XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 15:30

SALİH MÜSLİMİN HƏBSİNİN GÖRÜNMƏYƏN ÜZÜ:ABŞ İrana yaxın kürd liderləri üzərində hansı planı qurub? - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 27 fevral 2018-ci il

 

PYD-nin sabiq həmsədri Salih Müslimin Çexiyada yaxalanması xəbəri Vaşinqtona çatan kimi, həmən Amerikadakı mənbələrimi aradım. Onlara “Bu əməliyyatda sizin barmağınız varmı? Yenə Ocalanın yaxalanması prosesində baş verənlərə bənzər bir əməliyyatamı şahid oluruq?” deyərək, sual etdim.

Söhbət etdiklərimin çoxu “Elə hesab etmirik” dedi, bir qismi isə qəti rədd etdi. Amma hamısı bunu söylədi: “Amerika kəşfiyyatının işi olmasa da, bu anda bunun olmasından çox məyus olduğumuz da söylənə bilməz”.

Bu mənbələrim, İŞİD-lə mübarizədə bölgədə özlərinə müttəfiq axtardıqları tarixlərdə davamlı olaraq danışdıqları və sonra da ortaq hərəkət etdikləri Salih Müslimlə bağlı indi nə üçün belə danışdıqlarını anlamaq üçün ABŞ Müdafiə naziri Ceyms Mettisin TC Müdafiə naziri Nurəddin Canikli ilə keçirdiyi görüşdə söylədiyi cümləni xatırlamamı istədilər. Ceyms Mettis o görüşdə Türkiyəyə “Biz, lazım olarsa, YPG-ni PKK-ya qarşı döyüşdürə bilərik” demişdi.

 

ABŞ-ın PKK planı

 

Danışdığım Amerika mənbələri, Türkiyə bunun mümkün olmadığını düşünsə də, Pentaqonun özünə görə bir planı olduğunu da vurğuladı. Bu planın nədən ibarət olduğunu da öyrəndim, lakin öyrəndiyim zaman yenə ABŞ-ın uzunmüddətli tutarlı bir strategiya işləyib hazırlamadan tələsik hərəkət etməkdə olduğunu gördüm.

Pentaqonun planına və tutarlı bir strategiyasının olmamasının yaradacağı narahatlıqlara keçmədən öncə, Vaşinqtondakı hakimiyyət orqanlarının bu andakı durumunu anlatmalıyam.

Hakimiyyət hazırda “Suriyada İran təsirinə qarşı necə mübarizə aparıla bilər?” mövzusunda baş sındırır. Hər bir hakimiyyət orqanına bu mövzu ilə bağlı öz görüşünü müəyyən etməsi və digər orqanlarla bunu koordinasiya etməsi təlimatı da verilib.

İsrail məsələsində xüsusi həssaslığı olan prezident Tramp, Suriyadakı İran təhdidinin birinci milli təhlükəsizlik problemi sayılması haqqında təlimat verib. Pentaqon, hər zaman olduğu kimi, digər qurumların görüşünü almadan yenə işi ən sürətli formada həll edə biləcəyini düşündüyü planı çıxarıb.

 

Pentaqonun strateji səhvi

 

Pentaqon, İŞİD-lə mübarizə strategiyasını formalaşdırdığı dövrdə də bunu ən sürətli, ən təsirli olaraq YPG ilə edə biləcəyini düşünmüş və bu qərarın strateji və diplomatik nəticələrini nəzərə almadan Trampı da bu plana razı salmışdı.

Pentaqon indi də Suriyada İran təhdidinə qarşı ən təsirli güc olaraq düşündüyü YPG-ni öz strategiyasının mərkəzinə qoyan bir plan hazırlayır. Bu plan çərçivəsində Pentaqonun YPG rəhbərliyindəki İran təsirini təşkilatdan təmizləmək üçün hazırlıqlara başladığı bildirilir.

 

Müslim əməliyyatı

 

Bir müddətdir ki, Pentaqonun bu hazırlıq kontekstində PKK/PYD-nin rəhbərlik heyətindəki İrana yaxın olan şəxslərə qarşı neytrallaşdırma əməliyyatı başladığı bildirilir. Bu kontekstdə YPG rəhbərliyindəki İrana simpatiya ilə yaxınlaşan şəxslərin bölgədən uzaqlaşdırıldığı və onlara Suriyaya qayıtmamalarının deyildiyi bildirilir. Danışdığım mənbələr, dəqiq olmamaqla birlikdə, onların sayının onlarla ola biləcəyini söylədilər.

Salih Müslimin də bu qrup içində olduğu, bu üzdən son tutulub saxlanma işində ABŞ kəşfiyyatının, rəsmən rol oynamasa da, bu addımdan şikayətçi olmadığı da vurğulanır.

ABŞ kəşfiyyatının əlində Salih Müslimin və onunla əlaqəsi olan digər YPG rəhbərlərinin İran İnqilab Keşikçiləri Korpusunun “Qüds gücü”nün rəhbəri olan Qasım Süleymani ilə əlaqələrinin olduğu haqqında məlumatlar da var.

Pentaqonun YPG üzərindəki mümkün İran təsirini tamamilə təmizləyərək, özünə bağlı olan bir YPG formalaşdırmağa çalışdığı və Mettisin son bəyanının təməlində, əgər bu bacarılarsa, YPG-nin PKK-ya qarşı döyüşdürülə biləcəyini düşünməsinin yatdığı vurğulanır.

 

Strateji tutarsızlıq

 

Pentaqon yenə masa başında ən təsirli, ən sürətli nəticə ala biləcəyi strategiyalar formalaşdırmağa çalışarkən, bunun irəlidə yol aça biləcəyi fövqəladə problemləri vecinə almır.

Hazırda Pentaqonun diqqətini üzərində cəmlədiyi bu strategiyanı digər qurumlar realist, tətbiq edilməsi mümkün hesab etmir. Həmin qurumlar hazırda Suriyadakı İran təsirini məhdudlaşdırmaq üçün üç başlıca alternativ üzərində işləyir. Bu alternativlər arasında YPG-nin silahlı güc olaraq İran milislərinə qarşı istifadə edilməsi yoxdur.

Üzərində iş aparılan planların nədən ibarət olduğunu sabah yazacam, ancaq bunu söyləyim: bu qurumlar diqqəti Pentaqonun Trampa anlatmağa başladığı strategiyanın bölgədə yol aça biləcəyi problemlərə cəlb etməyə çalışırlar.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə