XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 16:09

AŞIQ ƏLƏSKƏRLƏ BAĞLI QALMAQAL BİR AZ DA BÖYÜDÜ –Rusiyanın Dövlət Arxivinin adından saxtakarlıq edildiyi üzə çıxdı (FOTOlar)

Xəbər verdiyimiz kimi, fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulmalarının 30 illiyi ilə bağlı “Tural” şadlıq evində keçirilən "Yurd həsrəti" adlı anım tədbirində tədqiqatçı Sabutay Hacıyev Rusiya Dövlət Arxivinə istinad edərək, oradan  sənəd əldə etdiyini və bu sənədin də tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələskərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini bildirmişdi. Sabutay Hacıyev həmin tədbirdə iddia etmişdi ki, Aşıq Ələskər 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi, 1821-ci ildə dünyaya gəlib.

Nazir Əhəmədli isə o vaxt Strateq.az-a açıqlamasında S.Hacıyevin təqdim etdiyi “sənəd”in fotoşopla düzəldildiyini, saxta olduğunu bildirmiş və bu barədə Rusiya Dövlət Arxivinin direktoru Larisa Aleksandrovna Roqovayaya sorğu göndərdiyini bildirmişdi.

(http://strateq.az/aktual/232889/asiq-%C9%99l%C9%99sg%C9%99rl%C9%99-bagli-qalmaqal-boyuyur.html)

Nazir Əhmədlinin dünən Strateq.az-a bildirdiyinə görə, artıq Rusiyaya göndərdiyi sorğuya rəsmi cavab alıb.

Cavab məktubunda deyilir:

“Rusiya Federasiysının Dövlət Arxivi 

19 fevral 2018. №1385-T

Nazir Surxay oğlu Əhmədliyə

 

Hörmətli cənab Əhmədli!

Sizin sorğunuza cavab olaraq bildiririk ki, İnternetdə http://musvat.com/news/asiq-elesger-haqda-kitabdaki-saxtakarliqlara-qarsi-sened-ortaya-qoyuldu-fotofakt_503316.html  ünvanında yerləşdirilən “sənəd” Rusiya Federasiyası Dövlət Arxivinin məlumat məktubu deyil.

Rusiya Dövlət Arxivi məlumat məktublarının formulyarında sorğunun nömrəsi, sorğu verənin soyadı, adı və atasının adı göstərilir (yuxarıdakı “sənəddə” bu elementlər yoxdur). Həm də məlumat xarakterli məktublarda Rusiya Federasiyasının gerbinin təsviri olan dairəvi möhür vurulmur. Göstərilən saytda yerləşdirilən “sənədin” o cür tərtib edilməsi arxivimizin blanklarının tərtibatına uyğun deyildir. Rusiya Dövlət Arxivi direktorunun imzasının şəklini, eləcə də arxivin simvollarını “sənədi” tərtib edənlər, çox gümün ki, Rusiya Federsiyası Dövlət Arxivinin rəsmi saytından götürmüşlər.

Rusiya Federasiyası Dövlət Arxivinin öz adından danışmaq səlahiyyəti və hüququ vermədiyi hər hansı fiziki və hüquqi şəxs tərəfindən informasiya vasitələrində yerləşdirilən və onların düzgünlüyünü təsdiq edən rekvizitlərin olmadığı “sənəd”də verilən məlumatlar  həqiqətə uyğun deyildir.

Məlumat üçün bildiririk ki, “Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin prezidenti M.Sadıqovanın Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında hansısa məlumatın olub-olmaması haqqındakı sorğusuna axtarışlarını davam etdirmələrini tövsiyə etməklə mənfi cavab verilmişdir.

Qoşma: Rusiya Federasiyası Dövlət Arxivinin 9690-T nömrəli, 30 avqust 2017-ci il tarixli məlumat məktubu.

Hörmətlə,

Arxivin direktoru L.A.Roqovaya. (İmza)”.

 

Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin sorğusuna verilən cavab məktubunda isə arxiv rəhbərliyi M.Sadıqovaya yazır:

“Rusiya Federasiyası Dövlət Arxivi

30 avqust 2017.  N9690-T

Hörmətli xanım Sadıqova!

Sizin sorğunuza cavab olaraq bildiririk ki, Rusiya Federasiysı Dövlət Arxivinin elektron bazasında və elmi-məlumatlar sorğu aparatında, o cümlədən Rusiya İmperiyası Daxili işlər Nazirliyi Polis Departamentində Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında heç bir məlumat aşkar edilməmişdir. Bildiririk ki, İrəvan quberniyası Novobəyzid qəzası üzrə sizi maraqlandıran siyahıyalmalar haqqındakı sənədlər yerli idarəetmə orqanlarında və təşkilati strukturlarda qala bilər. Onların yerini aşkar etmək üçün Ermənistan Respublikası 0033, Yerevan şəhəri, Qr.Koçar 5/2 ünvanda yerləşən Ermənistan Milli Arxivinə müraciət etməyinizi tövsiyə edirik. Həm də bildiririk ki, nümayəndəniz arxivimizin oxu zallarında tədqiqat apara və İnternetdə yerləşən məlumat-axtarış sistemindən istifadə edə bilərlər (http://statearchive.ru/383).

Hörmətlə, arxivin direktoru L.A.Roqovaya (İmza)”.

 

Moskvadan alınan məktubun və qoşmanın orijinalının fotosurətləri:

Bu da Sabutay Hacıyevin "sənəd"inin surəti: