Gündəm

  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
  • " width="300" height="266" />
    “Azərbaycan Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək” –XİN-dən bəyanat
  • " width="300" height="266" />
    “Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir” –Putinin köməkçisi
  • " width="300" height="266" />
    Bakının bu rayonlarında qanunsuz tikintilərlə bağlı cinayət işi açıldı –SİYAHI

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

13 Fevral 2018 - 20:00

SAAKAŞVİLİ ÜÇÜN “UKRAYNA ERASI” BAŞA ÇATDI?- "Deutsche Welle": "Mixonun siyasi karyerasındakı ən maraqlı mərhələ hələ indi başlayır"

"Deutsche Welle" (Almaniya)

 

Saakaşvilinin son iki ayda dediyi baş verdi. Fevralın 12-də onu Ukraynadan Polşaya deportasiya etdilər. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları Gürcüstanın keçmiş prezidentini Kiyevin mərkəzində "Suluquni" restoranında ələ keçirərək təyyarə ilə Ukraynaya daxil olduğu (Ukrayna vətəndaşlığından məhrum ediləndən sonra) ölkəyə  göndərdilər.


90-lar tərzində "Maski-şou" 

 

Saakaşvilinin Ukrayna paytaxtının mərkəzində saxlanılma şəkli 90-ların "maski-şou"sunu xatırlatdı. İçərisində silahlılar olan bir neçə avtobus siyasətçinin olduğu restorana yaxınlaşdı. Saakaşvilini ələ keçirib gözlərini bağladılar, vertolyotla Borispol hava limanına, oradan da çarter reysi ilə Varşavaya göndərdilər.

Əgər bu, keçmiş Gürcüstan prezidenti olmasaydı, belə təəssürat yaranardı ki, Ukrayna paytaxtında beynəlxalq miqyaslı terrorçunun saxlanılması üçün əməliyyat keçirilir. 

Bu nümayişkaranə əməliyyat hakimiyyətin susqunluğu ilə müşayiət olundu. Düz üç saat heç kim bilmədi ki, Saakaşvili kimə təhvil verilib – Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, yoxsa Federal Təhlükəsizlik Xidmətinə.

Keçmiş prezidentin Ukraynadan çıxarıldığı barədə rəsmi məlumat yayılanda heç kim izah etmədi ki, bu prosedur niyə bu cür sərt şəkildə həyata keçirilib. 

Saakaşvili keçmiş prezidentdir və onu bütün dünyada tanıyırlar. Amma onunla cinayətkar-residivist kimi davrandılar. Gözlərini bağlayıb ölkədən qovdular.

Aydın məsələdir ki, hakimiyyət Saakaşvilinin tərəfdarlarının reaksiyasından ehtiyat edirdi. Onlar keçmiş prezidentin deportasiyasına mane ola bilərdilər. 

Hamımız xatırlayırıq ki, ötən ilin dekabrında tərəfdarları içərisində Saakaşvilinin olduğu mikroavtobusun qarşısını necə kəsmişdilər. 

Restorandan zorla çıxarıb aparmaqla hazırkı hakimiyyət göstərdi ki, Saakaşvilidən tezliklə qurtulmaq istəyir. Ona hətta əşyalarını yığmağa belə, imkan vermədilər. 

Son yarım ildə Ukrayna hökuməti ilə Saakaşvili arasında baş verən qarşıdurma məntiqdən kənar idi. Ötən ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi. Halbuki vətəndaşlığı ona elə özü vermişdi. 

Sonra Mixonun sərhədi keçərək Ukraynaya qayıdışı ilə bağlı uzun hekayə yaşandı. Tərəflər arasında qarşıdurmanın pik nöqtəsi Saakaşviliyə dövlət çevrilişinə cəhd ittihamının irəli sürülməsi oldu. İddia olundu ki, Saakaşvili bunu Yanukoviçə yaxın məmurlardan birinin – Sergey Kurçenkonun maliyyə dəstəyi ilə edir. Bunun ardınca məhkəmə prosesləri oldu və keçmiş prezident günahsız olduğunu isbat etməyə çalışdı. 

Saakaşvilinin ölkədən çıxarılması ilə başa çatan bu əhvalat Poroşenkonun Gürcüstanın keçmiş prezidentini Ukraynaya dəvət etməklə yol verdiyi səhvi düzəltmək cəhdinə bənzəyirdi. 

"Spetsnaz"dan qaçmaq üçün damlarda gəzən, həbs olunan və azadlığa çıxan, Kiyev küçələrində marş və etirazlar təşkil edən qəhrəman… Son yarım ildə Ukrayna hakimiyyətinin Saakaşvili ilə bağlı etdikləri qəribə və gülməli görünürdü. 

Əgər Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından çıxarmaq avantürasına getməsəydi, Gürcüstanın keçmiş prezidenti çətin ki Kiyevin mərkəzində etirazlara rəhbərlik edərdi. 

Poroşenkonun Saakaşviliyə qarşı şəxsi zəmində mübarizəsi sonuncunu artıq Ukraynanın bir parçası olan və hazırkı hakimiyyətə alternativ sayılan siyasətçiyə çevirdi.

Deportasiya Saakaşvilinin Ukrayna siyasətində karyerasının başa çatması demək deyil. Əksinə, onun təqib olunması ilə karyerasındakı ən maraqlı mərhələ yenicə başlamış olur.  Və keçmiş Gürcüstan prezidentinin Ukraynaya qayıdışı kim bilir, necə olacaq?!

 

Söz verdi ki, qayıdacaq…

 

Ukrayna Baş Prokurorluğu dövlət çevrilişinə cəhd kimi ağır cinayətdə ittiham olunan Saakaşvilinin ölkədən çıxarılmasına qiymət verməlidi. Ən azından, aydınlıq gətirməlidir. 

Baş prokuror Yuri Lutsenkonun cinayətkar adlandırdığı şəxs niyə çarter reysi ilə Varşavaya göndərildi? Bu, Ukrayna Baş Prokurorluğunda Saakaşvilinin təqsirli olmasına dair kifayət qədər sübutun olmaması anlamına gəlmirmi? 

Deportasiya ilə bağlı bu tələskənlik nəyə lazım idi? İstintaq başa çatandan sonra Ukrayna necə davranacaq? Keçmiş prezidenti Polşadan geri istəyəcək? 

Və ən əsası. Kimsə hesab edirsə ki, ölkədən çıxarmaqla Saakaşvilinin Kiyevdəki etiraz aksiyalarına təsirini yox edəcəklər, çox yanılır. Hələ bəlli deyil ki, Mixo harada daha çox təhlükəli ola bilər – Ukraynada, yoxsa ondan kənarda. 

Saakaşvili ilə bağlı baş verənlər təkcə Ukraynanın daxili işi deyil. Onun Qərbdə nüfuzu var. Və aydın məsələdir ki, Qərb onun Ukrayna hökuməti ilə bağlı qiymətləndirməsinə qulaq asacaq. Üstəlik özü də Varşavaya çatan kimi, söz verdi ki, Ukraynaya geri qayıdacaq. 

Bizi Saakaşvilinin iştirakı ilə hələ çox uzun serial gözləyir. Ukraynada onun tərəfdarları, siyasi partiyası qalıb. Hakimiyyət əleyhinə aksiyalara çıxmağa hazır olan insanlar qalıb.

Çətin ki, Saakaşvili Poroşenkoya təslim ola. Onun üçün indi ən prinsipial məsələ Ukraynaya "ağ atda" qayıtmaq və günahsızlığını sübut etməkdir…


Tərcümə Strateq.az-ındır.