XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 12:38

MOLDOVANI RUMINİYAYA BİRLƏŞDİRMƏK ÇAĞIRIŞLARI GÜCLƏNİR –Donbası Rusiyaya birləşdirəcək ssenari - TƏHLİL

Svetlana Qamova,

“Nezavisimaya qazeta”, Rusiya, 01 fevral 2018-ci il

 

Getdikcə daha çox Moldova kəndi Rumıniyaya birləşmək haqqında bəyannamə qəbul edir. Parlamentin deputatı Boqdan Çırdyanın qeyd etdiyi kimi, Moldova hakimiyyəti “ölkənin sürünən rumınlaşdırılması”na reaksiya vermir. Qaqauz muxtariyyatının başçısı İrina Vlax “NQ”-yə bildirib ki, qaqauzlar vahid Rumıniyaya getməyəcəklər, bu da 2014-cü il referendumu ilə təsdiq edilib. Onlar Moldova və Dnestryanı ilə bir kampaniya təşkil etməyəcək.

Alman politoloqu Aleksandr Rar “NQ”-yə deyib ki, Avropa Birliyində "iki Rumıniya”nın birləşməsi ideyasını dəstəkləmirlər. Belə ki, bu, Avropa Birliyini parçalayar. Ancaq əgər bu, hər halda baş verəcəksə, onda “Dnestryanı Ukraynaya gedə, Donbas isə Rusiyaya qala bilər”.

Moldova prezidenti İqor Dodon ölkənin suverenliyini müdafiə etməyə çağırıb: hər ötən gün növbəti Moldova kəndinin Rumıniyaya birləşməsi haqqında xəbər gətirir.

Bu günədək Moldova Respublikasının Yedinetski, Ştefan-Vodski, Yalovenski və Kauşanski rayonlarından olan yeddi yaşayış məntəqəsi müvafiq bəyanat verib. Birləşmə tərəftarları sərhədyanı Prut çayı üzərindəki körpüdən nəhəng üçrəngli rumın bayrağını asıblar. Prutun hər iki sahilində 27 marta hazırlaşırlar, Moldova və Rumıniyada bu tarixi bayram kimi qeyd edirlər (Bu, Rumıniyada dövlət bayramıdır).

100 il bundan öncə, 1918-ci ilin martında Moldova Şurası – Sfatul Çeriy Rumıniya ilə birləşmək haqqında bəyannamə qəbul edib. O zamanlar Bessarabiya üç ay rumın qoşunları tərəfindən işğal edilib. 22 ildən sonra (1940-cı ildə – tərc.) ilhaq edilmiş ərazi Sovet İttifaqına qaytarılıb.

Rumıniyada “Unirya-2018” (“Birləşmə-2018”) planı mövcuddur. Bu yaxınlarda Buxarestdə xüsusi birləşmə nazirliyinin yaradılması təşəbbüsü səsləndirilib. Moldova siyasətilə aktiv məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Milli Birlik Partiyasının fəxri sədri kimi bu il Moldovada keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırır. Buna mane olan odur ki, Beseskunu əvvəllər aldığı Moldova Respublikası vətəndaşlığından məhrum ediblər. Bu, Moldova prezidenti İqor Dodon tərəfindən edilib və Kişinyov məhkəməsinin qərarı ilə təsdiqlənib. Lakin Besesku Moldova pasportunun qaytarılacağına ümidini itirmir və Moldova kəndlərinin bəyannamə paradını alqışlayır. Moldova KİV-lərinin xəbərinə görə, o, hesab edir ki, bu, Moldovanın Rumıniyaya qaytarılması üçün əsas ola bilər. Proses Krımın Rusiyaya qaytarılmasına bənzəyir. Lakin nə Kişinyov, nə də Buxarest Krımı Rusiyanınkı olaraq tanımasa da, özünün – doğma olan birləşməsini alqışlayır və öncədən haqq qazandırır.

Trayan Besesku daha əvvəl bəyan edib ki, parlamentə baxılması üçün Moldova Respublikasının Rumıniya ilə birləşməsi haqqında qanun layihəsi təqdim edəcək. Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü ABŞ-ın 148 saylı qətnaməsinə də əsalanacaq. Besesku izah edib: “Amerika senatorları qrupunun təşəbbüsü ondan ibarət idi ki, Moldova öz müstəqilliyini elan edən kimi, respublikanın Rumıniya ilə birləşmək hüququna baxılsın. Qətnamədə ölkənin Rumıniya ilə birləşmək hüququ Helsinki yekun aktının 1-ci maddəsinin müddəalarına uyğun olaraq, dəqiqləşdirilir”.

O əmindir ki, iki dövlətin birləşməsi “moldovalıların istəməsi və parlamentin müvafiq qərarının olması” şəraitində reallaşa bilər.

Sosioloji sorğulara görə, Moldovada əhalinin əksəriyyəti birləşmənin əleyhinədir. Ancaq əgər sənədlərə və faktlara əsasən mühakimə yürütsək, onda görərik ki, Moldova hakimiyyət nümayəndələrinin əksəriyyəti  – Moldova Respublikası Konstitusiya məhkəməsinin (6 hakimdən 5-i Rumıniya vətəndaşıdır), hökumətin üzvləri (həm Moldova, həm də Rumıniya pasportu olan bir sıra nazirlər), parlamentin deputatları, – hətta Moldova dövlətçiliyinin qorunmasını müdafiə edən sosialist fraksiyasından olan bəzi parlamentarlar qonşu ölkənin vətəndaşları olub, –  belə tarixi dönüşün, “ana vətən”lə birləşməyin lehinədir. Məlumdur ki, prezident əleyhinədir, ancaq onun səlahiyyətləri hadisələrin gedişini dəyişmək üçün yetərsizdir. Ona ancaq insanların özü təsir edə bilər, lakin hələlik ölkədə hər hansı bir etiraz olmayıb.

Aydındır ki, Qaqauz muxtariyyatı Rumıniyaya getməyəcək, lakin o, qanunla qorunur: Moldovanın öz statusunu dəyişməsi halında qaqauzlar öz müqəddəratını təyinetmə hüququna sahibdirlər. Lakin Moldova Respublikasının parlamentinin deputatları istəyərsə, bu qanuna asanlıqla düzəliş etmək olar: qanunun bu maddəsinin ləğv edilməsi üçün sadə səs çoxluğu tələb olunur. Görünür, bu faktı nəzərə alaraq, 4 il bundan qabaq Qaqauziyada referendum keçirilib və muxtariyyatın başçısı İrina Vlaxın “NQ”-yə dediyinə görə, iki sual qoyulub: “1. Siz AB ilə, yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiya istəyirsiniz? 2. Siz Moldova dövlətçiliyinin saxlanmasının lehinəsiniz, yoxsa əleyhinə?”

İ.Vlaxin deyib: “Qaqauzların 98%-i Aİİ-nin, 99%-i Moldova dövlətçiliyinin saxlanmasının lehinə səs verib. Beləliklə, bizim üçün bu, həll edilmiş məsələdir – biz müstəqil Moldovada qalırıq”.

Vlax, Moldova Respublikası hökumətinin üzvü kimi, qeyd edib ki, hakimiyyətin susmasını anlamır: “Baş nazir və parlamentin spikeri kəndlərin bəyannamələrinə münasibət bildirməlidir”. Başqanın fikrincə, bu halda yoxlamaq lazımdır ki, Rumıniya ilə birləşmək haqqındakı bəyannaməni kim imzalayıb – kəndlilər, yoxsa “yerli administrasiyaların haqqı ödənmiş üzvləri”.

Vlax hesab edir ki, bəyannamələrin paradı Pruta gələrək, kəndlilərin rumınlarla qardaşlaşmasını alqışlayan Liberal Partiyasının və onun lideri Mixay Qimpunun xeyrinədir.

“Adevarul.ro” nəşrinin məlumatına görə, Mixay Qimpu təsdiq edir ki, Rumıniya Moldova ərazisinə iddia etmək və onu rumın torpağı elan etmək hüququna sahibdir. Qrimpu televiziya efirində deyib: “Rumıniyanın belə məsələ qoymaq haqqı var ki, hüquqa görə, bu (Bessarabiya), rumın ərazisidir. Ona görə ki, Moldovanın 2/3-si və Moldova knyazlığı əhalisinin 2/3-si gedə və Rumıniya dövlətini formalaşdıra, 1/3-i isə müqavimət göstərə bilməz. Belə məsələlərdə çoxluq qərar verir”.

Alman politoloqu Aleksandr Rar “NQ”-yə deyib ki, Moldovanın Rumıniya ilə mümkün birləşməsi haqqında alman məmurları ilə söhbət edib. Ekspert hesab edir ki, “Onlar Buxarestin buna gedəcəyinə şübhə edirlər, çünki nəticəsi AB-də çatın yaranması olacaq. Bundan əlavə, Rumıniya Rusiya deyil, o, bütün dünya tərəfindən Rusiyaya qarşı edilən belə təzyiqə dözə bilməz. Bununla belə, kimsə bu ssenarini reallaşdırmağa cəhd edir. Və əgər birləşmə hər bir halda olacaqsa, onda bu, Moskvanın əlinə işləyən hüquqi tapmaca olacaq. Bu halda Dnestryanı Ukraynaya gedə, Donbassa Rusiyada qala bilər. Və ya bu halda Dnestryanı nə üçün özünü müstəqil elan etməsin? Belə az ehtimal olunan, lakin hər halda tamamilə istisna edilməyən ssenari Qarabağ münaqişəsinə də təsir edə bilər”.

Eyni zamanda, tanınmayan Dnestryanı Moldova Respublikasının (DMR) sabiq vitse-prezidenti Aleksandr Karaman hesab edir ki, “Moldovanın Rumıniya ilə birləşməsi məsələsi asan və tez həll edilə bilər”. O, “Regnum” agentliyinə verdiyi müsahibədə deyib: “Bessarabiyanın Rumıniyaya birləşməsinin 100 illiyinin bayram edilməsi çərçivəsində Moldova və Rumıniya parlamentlərinin birgə və ya ayrı-ayrılıqda iclası keçirilə,  Moldova ərazisinin Rumıniya tərkibinə inteqrasiyası haqqında qərar qəbul edilə bilər”.

Karaman oponentlərinin o fikri ilə razı deyil ki, “heç kim buna getməyəcək, belə ki, birləşmə bahalı layihədir”. Hətta əgər birləşmə tərəfdarları azdırsa da, onlar birləşmə istəməyənlərdən çox mütəşəkkildirlər. Onun sözlərinə görə, “Əgər Moldova Respublikasının sağlam qüvvələri bu gün birləşməyəcəksə, sabah NATO qoşunları Dnestrdə – DMR-in qarşısnda dayanacaqlar”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə