XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 16:25

Daşkənd Əfqanıstanda ABŞ-ın maşasına çevrilir –Trampın "özbək plovu"na sevgisi nədən qaynaqlanır? - TƏHLİL

Vinay Kaura

Middle East İnstitute (Yaxın Şərq İnstitutu, ABŞ)

 

Əfqanıstan münaqişəsi o qədər mürəkkəbdir ki, hər cür qərara müqavimət göstərir. Amma Əfqanıstanın şimal qonşusu Özbəkistan bu böhranda özünü sınamaq istəyir.

2018-ci ilin mart ayının sonunda Daşkənddə nazirlər səviyyəsində "Əfqanıstan – dinc gələcəyə doğru" adlı beynəlxalq konfransı keçiriləcək. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun sözlərinə görə, "sülh prosesi bütün daxili əfqan qüvvələri üçün qarşıdurmanın yeganə həll yolu olaraq qalır” “və Daşkənd zirvəsinin əsas məqsədi" Əfqanıstanda münaqişənin sülh yolu ilə həllinin əsas prinsiplərini razılaşdırmaq, Əfqanıstan hökuməti ilə silahlı müxalifət arasında danışıqların başlanması mexanizmini hazırlamaq "məqsədi daşıyır". Bu, həqiqətən təqdirəlayiq səylərdir və Özbəkistan, əslində, ilk baxışda göründüyündən, daha çox fayda verə bilər.

 

Özbəkistanın Əfqanıstanla əlaqəsi

 

Zəngin enerji qaynaqlarına baxmayaraq, beş Mərkəzi Asiya respublikası, başda Fərqanə vadisi olmaqla, müxtəlif etnik qruplar arasında qarşıdurma zonası olub. İcbari siyasi islahatlar, kövrək iqtisadi şərtlər və artan sosial problemlər radikal islamçılığın yaranması üçün məhsuldar təməl yaradıb və xarici islamçı şəbəkələrin Mərkəzi Asiyaya daxil olmasına yol açıb.

Orta Asiyanın mübahisəli sərhədləri Əfqanıstandan qaçaq silah və narkotik maddələr idxalı üçün ələyə çevrilib. Dini ekstremizm və radikallaşma əsas çətinliklər olaraq qalır, “Taliban” və “Haqqani Şəbəkəsi”, “əl-Qaidə”, İŞİD və “Özbəkistan İslam Hərəkatı” (ÖİH) kimi qeyri-sabitləşdirici qüvvələr regional təhlükəsizliyə təhdid yaratmağa davam edir.

Özbəkistan uzun müddət prezident İslam Kərimovun köməyi ilə radikal islamçılığa sipər olub. İlkin mərhələdə ÖİH Kərimovun hakimiyyətini devirmək istəyib, lakin sonra Mərkəzi Asiya ərazisində “İslam xalifəti”nin yaradılması üçün daha böyük ambisiyaları dəstəkləyib, nəticədə, “Taliban”a qoşulub.

Özbəkistan vətəndaşları İŞİD-in “Xorasan filialı” adından Əfqanıstandakı ABŞ qoşunları ilə döyüşənlərin böyük hissəsini təşkil edir. 2016-cı ilin dekabr ayında Əfqanıstanda ABŞ-ın ən yaxşı komandanı olan general Con Nikolson deyib ki, "İŞİD-Xorasan” bu gün “Təhrik-e Taliban Pakistan”, “Özbəkistan İslam Hərəkatı” üzvləri və hətta bəzi əfqan “Taliban”ı üzvlərindən ibarətdir”.

Özbəkistan hökuməti isə heç vaxt vətəndaşlarının xaricdəki ekstremist qruplara qoşulduğundan şübhələndiyini açıqlamayıb.

Bu zəifliyi nəzərə alaraq, Özbəkistan Əfqanıstanın sülh və sabitlikdə qalmasını təmin etmək istəyir. BMT-nin təşəbbüsü ilə Mərkəzi Asiya ölkələri və Əfqanıstanın xarici işlər nazirləri 2017-ci ilin dekabrında Türkmənistanın Aşqabad şəhərində "Orta Asiya + Əfqanıstan (C5 + 1) yeni məsləhətçi formatı yaratmağı nəzərdə tutub. Məqsəd bütün regional məsələlərin müzakirəsi üçün səmərəli bir platforma olmaq, həmçinin sülh və davamlı inkişaf üçün birgə tədbirlərin hazırlanması idi.

 

İkitərəfli əlaqələrin inkişafı

 

Bu geniş təhlükəsizlik tərəfdaşlığı Özbəkistan-Əfqanıstan iqtisadi əlaqələrində inkişafla müşayiət olunub. 2010-cu ilin noyabrında Özbəkistan təxminən 47 mil uzunluqda Hayratan və Məzari-Şərif arasındakı ilk uzunməsafəli dəmir yolunun tikintisini başa çatdırıb. Ölkənin Şibqar və Məymənə kimi şimal şəhərlərinin Məzari-Şərif və Qərbi Əfqanıstandakı Heratla birləşdirən ikinci əsas dəmir yolunun tikintisi layihəsi də nəzərdən keçirilir.

Yanvarın 20-də Kabilə səfər edən Özbəkistan baş nazirinin müavini Cəmşid Köçkarov bildirib ki, Əfqanıstan tezliklə Əndicandakı dəmir yolu ilə Çinlə əlaqə quracaq.

Əfqanıstan və Özbəkistan arasında Surxan-Pul-e-Xumri enerji ötürücü layihəsi 2017-ci ilin noyabrında Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində yekunlaşıb. Kabil və Daşkənd arasında ilk müntəzəm uçuşlar başlayıb.

Əfqanıstan prezidenti Əşrəf Qəni dekabrın 4-6-da Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə vəzifədaşı ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayıb. İki ölkə arasında iqtisadi, tranzit, təhlükəsizlik, energetika, kənd təsərrüfatı, səhiyyə və ali təhsil sahəsində 20-dən çox müqavilə imzalanıb. Əfqanıstanın milli təhlükəsizlik müşaviri və özbək vəzifədaşı, eyni zamanda, Hayatan körpüsünün təhlükəsizliyini təmin etmək haqqında anlaşma memorandumuna imza atıblar.

 

Amerikanın səyləri

 

ABŞ strateji Özbəkistan-Əfqanıstan tərəfdaşlığını dəstəkləyir. Qəninin Daşkənd səfərindən təxminən iki həftə sonra ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şövkət Mirziyoyevlə "regional təhlükəsizliyi müzakirə etmək və əməkdaşlığın inkişafı üçün imkanları araşdırmaq üçün" telefonla danışıb.

Ağ Evin rəsmi bəyanatına əsasən, hər iki lider "Mərkəzi Asiyada Özbəkistanın rolunu, Trampın Cənubi Asiya strategiyasını və ABŞ-ın Əfqanıstandakı səylərinə dəstəklərini ifadə edib".

Pentaqonun dekabr ayında ABŞ Konqresinə təqdim etdiyi "Əfqanıstanda Təhlükəsizlik və Stabilliyin Gücləndirilməsi" hesabatında vurğulanıb ki, "Orta Asiya, Şimali Bölüşdürmə Şəbəkəsi vasitəsilə davamlı ehtiyacımız, ABŞ-ın təhlükəsizlik maraqları üçün vacibdir".

Üstəlik, ABŞ hökuməti "Mərkəzi Asiya ölkələri ilə Əfqanıstan arasında daha sıx əlaqələr qurmağa" çağırır.

Türkmənistan və Tacikistanla birlikdə infrastruktur, təhlükəsizlik və iqtisadi yardım göstərməklə, Əfqanıstana müsbət təsir göstərdiyinə görə Özbəkistan öz səylərinə görə yüksək qiymətləndirilib. 2017-ci ilin dekabr ayında açıqlanan Milli Təhlükəsizlik Strategiyasında "Orta Asiya dövlətlərinin rəqib ölkələrin hökmranlığına qarşı möhkəm duruş gətirməsi"nə vurğu var. Bu, Əfqanıstanda strategiyaya dair Amerikanın fikirlərini bölüşməyən Rusiya və Çinə açıq işarədir.

 

Nəticə

 

Görünür, ABŞ Əfqanıstan-Özbəkistan strateji tərəfdaşlığını ciddi şəkildə təşviq edir. Qlobal şöhrəti Əfqanıstanda təhlükə altında olan Vaşinqton, rəqib partiyalar arasındakı sülh vasitəçiliyində kömək etmək üçün Özbəkistanın diplomatik cəhdlərindən geri qalır.

Dənizlərə çıxışı olmayan Əfqanıstan üçün Orta Asiyada daha çox giriş imkanı təmin etməklə yanaşı, Vaşinqton Pakistandan keçən Amerika hərbi tranzit yollarının bağlanması vəziyyətində, Şimal Bölüşdürmə Şəbəkəsini bərpa etməyə çalışır.

Əvvəl-axır, Əfqanıstanın “Taliban”la bütün əlaqələri kəsmək üçün Pakistanın təhlükəsizlik orqanlarına Tramp administrasiyasının təzyiq strategiyası uğursuz olarsa, Əfqanıstanda ABŞ qüvvələrinin təchizində alternativ mexanizmlər yaradılacaq.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə