XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 17:39

AC RUSLARIN LİDERƏ PƏRƏSTİŞİ… –Putin "ispan möcüzəsi"ni təkrarlaya biləcəkmi? - TƏHLİL

Konstantin Sonin

“Project Syndicate”

 

2018-ci ilin ilk günlərində Rusiya iqtisadiyyatında durğunluq davam edir. Bu, statistik göstərici deyil: Rusiya üçün 2008-2017-ci illərdə orta illik artım tempi yalnız 1,2% olub.

Ötən il Rusiyanın ÜDM-ində artım tempi 1,5%, Avrozonada 2,5% və ABŞ-da isə 2,3% idi. Əslində, Rusiya kimi inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə ilə müqayisədə, Avrozona və ABŞ-dakı göstərici 2-3 faiz aşağı olmalıydı. Amma Rusiyanın İqtisadiyyat Nazirliyi, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun etiraf etdiyi kimi, istehsal güclərini bundan artıq gücləndirmək mümkün deyil.

Rusiyanın böyüməsini artırmaq yalnız dərin struktur islahatları ilə mümkündür, çünki iqtisadiyyat tam həcmdə yerində sayır. Ardıcıl beş il ərzində işsizlik 5,5%-dir. Demək olar ki, hər hansı bir inkişaf etmiş ölkədəki qədər. Eyni şəkildə, istehsal gücünün istifadəsi təxminən əvvəlki iki zirvə (2007-2008 və 2013) səviyyəsindədir, yəni istifadə üçün əlavə ehtiyat ehtimalı yoxdur.

Bu cür şəraitdə aktiv pul siyasətinin kömək edə bilməyəcəyini qəbul edərək, Mərkəzi Bank 2017-ci ildə inflyasiyanın 2,5%-ə qədər azaldıb – bu, rus kapitalizminin 25 illik tarixində ən aşağı səviyyədir. Daim artan neft qiymətinə əsaslanan iqtisadiyyat – az ehtimal olunan perspektiv – Rusiyadakı yeganə artım mənbəyidir. Odur ki, əhəmiyyətli islahatlara tələbat var.

Belə islahatlardan biri xarici investorların girişini genişləndirməkdir. Son on ildə əcnəbilərə hökumət tərəfindən "milli təhlükəsizlik üçün mühüm" olaraq təyin olunmuş 40-dan çox sənaye sahəsinə investisiyalar qoymaq qadağan edilib. Sahənin insayderləri üçün sərfəli olan bu qadağa Rusiyanın maliyyə bazarlarına çıxışına və daha mühüm, maliyyə axınlarını təqib edən yeni texnologiyalara maneə yaradıb.

2014-cü ildə “Krımın Rusiyaya birləşdirilməsi"ndən sonra qüvvəyə minən icbari maliyyə sanksiyaları Rusiyanın təcridini, eləcə də zərərin doldurulmasında ölkənin öz hərəkətlərinə cavab verməsini daha da gücləndirib: Avropa İttifaqı və ABŞ-dan ərzaq idxalını məhdudlaşdıran bir sıra ticarət məhdudiyyətləri qoyulub. Bu məhdudiyyətlərin qaldırılması iqtisadiyyata dərhal təkan verər, həm də ÜDM-i uzun müddət artırardı.

Daha bir mühüm islahat – özəlləşdirmədir. 1990-cı illərdə Rusiya iqtisadiyyatı sənaye obyektlərinin geniş miqyasda özəlləşdirilməsinə başlayıb. Ancaq Vladimir Putinin 18 illik hakimiyyəti dövründə bu proses böyük ölçüdə axtalanıb, bu gün Rusiya ÜDM-inin təxminən dörddə biri dövlət nəzarətində olan müəssisələrin payına düşür.

Bu milliləşdirmə, demək olar ki, özündən əvvəlki özəlləşdirmə kimi, geniş olub. Amma o, rəsmi siyasət kimi ardıcıl və ya açıq şəkildə aparılmayıb. Bəzi müəssisələr qlobal bazarlarda rəqabətə davamlı "milli çempionlar" yaratmaq üçün milliləşdirilib. Digərləri müxalifət tərəfdarı üzərində siyasi nəzarəti qurma vasitəsi kimi dövlət əmlakına çevrilib.

2008-ci ildəki qlobal iqtisadi böhranın ardınca bir sıra iqtisadi aktivlər dövlətin nəzarətinə keçib. Elvira Nabiullina 2013-cü ildə Rusiya Mərkəzi Bankının rəhbəri vəzifəsini icra etdiyi dövrdən, daha böyük özəl banklar bank sistemini təmizləmək adı ilə milliləşdirilib.

Hökumətin milliləşdirilməni necə əsaslandırmasından asılı olmayaraq, dövlət nəzarətində olan müəssisələrin səmərəsizliyi və korrupsiyaya səbəb olan təşviq sistemləri əsasında işləməsi bəlli faktdır. Əgər Rusiya qlobal rəqabət qabiliyyətli sənaye sahələri ilə dəstəklənən əsl dinamik iqtisadiyyat qurmaq istəyirsə, daha güclü xüsusi (özəl) sektora ehtiyac duyacaq.

İqtisadi islahat siyasi dəyişikliklə başlayır. Yetkin demokratiyada belə bir dəyişiklik tez-tez iqtisadi böhrandan sonra baş verir, vətəndaşlar islahatların həyata keçirilməsinə sadiq olan yeni rəhbərliyə səs verirlər. Güclü demokratik qurumları olmayan ölkədə bu dəyişiklik inqilab və ya dinc, bəzən qeyri-demokratik, hakimiyyət keçidi şəklində ola bilər.

Ancaq Rusiya üçün siyasi dəyişiklik gözlənilmir. 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində Rusiya elitasına tam dəstək verən, media və dövlət aparatlarını tam nəzarətə alan Putin opponentləri qarşısına çıxacaq. Populyar müxalifət lideri Aleksey Navalnı antikorrupsiya platformasında təşəbbüs göstərir. Əslində, bu platforma Rusiya iqtisadiyyatına təsir edən struktur problemlərinin həllidir və bazar iqtisadiyyatı üçün lazımi bəzi islahatları da özünə daxil edir. Amma Navalnıya seçkilərdə iştirak qadağan olunub.

Beləliklə, Putin dördüncü dəfə vəzifəsində qalmaq üçün seçkilərdə qələbə qazanmağa yaxındır. Onun rejiminə qısa və ya orta müddətli bir təhlükə olmadan, yaxın gələcəkdə çox şeyin dəyişəcəyini düşünmək üçün çox az səbəb var.

Əlbəttə, siyasi dəyişiklik olmadan baş verən iqtisadi islahatın bir tarixi nümunəsi var. 1950-ci illərin sonlarında generalissimus Fransisko Franko İspaniyadakı diktatorluğunun üçüncü çərəyində, hökumət texnokratik islahatlar həyata keçirdi. Nəticədə "ispan möcüzəsi" – davamlı iqtisadi böyümə baş verdi.

Lakin iqtisadi inkişafın onlarla digər nümunəsi siyasi ətalətə söykənmədiyindən, İspaniya təcrübəsinin təkrarlanması çox ümid doğurmur. Üstəlik, rus xalqı aclıq, vətəndaş müharibəsi və ya xarici işğal dövründə liderlərini təqdiretmə ənənəsinə sahibdir. Ruslar üçün iqtisadi durğunluq, nə qədər acı olsa da, çətin ki siyasi dəyişikliyə səbəb olsun.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə