XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2018 - 01:15

SİYASİ REVANŞA HAZIRLAŞAN TİMOŞENKO…- Saakaşvili ilə ittifaq ona nə vəd edir? - TƏHLİL

 

"Deutsche Welle" (Almaniya)

 

Ukraynanın keçmiş baş naziri, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkonun gələn il ölkədə keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olmağa böyük şansı var. Yerli ekspertlər hesab edir ki, hazırda Timoşenkonun siyasi karyerasına ən böyük maneə Ukrayna cəmiyyətində etiraz əhvalının səviyyəsi, həmçinin xanım siyasətçinin hakimiyyətdə olduğu illərdə seçicilərin nəzərəçarpacaq hissəsinin ümidlərini qırmasıdır.  

Bununla belə, Ukraynada keçirilən ictimai rəy sorğularında Timoşenkonun adı ön sıralarda gedir. Məsələn, ötən ilin dekabrında Almaniyanın "GfK" şirkətinin ukraynalılar arasında aparıdığı sorğunun nəticələrinə görə, Timoşenkonun prezident olmasını respondentlərin 19 faizi istəyir. Lakin rəyi soruşulanların 68 faizi onu prezident postunda qətiyyən görmək istəmədiyini deyib.

Eyni sorğuda hazırkı prezident Pyotr Poroşenkonun yenidən seçilməsinə cəmi 14 faiz razı olub. Onun əleyhinə olanların faizi isə 77-dir. 

Timoşenko və Poroşenko


Ötən ilin dekabrında Ukraynanın Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sorğu da ortaya bənzər nəticələr qoyub. Fondun rəhbəri hesab edir ki, Timoşenkonun stabil tərəfdarları var. Və onlar əsasən əhalinin populizmə meylli və çox da savadlı olmayan kəsimidir. 

Fonddan həmçinin bildiriblər ki, Ukraynada seçicilərin böyük hissəsi öz seçimini hələ müəyyənləşdirməyib: "Hesab edirik ki,  prezident seçkilərinin taleyini məhz bu kəsim həll edəcək. Onlar Timoşenkonun da, digər tanınmış siyasətçilərin də əleyhinə çıxırlar. Və başqa namizədə səs verməyə hazırdılar. Amma bu "başqa namizəd" eyni adam deyil. Hər birində fərqlidi". 

Ukraynalı ekspertlər deyir ki, Timoşenko müxalifət arasında rəqiblərinin mümkün qədər az olmasını istəyir. Və bu səbəbdən də özünə müttəfiq axtarır ki, seçki kampaniyasının aktiv fazasına keçid etsin. Hazırda Timoşenko üçün ən uyğun tərəfdaş Mixail Saakaşvilidir. Çünki prezident postuna iddia etməyən Saakaşvili onun üçün hər hansı təhlükə yaratmır. Üstəlik Timoşenko Saakaşvilidən əsas rəqibi olan Pyotr Poroşenkonun siyasi mövqeyini zəiflətmək üçün istifadə edir.

Bütün hallarda ona səs verməyi düşünən sabit elektorata sahib olması və siyasi mübarizə təcrübəsi Timoşenkoya prezidentliyə namizəd olmağa, ən pis halda isə məşhur müxalif liderlərdən biri kimi qalmağa real imkan yaradır. 

 

Timoşenko və Saakaşvili

Siyasi ekspert Sergey Qayday isə Timoşenko ilə Saakaşvilinin strateji ittifaqına inanmadığını deyir: "Timoşenko prezident, Saakaşvili baş nazir formuluna da inanmıram. Onların dünyagörüşü fərqlidir. Saakaşvili islahat aparmaq istəyir. Timoşenko isə Ukrayna hakimiyyətində təmsil olunub və ancaq iqtidar arzusundadır. Timoşenkonun özünə xaricdə müttəfiq tapacağı da istisna deyil. Saakaşvilidən fərqli olaraq o, populyar olmaqla yanaşı, Ukraynada istənilən vəzifəyə iddia edə bilən legitim siyasətçidir".  

Timoşenkonun Rusiyaya rəğbətinə gəlincə, ekspert hesab edir ki, siyasətçi bu yöndəki tənqidlərdən qurtulmaq üçün üzr istəyə və peşman olduğunu bəyan edə bilər: "Timoşenko baş nazir postunu tutanda Ukrayna Rusiyanın "Qazprom" şirkəti ilə uğursuz qaz sazişi imzalamışdı. Bundan başqa, Timoşenko 2008-ci ildə Rusiyanın Gürcüstana aqressiyasına qarşı çıxmadı. O bütün bunlara görə peşman olduğunu deyə bilər. Amma bir məqam da var ki, bizim cəmiyyətdə siyasətçinin peşmançılıq keçirməsi zəiflik əlaməti kimi görünür". 

Tərcümə Strateq.az-ındır