.) mədəniyyətini təşviq etmək, yəni assimilyasiya aparmaq və iqtisadi modernləşdirmə proqramını irəlilətməklə, uyğurların ölkənin şimal-qərbində müstəqillik və / və ya daha çox muxtariyyət istəyini zəiflətməyə qərarlıdır. Praktikada, XXI əsrdə Sincanda iqtisadi artımı təmin etməklə, bu cür siyasət uyğurları xeyli sakitləşdirməlidir; təhsil müəssisələri və iş proqramları vasitəsilə "uyğurların xan mədəniyyətini mənimsəməsi üçün təcavüzkar cəhdlər"dir.
Uyğur zorakılığının qanuni şikayətlərə və ya nihilist-radikal ideologiyaya əsaslanmasından asılı olmayaraq, Sincanda artan təzyiq, uyğurların onlarla ildir Çin Xalq Respublikasına qarşı davranışını daha da gücləndirir. Sincanda və ondan kənarda cihadçı qruplar zülm və insan haqları pozuntusu şikayətlərini daha çox Çinin şimal-qərbindəki marginal müsəlmanları radikallaşdırmaq üçün istifadə edirlər. Rəsmi Pekinin "təhlükəsizlik " adı ilə Sincanda uyğurların gündəlik həyatına daha çox məhdudiyyət qoyması transregional terrorçuları daha da həvəsləndirəcək.
Eyni zamanda, Əfqanıstan, Suriya, eləcə də Yaxın Şərq və Mərkəzi Asiyada olan digər yerlərdəki münaqişələrə qatılan Sincandan olan cihadçı uyğurlarla bağlı Çinin bu bölgələrlə bağlı xarici siyasəti var. Rəsmi Pekin Çinin şimal-qərb sərhədində OBOR-un "sülh və əməkdaşlıq, aşkarlıq və şəffadflıq" ruhunu getdikcə daha çox təşviq edəcək.
2015-ci ilin sonunda Çin bəyan edib ki, ordu və Silahlı Polis Təşkilatının ölkənin xaricində terrorla mübarizə əməliyyatları aparmasını nəzərdən keçirir. Həmçinin uyğurların xaricdə Çinin maraqlarını təhdid etməsi ilə bağlı narahatlıqda vurğulanıb.
Güman ki, Çin uyğur-cihadçı təhlükəsi ilə mübarizə məqsədilə Orta Asiyada və Ərəb dünyasında daha iddialı xarici siyasət yürüdəcək. Çin maraqların yüksələn səviyyəsinə əsaslanaraq, müsəlman aləminin mübahisəli sahələrində müttəfiqlərlə antiterror əməliyyatları keçirəcək.
Tərcümə: Strateq.az