XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2015 - 12:39

AMEA-da Yeni TƏYİNATLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Strateq.az-a verilən məlumata görə, iclasda Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) iki ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub:
“ölkə başçısının Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb. Tədbirdə bu bölmələrin işinin təşkili ilə əlaqədar ümumi Yığıncaq qarşısında vəsatət qaldırılması qərara alınıb. Növbəti, qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər”.

İclasda, eyni zamanda, Fiziologiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Polimer Materialları İnstitutunun elmi şuralarının yeni tərkibi, həmçinin, Tarix İnstitutu, Dilçilik İnstitutu, Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutunun elmi şuralarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunub. Rəyasət Heyəti Fizika və Tarix institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib: “Həmçinin, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda beynəlxalq “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar” laboratoriyasının yaradılması və Folklor İnstitutunda “Arxetip” elmi jurnalının təsis edilməsi haqqında qərar qəbul olunub”.