XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 13:34

TRAMPIN SEVİMLİ CÜMLƏSİ: “İŞDƏN ÇIXARILDINIZ!” –Bir ildə Ağ Evi kimlər tərk edib? - SİYAHI

Kris Qreham

“The Telegraph”

 

Bu, şəyirdini danlayan ustanın sevimli cümləsinə oxşayırdı və indi Ağ Evdə oturarkən belə, Donald Tramp kiməsə həmin sözləri söyləməkdən xoşbəxt olduğunu göstərir: “Siz işdən çıxarıldınız!”

Keçmiş ünlü iş adamı Oval Ofisə daxil olandan, administrasiyasından gedənlərin sayı sürətlə artır. Bəziləri vəzifəsindən azad edilib, digərləri istefa verib.

Yanvarın 20-dən, cənab Trampın vəzifəyə gəldiyi gündən bəri işdən çıxan və çıxarılanların vəzifə sahiblərinin nisbi siyahısı:

 

Ceyms Komi

Federal Təhqiqat Bürosunun direktoru seçkinin nəticəsinə təsir göstərmək üçün Trampın 2016-cı ilin prezident kampaniyasının Rusiya ilə mümkün sövdələşmə ehtimalına dair istintaqa başlamışdı. Buna görə də 2017-ci ilin may ayında Tramp onu işdən çıxarıb.

Cənab Tramp NBC-yə müsahibəsində etiraf edib: "Mən bunu etmək qərarına gəldikdə, özümə dedim ki, Tramp-Rusiya əlaqəsi uydurma hekayətdir, amma bu, seçkini uduzmuş demokratların istifadə etdiyi bəhanədir".

 

Salli Yeyts

O, Ədliyyə Nazirliyinin əməkdaşlarına Trampun mübahisəli miqrasiya qadağasının tətbiq olunmamasını tələb etdikdən sonra işdən çıxarılıb.

Prezident Yeytsi "Birləşmiş Ştatların vətəndaşlarını qorumaq üçün qanuni qaydaya əməl etməkdən imtina edərək Ədliyyə Nazirliyinə xəyanət etmək"də günahlandırıb.

Barak Obama tərəfindən təyin olunmuş xanım Yeyts açıq məktubunda qeyd edib ki, o, "icra sərəncamının qanuni olduğunu inanmır".

 

Maykl Flinn

Cənab Trampın milli təhlükəsizlik məsləhətçisi, Trampın vəzifəyə gəlməsindən əvvəl ABŞ vitse-prezidenti Mayk Penslə söhbəti zamanı Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını müzakirə etdiyini gizlətməsini açıqladıqdan sonra istefa verib.

Daha sonralar xanım Yeyts deyib ki, cənab Flinn Rusiyanın səfiri ilə söhbət edərək özünü ləkələyib. O, rus səfiri Sergey Kislyakla söhbətindən sonra əslində, ruslar tərəfindən şantaj oluna bilərdi.

 

Prit Bharara

Nyu-Yorkun Cənub dairəsinin  prokuror iddia edir ki, 2017-ci ilin mart ayında Donald Tramp tərəfindən istefaya göndərilib.

48 yaşlı cənab Bharara Uoll Stritdəki korrupsiya, terrorizm və siyasi cinayətlərin araşdırılması ilə tanınırdı.

Bir neçə ay sonra Trampın onunla üç dəfə əlaqə qurmağa çalışdığını iddia edib. Bharara Ağ Evlə sıx təmas yaratmağı rədd edib.

 

Uolter Şaub

ABŞ Etika İdarəsinin rəhbəri beş illik müddəti başa çatmamış, 2017-ci ilin iyulunda istefa verib.

Barak Obamanın və Corc Buşun prezidentlik dövrlərijdə də həmin vəzifə yerinə yetirən cənab Şaub, Trampın biznes işlərinə aid olan münaqişələrin açıq tənqidçisi olub.

 

Maykl Dubke

“Crossroads Media”nın qurucusu may ayında Ağ Evin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru vəzifəsindən istefa verib. "Mənim administrasiyadan ayrılmamın səbəbləri şəxsi məsələdir, amma prezident Tramp və bu administrasiyaya xidmət etmək mənim üçün böyük şərəf olub", – deyə cənab Dubke “Politico” nəşrinə bildirib.

Dubkenin istefası Ağ Evdə rabitə strategiyası, xüsusilə də prezident və mətbuat qrupu arasında ziddiyyətlərə görə tənqidlər fonunda baş verib.

 

Rins Priebus

Respublika Milli Komitəsinin sabiq başçısı, iyul ayının sonlarında rabitə şöbəsinin müdiri Entoni Skaramuççi ilə bir daxili güc mübarizəsi çərçivəsində istefa verib.

Skaramuççi onu mediaya sızdırmalarda ittiham edib.

Priebusu Con Kelli əvəz edib.

 

Şon Spayser

Ağ Evin mətbuat katibi 21 iyul tarixində istefa verib. O, Entoni Skaramuççinin Ağ Evin kommunikasiya direktoru təyin etməsindən sonra işdən çıxıb.

Spayser bu təyinatın əleyhinə olub.

45 yaşlı Spayser Tramp administrasiyasının ən tanınan üzü halına gəlmişdi.

 

Maykl Şort

Ağ Evin mətbuat katibinin köməkçisi cənab Skaramuççinin ikinci qurbanı olub. Spayserin istefasından bir neçə gün sonra istefa verib – “Skaramuççi”nin “Politico”-ya açıqlamasında Şortdan xilas olmağı planlaşdırdığını deməsindən sonra.

 

Entoni Skaramuççi

Entoni Skaramuççi administrasiyada cəmi 11 gün işləyib, Ağ Evin kommunikasiya müdiri kimi işdən çıxarılıb və cəmi bir neçə saat sonra general Con Kelli prezident Donald Trampın yeni qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.

 

Stiv Bannon

Döyüşkən və barışmaz Stiv Bannon avqustun 18-də baş strateq vəzifəsindən çıxarılıb.

İfrat sağçı fikirləri ilə tanınan Bannon, Trampın ən mübahisəli siyasi qərarlarının, o cümlədən 7 müsəlman ölkəsi vətəndaşlarına səyahət qadağasının ilhamvericisi idi.

O, Ağ Evdə daha mülayim siyasi qruplarla rəqabətin güdazına gedib.

“Goldman Sachs”ın sabiq maliyyəçisi cənab Tramp tərəfindən 2016-cı ilin avqust ayında kampaniyanın rəhbəri qismində işə götürülmüşdü. O zaman Bannonu "Amerikada ən təhlükəli siyasi xadimi" kimi səciyyələndirmişdi.

Bannon cənab Trampı populist yola sürükləmiş və Hillari Klintonu korrupsiyalaşmış şəxs kimi damğalamağa sövq etmişdi.

 

Sebastian Qorka

Prezident köməkçisinin sağçı ingilis müavini 2017-ci ilin avqustunda vəzifəsindən kənarlaşdırılıb.

O, İkinci Dünya müharibəsi zamanı Macarıstanın millətçi lideri Mikloş Horti ilə birlikdə Adolf Hitlerlə müttəfiq olan, " yüz minlərlə yəhudinin öldürülməsində əməkdaşlıq etmiş” macar qrupuna bağlı nasistlərlə əlaqədə ittiham edilib.

Qorkanın anti-semit fikirləri də buna sübut göstərilib.

 

Tom Prays

“Obamacare”in ləğv etməkdə prezidentin əsas müttəfiqi, Trampın səhiyyə naziri 2017-ci ilin sentyabr ayında istefa verib.

Özü və işçiləri üçün ən azı 400 min dollar xərcləməsi ittihamı onun istefasında əsas rol oynayıb.

 

Omarosa Maniqo

Cənab Trampın afro-amerikalı köməkçisi 2017-ci ilin dekabrında Milad bayramında, Con Kelli ilə ixtilaflara görə istefa verib.

 

Endryu MakKeyb

FTB-nın direktor müavinini cənab Tramp ictimaiyyət qarşısında dəfələrlə tənqid edib. 2018-ci ilin yanvarından etibarən işdən çıxıb.

 

Rob Porter

Ağ Evin sabiq katibi məişət zorakılığı ittihamlarından sonra 2018-ci ilin fevral ayında istefa verib.

40 yaşlı Porter əvvəl ittihamları rədd edib, amma sonra üzr istəyib.

 

David Sorenson

Cənab Porter istefa verdikdən bir neçə gün sonra Ağ Evin spiritueri olan David Sorensen keçmiş arvadının ikiillik nikahları dövrünə dair açıqlamalarının ardınca ittihamları inkar edib, amma Ağ Evdən ayrıldığını söyləyib.

 

Houp Hiks

Ağ Evin kommunikasiya müdiri Houk Hiks – cənab Trampın ən etibarlı və ona uzun müddət xidmət edən köməkçilərindən biri – bu ilin mart ayında istefasını elan edib.

29 yaşlı Hiks Ağ Evin Qərb qanadında zahirən toxunulmaz bir rola sahib idi. Bəlkə də ən vacib olan onun cənab Trampa həmişə məftunedici təbəssüm bəxş etməsi və müsbət enerji verməsi idi.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə