XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 16:24

Amerikalı ekspertin etirafı:“Türkiyə daha ABŞ-ın müttəfiqi deyil və Suriyada həmişə planlarımızı pozub” – Təhlil

 

Daq Bendou

The National Interest (ABŞ), 06.03.2018

 

Vaşinqton rəsmiləri Türkiyəni elə hey özlərinin həyatönəmli müttəfiqi adlandırırlar, amma prezident Rəcəb Tayib Ərdoğan və hökuməti Suriyanın şimalında kürd birləşmələrilə əməkdaşlıq edən ABŞ-ın ünvanına müntəzəm təhdidlərlə çıxış edirlər. Ərdoğanın özü şəxsən bildirib ki, Türkiyə Amerika qoşunlarına “Osmanlı şapalağı” darta bilər, təəssüf ki, bununla Türkiyənin getdikcə daha çox antiamerika köklənən ictimaiyyəti içində öz populyarlığını möhkəmləndirib. Bununla yanaşı, amma heç kim iki ölkə arasında açıq silahlı qarşıdurmaya ciddi inanmır. ABŞ siyasətçiləri Vaşinqton və Ankaranın eyni məqsədindən danışarkən ya yalan danışırlar, ya da, sadəcə, yanılırlar.

Bununla belə, iki ölkə arasında açıq münaqişə təhlükəsi qondarma deyil. Bu, ölkələr  arasında baş vermiş fikir ayrılığının dərəcəsini sərgiləyir və hər yeni günlə, hərbçilərin hər yeni əməliyyatıyla ziddiyyətlərin sayı yalnız çoxalır. Buna görə də öz maraq və dəyərlərini qurban vermək əvəzinə Vaşinqtonun Türkiyə ilə daha gerçəkçi münasibətlər quraraq ondan qeyri-gerçək gözləntilərdən imtinası lazımdır.

ABŞ-ın bir administrasiyasi digərinin ardınca Türkiyənin aşkarca yadlaşmasına göz yumub. Ankara əvvəlkitək NATO üzvüdür, ABŞ HHQ isə əvvəlki kimi Türkiyənin “İncirlik” bazasında yerləşir. Amma münasibətləri keçmişin kabusu üzərində qurulan iki dövləti bundan savayı az şey birləşdirir. Soyuq müharibənin sonu çatıb: Rusiya daha Türkiyəyə və yaxud NATO-nun bu və ya başqa üzvünə hücum etmir. Ərdoğan vurulan Rusiya təyyarəsinə görə kəskinləşmədən sonra Kremllə münasibətləri tədricən yaxşılaşdırmağa başlayıb. Ankara indi hətta Rusiyanın S-400 sistemlərini alır, bununla da başqa ölkələrlə – alyans üzvlərilə əməliyyat birliyini pozur. Təxmin etmək axmaqlıq olardı ki, Rusiyanın ABŞ və AB ilə müharibəsi halında Türkiyə alyans çərçivəsində öz öhdəliklərini yerinə yetirəcək. Hətta Ankara Suriyada ABŞ-ın məqsədlərini fəal şəkildə pozub. Ərdoğan hökuməti diqqətini Suriya prezidenti Bəşər Əsəd “rejimi”ni devirməyə cəmləyərək uzun illər boyunca İŞİD döyüşçülərinə və silahların Türkiyə sərhədini keçməsinə imkan verib. Habelə diqqətəlayiq ittihamlar da irəli sürülüb ki, Ərdoğanın oğlu islamçılarla qanunsuz neft ticarətinə cəlb olunub. Yalnız qruplaşma Türkiyədə terror aktları həyata keçirəndən sonra Ankara ona qarşı fəal şəkildə hərəkətə başlayıb və hətta onda da “xilafət”ə qarşı fəaliyyətdənsə kürdlərin artan nüfuzu ilə mübarizə onun üçün daha önəmliydi.

Türkiə terrorçular üzərində qələbədə ABŞ-a xeyli dəstək verən kürd birləşmələrinə qarşı kinayə ilə “Zeytun budağı” adlandırılan əməliyyata başlayaraq Suriyanın şimalında monitorinq həyata keçirəcək sərhəd güvənliyi qüvvələrinin yaradılması üzrə ABŞ prezidenti Donald Trampın planına son qoyub.

Türkiyə rəsmilərinin tam bir sırası Vaşinqtona inamsızlıq haqda sarsıdıcı bəyanatlar verib, kürd birləşmələri arasında yerləşən Amerika hərbçilərinə zərbə endirmək hədəsi gəlib. ABŞ rəsmiləri daim inildəyir ki, Ankaranın siyasəti Vaşinqtona “yardım etmir”, guya Ərdoğan hökumətinin məqsədi bundan ibarətmiş.

Bundan savayı, Ankara başqa xarici siyasət məsələlərində də aqressiv addımlara keçib. Deməli, Ərdoğan dönəmində Türkiyənin İsraillə münasibətləri xeyli kəskinləşib, Yunanıstanla gərginliyin azalması əvəzinə kəskinləşmə baş verib. Ərdoğan AB-dən pul və siyasi güzəştlər qoparmaq üçün Suriya müharibəsindən və oradan gələn qaçqınlardan istifadə edib.

Sərtləşmə daxili siyasətdən də yan keçməyib və Ərdoğan 2016-cı il dövlət çevrilişi cəhdindən sonra “seçilmiş diktatura” qurmağa başlayıb. Tətbiq edilən fövqəladə vəziyyət rejimi isə onunla razılaşmayan səsləri boğmaq imkanı verib. Ərdoğan özünün sərt taktikasını ABŞ ərazisində də işlədib – öz “cangüdənlər”ini Türkiyənin Vaşinqtondakı səfirliyinin yanında dinc nümayişçilərin üstünə salıb, onun banditləri diplomatik toxunulmazlıq immuniteti altında bir neçə nümayişçini yaralayıb.

Başqa sözlə, Türkiyə daha ABŞ-ın müttəfiqi deyil. İkitərəfli münasibətlər onun üçün heç vaxt həyatönəmli rol oynamayıb. Ankara və Vaşinqtonun rəqabəti gərəkli olmasa da, hər iki tərəf guya aralarındakı yaxşı münasibətlər haqda yanılmalardan imtina etsə, yalnız udar.

Tərcümə Strateq.az-ındır.