XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2018 - 21:39

ATASININ QƏDDARLIĞI ALTINDA İNTİHAR EDƏN FİDELİTO KASTRO –Kubanın məşhur liderinin oğlunun ölüm səbəbi açıqlanmır

Entoni Fayola

"The Washington Post" (ABŞ), 02.02.2018


Bir almanın iki üzü kimi, Kubanın məhrum inqilabçı lideri Fidel Kastroya oxşadığından onun adı “Fidelito” idi (balaca Fidel). Lakin aralarındakı bənzərlik yalnız bununla bitirdi.

Kubanın məhrum liderinin oğlu Fidel Kastro Dias-Balart sürəkli depressiyadan sonra intihar edib – bu haqda cümə axşamı Kuba dövlət kütləvi informasiya vasitələri xəbər verib.

Onun 68 yaşı varıydı. Bu bilikli, Moskvada təhsil almış alimin çətin həyatı, həmçinin hətta bir dəfə necə olubsa, onu işdən azad eləmiş atasıyla yetərincə qəliz münasibətləri var idi.

Fidelito, Fidelin Mirta Dias-Balartla ilk nigahından doğulmuş oğluydu. O, inqilabsonrası Kubada həyat çətinliklərinin simvoluna dönüb. Onun məşhur atası Fidelitonun anasıyla səs-küylü boşanmadan sonra Meksikada balaca oğluna baş çəkərkən onu oğurlaylıb. Bu, Fidelitonun anası onu yanki imperializminin yuvasına – Amerika Birləşmiş Ştatlarına aparandan sonra olub.

Kubanın mərhum lideri öz bacısına yazıb: “Mən bu haqda hətta düşünə də bilmirəm ki, oğlum, heç olmasa, bir gecəni mənim ən alçaq düşmənlərimlə bir dam altında keçirəcək və onun məsum yanaqları bu satqınların öpüşlərinə qərq olacaq”.

Kastro sonradan evlənəndə Fidelito, Fidelin ən azı 7, ya da 11  övladından biri olub. Fidelito habelə floridalı qatı antikommunist və siyasətçilərin – təmsilçilər palatasının üzvü Mario Dias-Balartın və təmsilçilər palatasının keçmiş üzvü Linkoln Dias Balartın xalası oğlu idi. Fidelitonun həyatındakı ən məşhur an onun üçün ən pis məqama çevrilib.

Böyük Kastro 1980-ci illərdə öz oğlunu Kubanın atom energetikasının rəhbəri təyin edib. Huraqua atom elektrik stansiyası onun övladı oldu. Moskvanın yardımıyla tikilən bu kompleks kommunist adasını elektrik enerjisiylə təchiz etməli və iqtisadiyyat üçün çətin günlərdə inkişafa təkan verməliydi. Adama elə gəlirdi ki, taleyin özü Kastro sülaləsindən böyük oğula böyüklük hazırlayıb.

Amma bu xəyalların hamısı Berlin divarının çöküşü ilə birgə alt-üst oldu. Sovet İttifaqının dağılması Kubanı bir müddətə əsas havadardan məhrum elədi. Eyni zamanda gücyetməz texniki və maliyyə çətinlikləri soyuq müharibənin atılmış qalığına dönən Kuba AES-ə son qoydu. Böyük Kastro hər şeydə öz oğlunu qınadı və 1992-ci ildə onu nəzakətsiz şəkildə işdən çıxartdı.

Öz istəyi ilə işdən çıxmaq olmayıb, – Kastro o zaman elan edib, bu haqda Ənn Luiz Bardaç özünün “Fidelsiz” (Without Fidel)  kitabında yazıb. – Onu səriştəsizliyə görə azad ediblər. Bizdəki monarxiya deyil”.

Fidelito sonralar bir neçə mühüm təyinatlar alıb və öldüyü an Kuba dövlət şurasında elmi məsələlər üzrə müşavir və Kuba elmlər akademiyasının vitse-prezidenti işləyib. Lakin həmin zərbədən bir də özünə gəlməyib. Az-az adam onu apreldə istefaya getməli olan, bu gün baş rolu Raul Kastronun oynadığı Kuba siyasətində ciddi oyunçu sayıb.

Ekspertlərin fikrincə, Fidelitoya heç vaxt əvəzləyici namizəd kimi yanaşmayıblar. “Onun Fidellə bəzi fiziki oxşarlıqları var idi, amma bundan artıq deyildi. – Kuba üzrə keçmiş ekspert, indi Texas ştatının Universitetində politologiyadan dərs deyən Arturo Lopes-Levi deyib. – Atasının malik olduğu xarizma onda heç vaxt olmayıb”.

Kuba kommunist partiyasının rəsmi orqanı “Granma” beş abzaslıq qısa nekroloq dərc edib və bildirib ki, Fidelito bir neçə ay hospitalda da depressiyadan müalicə olunub. O, cümə axşamı ambulator müalicə keçirmiş. Kiçik Kastronun özünü necə öldürdüyü nekroloqda bildirilmir. “Granma” qeyd edib: “O, özünün bütün peşəkar həyatını bütünlüklə elmə həsr edib və bir neçə önəmli milli və xarici mükafatlar alıb”.

Tərcümə Strateq.az-ındır.