XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 16:00

PUTİN DAHA “QIZIL QAPILAR” ARXASINDA İSTİRAHƏT EDƏ BİLMİR –Onun İran haqda bəyanatı bölgədə yeni vəziyyət yarada bilər - TƏHLİL

Əmin Naini

“Aftab-e Yəzd” qəzeti (İran)

 

Müasir dünyada güc yeni formaya çevrilib, hərbi ölçü, bir yığın ağır və yüngül silah hakimiyyətin bir hissəsidir. Onların mövcudluğu zəruri olsa da, hər şeyi həll etmir. Bir halda ki dünyada qarşılıqlı asılılıq konsepsiyası meydana gəlib, qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkələr böyük qüdrətdən faydalanırlar.

Bu gün Avrozona, ABŞ və Şərqi Asiya iqtisadiyyatları bir-birinə daha çox bağlanır, bu, onlardan hər birinin digərinə təsiri mənasını verir. Yəni bir-birini qadağa məngənəsində sıxma mümkün deyil, qarşılıqlı sanksiyalar halında, hər biri tərəf zərər görəcək.

Həqiqətən, qlobal iqtisadiyyata inteqrasiya və qarşılıqlı asılılığın formalaşması istənilən dövlətin təhdidinə sipərdir. Bu, iqtisadi tərəfdaşların istehsalın və iqtisadi tərəfdaşlığın şaxələndirilməsini (diversifikasiyasını) tələb edir. Lakin hazırda dünya xüsusi bir mərhələyə qədəm qoyub: bəzi Qərbi Avropa dövlətləri və ABŞ bu prosesə zidd hərəkətlər edir və səddin digər tərəfində mövqe tuturlar.

1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldıqda, ruslar kommunist diktaturasından xilas olmaq və sülh yolunun ağına düşmək istəyirdilər. Lakin Putinin kölgəsi 2000-ci ildən etibarən Rusiyanı sarsıtdı və bu, ən azı daha altı il davam edəcək. Seçki kampaniyası Rusiyada qalmış yeganə demokratiyadır və Putinin inadçı rəqibləri onu seçkidə üstələməzdən əvvəl hər biri fərqli şəkildə aradan götürüləcək.

 

Casus zabitlikdən prezidentliyə qədər

 

Bir vaxtlar Şərqi Almaniyada KQB-nin zabiti olmuş Vladimir Putin yenidən klassik geosiyasi yanaşmanın əsaslarını bərqərar edib…

İndi o, köhnə yolu ilə gedir. 2014-cü ildə Ukraynada baş verən iğtişaşlar əsnasında Krım yarımadası Rusiyaya birləşdirilib, bu, onu Birləşmiş Ştatlar və Qərbi Avropa ilə üz-üzə gətirib. Neft və qaz satışına əsaslanan iqtisadiyyatı olan Rusiya üçün sanksiyalar tətbiq olunur.

Rusiya özünü qlobal iqtisadiyyata inteqrasiya edə bilməyib, çünki Moskvanın hərəkətləri beynəlxalq birlik üçün elə də cəlbedici deyil.

NATO-nun rəsmi saytında qeyd edildiyi kimi, "kəşfiyyat məlumatlarına görə, sanksiyaların tətbiqi ilə Rusiya tənəzzül dövrünə qədəm qoyub, 2014-cü illə müqayisədə 2015-ci ilin birinci rübündə mənfi 2,2%-lik ÜDM göstəricisi qeydə alınıb”; statistika göstərir ki, aşağı enən xətlərə baxmayaraq, ruslar ölkələrini fövqəldövlət hesab edirlər, halbuki sanksiyaların elə ilk ilində böyük problemlərlə üzləşiblər.

“Rusiyaya idxal olunan Qərbi Avropa ərzaq məhsulları qiymət artımı və inflyasiya doğurub”, – saytdakı məlumatda deyilir. Öz ərazisinin mövsüm müxtəlifliyinin yoxluğundan Rusiya Avropanın qida məhsullarına möhtacdır.

 

Üstü bəzək, altı…

 

Ancaq Rusiya prezidenti sanksiyaların zərərsiz olduğunu göstərməyə çalışır, həm də Rusiyanın özünə güvən imkanını! 2014-cü ildən o bildirir ki, sanksiyalar ağılsızdır və Qərbə zərər verir. Amma Rusiya iqtisadiyyatı yavaş-yavaş sanksiyalar qarşında dizlərini qatlayır.

Rusiya rublunun dəyəri təxminən 6% azalıb və Putinin oktyabrın 2-də etdiyi çıxışından sonra rubl təxminən yarı dəyərinə düşüb.

Putin iqtisadiyyatının asılı olduğu neftin qiyməti təxminən üçdə bir qədər azalıb. Bu problemi həll etmək üçün Rusiya Mərkəzi Bankı faiz dərəcəsini indiyədək görünməmiş 17 faiz səviyyəsinə yüksəldib.

Birləşmiş Ştatların Moskvadakı sabiq səfiri Maykl Makfolland 2014-cü ildən Rusiyada hökm sürən vəziyyəti belə şərh edir: “Şübhə yoxdur ki, sanksiyalar Rusiya iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliyə səbəb olub”.

Rusiyanın iqtisadi inkişaf naziri bildirib ki, rubl makroiqtisadi sürətli göstəricilərlə müqayisədə, daha sürətlə aşağı düşür. Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 2014-cü ilin birinci rübündə rublun dollara qarşı nominal məzənnəsi, – sanksiyalardan və neft qiymətinin azalmasından əvvəl 30,40 rubl təşkil edib (2017-ci ildə 58,81 rubl). Bu, Rusiya valyutasının dəyərinin düşməsinə dair ən yaxşı təsvirdir.

Suriyaya müdaxilə də rublun dəyəri və Rusiyanın fond göstəricilərinə təsir edib.

Zəif iqtisadiyyat Rusiyanın fövqəlqüdrət geyimindəki ləkədir. Kremlin bunu başa düşüb-düşməməsindən asılı olmayaraq, iqtisadiyyat onun "Axilles dabanı"dır – Sovet İttifaqını iflasa sürükləmiş səbəb indi Moskvanı təhdid edir.

 

Şəxsi sistem!

 

Bu şərtlər daxilində onun seçimi eyni və dəyişməz klassik geosiyasi strategiyadır: Suriyada regional qələbə, yaxud Krımın ilhaqı, habelə Rusiyanın iç problemlərinin həlli naminə amerikan düşmənçiliyinin induksiyası. Bütün bunlar Kreml üçün dəyişməz qalır.

Digər tərəfdən, son günlərdə küçələrdəki atmosfer Putinin Kremlin qızıl qapıları arxasında istirahət edə bilməyəcəyini göstərir.

Analitik Firidun Məclisi bir neçə gün öncə “Aftab-e Yəzd”də yazmışdı: “2018-ci ilin mart seçkilərində zəfər Putinin tərəfində olacaqsa da, onun cari təcrübəsi və demokratiyanı ayaqlaması Rusiyanın zəkalı insanları arasında şübhə dalğası yaradır. Söhbət Putinin 2024-cü ilədək olan yeni iqtidar dövrünün sona qədər davam edib-etməyəcəyindən gedir".

 

Misilsiz zənginlik

 

İndi, Birləşmiş Ştatların atdığı son addım – Rusiya prezidentinə yaxınlığı ilə seçilən zəngin və rantye rusların uzun bir siyahısı açıqlanıb. ABŞ Xəzinədarlığının hesabatına 114 siyasətçi və 96 oliqarxın adı daxil edilib.

Siyahı ABŞ seçkilərinə müdaxiləyə görə Rusiyaya qarşı sanksiya qanununun bir hissəsini ehtiva edir. Birləşmiş Ştatlar yeni sanksiyaların konkret fərdlərə yönəldilməyəcəyini açıqlasa da, artıq bəzi adamlara qarşı qadağalar qüvvəyə minib.

ABŞ Konqresi avqust ayında “Katza qanunu” kimi bilinən sanksiyalarla ABŞ düşmənlərinə – İran, Rusiya və Şimali Koreyaya münasibətini açıqlayıb. Prezident Donald Tramp onu imzalayıb, eyni zamanda, qanuna müxalifliyini elan edib.

Putinin yaxın adamlarına yönələn sanksiyalar əslində, bütün rus əhalisini hədəfə alır.

Putin İranı təhqir edib?

 

Yeni tədbirlərin elan edilməsi Rusiya prezidentini bir daha ABŞ-ın hərəkətlərini ağılsız adlandırmağa məcbur edib, lakin bu dəfə o, Suriyadakı tərəfdaşına (İranatərc.) yuxarıdan aşağı baxıb. Putin ABŞ sanksiyaları barədə bunu deyib: "Aydındır ki, bu, kinli tədbirdir. O, Birləşmiş Ştatlarla onsuz da mürəkkəb əlaqələri bir az da çətinləşdirəcək və beynəlxalq əlaqələrə də uzun müddət zərər verəcək".

Eyni zamanda, Rusiya prezidenti ABŞ-la münasibətləri yaxşılaşdırmaq istədiyini və hər hansı təcili cavab tədbirindən çəkinməyəcəyini söyləyib.

Putin deyib: "Biz prosesi yaxından təqib edəcəyik". Daha sonra o, sözünə belə davam edib: " Rusiyanı Şimali Koreya və İranla müqayisə etmək və Rusiyanı bu iki ölkə kimi nəzərdən keçirmək axmaqlıqdır…”

 

Bulanıq suda balıq tutma

 

Ancaq Putinin İrana yuxarıdan aşağı baxışı, bəlkə də, Qərblə münasibətimizə dair siqnallar ola bilər. Rusiya özünü qlobal güctək göstərmək, İran və Şimali Koreya kimi kartlardan istifadə etmək istəyir.

İranın Qərblə münasibətlərinin normallaşmaması Rusiyanın çörəyinə sürtülən yağdır; ruslar Tehran-Moskva münasibətlərindən imtiyaz qazanmaq fikrindədirlər.

Həqiqətən, İranın Avropa ilə münasibətləri də kəskin şəkildə azaldıqda, Kreml hökumətimizin beynəlxalq birlikdə yeganə ümidi idi.

 

Nə Şərq, nə Qərb

 

Həsən Ruhani xarici siyasətini bütün tərəflər, o cümlədən Qərblə əlaqələri artırmaq təməlində qurduqda, bəzi daxili qüvvələr çığır-bağır və kinlə əllərinə düşən hər tribunadan fəryad etməyə başladılar və başlarını buladılar ki, nəbadə Qərblə yaxınlaşasınız!

Ancaq bu, beynəlxalq anarxiya sistemində sadə bir prinsipdir, hər bir ölkə öz maraqlarına uyğun hərəkət edir. Odur ki, Şərq və Qərblə münasibətlərimizi tarazlaya bilməyəcəyiksə, bizi bəzi çətinliklər gözləyəcək.

Rusiyanın daimi dəstəyinə dair Putinin təkəbbürlü sözləri buz üzərinə yazılmış mesajdır!

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə