XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 19:13

İŞİD ƏFQANISTANI AĞUŞUNA ALIR –Neft quyularını xaş-xaş plantasiyaları əvəzləyir - ARAŞDIRMA

Nikita Mendkoviç

Çağdaş Əfqanıstanın araşdırılması Mərkəzinin eksperti

regnum.ru, 08.02.2018

 

İraq və Suriyada İŞİD-in əsas gücləri ləğv edildikdən sonra döyüşçülər başqa ölkələrin ərazisinə keçməyə başlayıblar. Terrorçu təşkilat üzvlərinə indi Liviya, Misir, Somalidə rast gəlmək olar.

Çox ehtimal ki, terrorçu təşkilatın yeni mənzil-qərargahının qərarlaşma yeri Əfqanıstan olacaq. Bu, ölkədə İŞİD-in köklərinin  hansı olduğu və qruplaşma döyüşçülərinin ora mühacirətinin hansı nəticələri ola biləcəyindən danışmağa səbəbdir.

 

Başlanğıc

 

Əfqanıstanda İŞİD qruplaşmasının meydana çıxması 2015-ci ilə aiddir və döyüşçülərin yerli xüsusi xidmətlərin basqısı nəticəsində Pakistanın şimal bölgələrindən kütləvi mühacirətiylə bağlıdır. Əsas kütləni Pakistan “Taliban”ı üzvlərinin içindəki etnik puştunlar təşkil edir.

Döyüşçülərin Əfqanıstan taliblərinə qoşulmağa hazır olmayan əsas kütləsi Nanqahar əyalətində döyüşə-döyüşə özünə yer əldə etməyə səy göstərib. Bölgə həmin dövrə doğru çoxlu silahlı qruplaşmalar tərəfindən bölünmüşdü, buna görə də yeni qüvvə bir neçə qəza üzərində asanlıqla nəzarət qurmağa nail olub. Qruplaşma zaman keçdikcə habelə Nuristan və Kunar əyalətlərinə, sonra isə ölkənin şimalına nüfuz edib.

“İŞİD Xorasan vilayəti” adını alaraq yenidən formalaşdırılan qruplaşma “Taliban”la və rəsmi hökumətlə amansız döyüşlərin gedişində ölkənin cənubi-şərqində aqrar bölgələr üzərində nəzarət təşkil etməyi bacarıb. Döyüşçülər 2016-2017-də şimala – Qunduz, Fəryab və Cauzcan əyalətlərinə çıxıblar. BBC araşdırmasının dəyərləndirdiyinə görə, 2017-nin sonunda İŞİD Əfqanıstanın ümumilikdə yeddi əyalətinin 30 qəzasında mövcud olub.

 

Uğurun sirri

 

İŞİD-in respublikada hərbi uğurlarının əsas səbəbi xüsusən də sovetsonrası respublikalardan əcnəbi döyüşçüləri öz tərəfinə çəkməyi olub. Əfqanıstanın şimal vilayətlərində döyüşçülər arasında ənənə üzrə etnik özbəklər, taciklər, türkmənlər və yerli mühacirlər, keçmiş SSRİ-dən gəlmələr çoxdur. Onlar əvvəlcə hələ 1990-2000-ci illərdə MDB-i tərk etmiş ekstremistləri birləşdirən “Özbəkistan İslam Hərəkatı” “İslam Cihadı Birliyi” ilə ittifaq nəticəsində İŞİD sıralarına gəliblər.  Sonradan hansısa səbəbdən öz təşkilatıyla əlaqəni kəsmiş döyüşçü taliblər onlara birləşməyə başlayıb.

Suriya ordusunun hücumu nəticəsində bölgədən qaçan və öz təşkilatı üçün “ehtiyat aerodrom” hazırlayan döyüşçülər son iki ildə qruplaşmanın sıralarında görünməyə başlayıblar. Habelə Pakistandan bir neçə terror qruplaşması İŞİD-ə qoşulub.

Yekunda İŞİD sıralarında hətta qruplaşmanın “əmiri” postu uğrunda mübarizə aparan “xarici fraksiya” meydana çıxıb. Son məlumatlara görə, “əcnəbilər”in başında, ehtimala görə, Özbəkistandan çıxmış hansısa Müaviyə Xorasani durur. Lakin onun fraksiyası 2017-ci ilin yayında seçşkilərin gedişində təşkilata nəzarət uğrunda mübarizəni uduzub, hakimiyyəti isə Bacəvari qəbiləsi (hər şeyə əsasən, Pakistanın Peşəvar əyalətindən etnik puştunlar) əldə saxlayıb. Lakin “əcnəbilər” Dərzab (Cauzcan), Kuhistan (Fəryab), Xanabad (Qunduz) daxil olmaqla şimal bölgələrində İŞİD-in başında dururlar.

 

Populyarlığın artması

 

Bir çox yerli müşahidəçilərin rəylərinə əsasən, İŞİD hərbi baxımdan həm “Taliban”dan, həm də rəsmi güc qurumlarından daha təhlükəlidir, əhalinin bir qismi arasında populyarlığı tədricən artırır. Əsas səbəb – xaricdən ixtisaslı kadrlar ehtiyatıdır. Onların çoxu vətənlərində, ən azı, orta, bir hissəsi orta ixtisas və hətta ali təhsil alıb. Praktik olaraq hamısı ya hələ vətənində təcili xidmətin gedişində, ya da İraq ordusunun İŞİD-in tərəfinə keçən zabitlərinin rəhbərliyi altında Suriyada hərbi hazırlıq keçib. Bu kadrlar Əfqanıstan vətəndaşlarının kütləvi savadsızlığı fonunda istənilən terror təşkilatının əlində güclü kozırdır. Bu, hər şeydən öncə, təbliğat sahəsində daha geniş imkanlardır. Əcnəbi döyüşçülər, ən azı, anlaşıqlı yaza və oxuya bilir, cüzi ilahiyyat hazırlıqları var, bundan başqa, hələ İraq və Suriya dövrünün İnternetdə fəal şəkildə yayımlanan çalışmalarından yararlana bilərlər.

Çağdaş “Taliban”ın Əfqanıstan gəncliyinin artıq kökündən unutduğu 1990-cı illər idarəçilik təcrübəsinə isnaddan savayı İŞİD təbliğatçılarının müharibənin gedişində zəhmətlə yaratdığı “mənzərə”yə qarşı qoymalı az şeyi var. Halbuki İŞİD öz işini ieologiyadan başlayır. Məsələn, Cauzcanda iş məhz kənd yerlərində döyüşçülərin öz ideologiyalarını təbliğ etdikləri sələfi mədrəsələrinin yaradılmasından başlanıb. Qruplaşma var gücüylə özünün ilahiyyat nəzəriyyəsini keçirməyə və rəqib ilahiyyatçıları aradan qaldırmağa və ya qorxutmağa cəhd edir.

 

Döyüş bacarığı

 

Əcnəbi döyüşçülər sırf hərbi baxımdan İŞİD-ə hazırlıqlı gizir və zabit heyəti verirlər. Təkcə ümumi atıcılıq hazırlığı deyil, həm də taktiki bilik, artilleriyadan istifadə vərdişləri, möhkəmləndirilmiş mövqe qurmaq, hava hücumundan müdafiə və radioelektron mübarizəsi elementlərinə sahiblənən döyüşçülər.

Vərdişlər Rusiya və Amerika ordularının arşınları üzrə cüzidir. Amma onların bilik baqajı Əfqanıstan milli ordusu və ya taliblərlə müqayisədə yetərincə mənalıdır. Məsələn, döyüşçülər dəstəsi 2015-də Qunduz uğrunda döyüşlərin gedişində Hələb və Mosuldakı hazırlıq səviyyəsinə malik olsaydı, onda şəhərin azad edilməsi üzrə əməliyyat daha ağır olardı və ən azı, uzanmaq riski var idi.

Problem bundadır ki, əcnəbi döyüşçülər İŞİD dəstələrinin yerli üzvlərilə təcrübəni fəal bölüşürlər. Əldə olan məlumata görə, cari məqamda Kunar və Cauzcanda terrorçu təşkilatın, ən azı, üç, habelə, Çamanda (Pakistanın Bəlucistan əyaləti), ən azı, bir hazırlıq düşərgəsi fəaliyyətdədir.

Məğələlərin gedişində pulemyot və minaatan daxil olmaqla müxtəlif silah növlərindən istifadə etməklə hərbi hazırlıq keçirilir. Bu düşərgələrin kursantlarının ilkin hazırlıq səviyyəsi yüksək deyil, lakin daha təcrübəli təlimatçıların iştirakıyla sistemli məşğələlər bunu əsaslı şəkildə yüksəldə bilər.

 

Perspektivlər

 

İŞİD cari mərhələdə maliyyə baxımından uduzur. Bu terrorçu təşkilat İraq və Suriyada darmadağından sonra qanunsuz neft hasilatı gəlirlərindən məhrum olub, silahların və əmlakın xeyli qismini itirib. O, dünyanın bir çox ölkələrinin mövqeyi nəzərə alınmaqla “Taliban”ın bir çox fraksiyalarının faydalandığı Pakistan və İran tərəfdən dəstəyə bel bağalaya bilər.

Terrorçular Əfqanıstan şəraitində maliyyə itkilərini narkoticarətə qatılmaq, tiryək xaşxaşı yetişdirmək, eroin istehsalı və ixracatı  hesabına əvəzləyə bilər. Hazırda İŞİD-in nəzarət etdiyi bölgələrdə – Kunar, Nəngərhar və Cauzcanda qruplaşmaya məxsus bütöv tiryək plantasiyaları var.

Tiryək bazarında iş Suriyada hərbi əməliyyatların bitməsi fonunda 2017-ci ildən daha intensiv olub. İŞİD-in nəzarət etdiyi əyalətlərin əksəriyyətində tiryək xaşxaşı səpilən istehsal meydanları 2-3 dəfə artıb. Lakin narkoticarətdən əsas gəliri nəql və uzaq bazarlarda satış gətirir, çünki eroinin Əfqanıstandakı pərakəndə satış qiymətlərilə AB-dəki pərakəndə satış bazarı arasındakı fərq bəzən 100 dəfə olur. İŞİD-in məqsədi ölkə hüdudlarından kənarda, o cümlədən yatmış özəklərə güvənməklə Mərkəzi Asiya ərazisində, Qafqaz və Avropada qaçaqmalçılıq və satış şəbəkəsi yaratmaq olacaq.

Əfqanıstanda yetərincə qısa müddətdə şaxə ataraq Əfqanıstan təhlükəsizliyinə əsas təhdidə çevrilə biləcək İŞİD təhlükəsini tam dərk edirlər. ABŞ keçən il Nangaharda İŞİD-ə qarşı böyük əməliyyat aparıb, amma Pentaqonun qələbə məlumatlarına baxmayaraq irimiqyaslı bombardmanlar təşkilatın gerçək məhvinə səbəb olmayıb. Qruplaşmaya hücumdan dərhal sonra Kabulda və ölkənin başqa bölgələrində qanlı teraktlar silsiləsi gəlib.

Cari məqamda Əfqanıstan hökumətinin “Taliban”la bağlı haldakı kimi gücü bəs edir ki, döyüşçüləri bu və ya digər rayondan müvəqqəti sıxışdırsın, lakin sonra buranı əldə saxlamaq baş tutmur. Taliblər yetərincə qüvvə toplaya bilmirlər ki, İŞİD-i strateji məğlubiyyətə düçar etsinlər.

Əfqanıstanda cari siyasi şəraitin saxlanması halında ən yaxın zamanda İŞİD-in sürətlə ləğvinə güvənmək olmaz. Onun bundan sonra güclənmə və MDB-nin cənub hüdudlarında fəaliyyət göstərən beynəlxalq kriminal-terrorçu şəbəkəsinə çevrilmək ehtimalı var. Və təəssüf ki, bundan sonra bu təhlükəni nəzərə almaq lazım gəir.

Tərcümə Strateq.az-ındır.