XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 17:25

TÜRKİYƏ-SURİYA-RUSİYA ÜÇBUCAĞINDA AFRİN DÜYÜNÜ:Putin Əsədə “Afrinə girmə” deyəcəkmi? – Təhlil

Afrin əməliyyatına qatılmış Azad Suriya Ordusunun döyüşçüləri

 

Mustafa K. Erdemol

"Birgün" (Türkiyə), 20.02.2018

 

Suriyanın Afrinin müdafiəsinə görə kürdlərlə anlaşması haqda məlumat artıq, sadəcə, fərziyyə deyil. Beynəlxalq informasiya agentliklərinin lentlərində bir neçə gün ərzində dolaşan məlumatın mötəbərlik ehtimalı getdikcə daha da yüksəlir. Son anda heç nə dəyişilməsə, yəni xəbər verildiyi kimi, Ərdoğanla Putin arasında yüksək səviyyədə danışıqlar bu cür nəticə verməsə, görünür, Suriya Afrinə girəck.

Əlbəttə, bu, Suriyanın ən təbii haqqıdır. Suriya öz şəhərinə girdiyi üçün heç kim onu tənqidə tutmayacaq. Suriya üçün şəhərin kimin əlində olması mühüm deyil, mühümü şəhərin yenidən Suriya hökumətinə birləşməsidir. Şəhərdəki kürd gücləri onu Suriyaya vermək istəyirlərsə, təsəvvür etmək mümkünsüzdür ki, Dəməşq bundan imtina edəcək – hətta Türkiyə bunu istəsə də.

Birincisi, sıradakı durum yaranır: Suriya ona məxsus şəhəri öz ərazisinə birləşdirməyə hazırlaşdığı bir vaxtda Rusiya onu dəstəkləməyə bilməz. Burada Türkiyənin həyəcanı, kürdlərlə bağlı əndişəsi bütün dünyaya Suriyanın ərazi bütövlüyünü vəd etmiş Rusiya üçün birinci dərəcli önəmə malik deyil. Rusiyanın Suriya ilə ittifaqı bu özülə söykənir və hər şeyə əsasən, Rusiyanın bu məsələ üzrə Türkiyə ilə razılığa gəlməsi asan olmayacaq.

Sağlam düşüncəli adamlar ta başdan təkrar etməkdən usanmırdılar ki, Suriyada istənilən addımı Dəməşqin razılığıyla atmaq gərəkdir. Bu, bölgədə ən rasional siyasət olardı. Bu cür siyasət zamanı bölgə kürdləri ABŞ-ın əlinə düşməzdilər, Əsədin onsuz da razılaşdığı muxtariyyət əldə edərdilər və bu, Türkiyədə bu cür qorxduğumuz sərhədlərin güvənliyini təmin edərdi. Lakin Ədalət və İnkişaf Partiyası rəhbərliyinin dar dini motivlərlə məhdudlaşan siyasəti kürdə nifrətlə birləşəndə seçilən siyasi kurs, sonunun söylnəməsi mümkünsüz olan macəralara aparır. Ərdoğan hazırda Putinə nə deyə bilər? “Əsədə de ki, Afrinə girməsin?” Məgər bu, axmaqlıq deyil? Bu şəhərə gitrib-girməməyə kim qərar verməlidir? Ərdoğan, yoxsa Əsəd? Ya deyəcək: “Kürdlərə dəstək üçün girməsin?” Əsəd döyüşmək əvəzinə ona ittifaq təklif edən qüvvəyə niyə arxa çevirsin?

Bütün bu hadisələr balansı dəyişəcək. Əslində, Rusiya və Türkiyə gec, ya tez toqquşmalı olacaqları nöqtəyə indi yaxınlaşır. Güman etmirəm ki, həm Rusiya, həm də Suriya geri addım atsın. Qızılı orta yalnız Suriya ordusunun Afrinə girməsinə Türkiyənin razılığı ola bilər. Deyəsən, başqa çıxış yolu yoxdur. Xarici işlər naziri Mövlud Çavuşoğlunun “Türkiyə hərbçiləri dayanmayacaqlar” sözləri ajiotaj qaldıra bilər, amma bu, gerçəkliyə uyğun deyil. Onların qan axıtmağa gedə biləcəyi yerlər çox deyil.  

Bütün çətinliklərə baxmayaraq Astana və Lozannada tərəqqi və bütün bu görüşlərdə ABŞ-ın basqısına rəğmən Suriyanın bütövlük məsələsi haqda razılaşma əldə edildiyi bir vaxtda Suriya rejiminin kürdlərlə ittifaqda Afrinə girməsinə cavab reaksiyası Türkiyəni çox çətin bir vəziyyətdə qoyur.

Türkiyə və Rusiya bu dəfə son dərəcə ciddi böhranla üzləşib. Suriyada ABŞ-ın irəliləməsini dayandırmaqdan ötrü bəzi əməliyyatlara göz yuman və yaxud razılıq verən Rusiya bu dəfə güzəştə getməyə bilər. Yaşayarıq, görərik.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə