XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

12 Mart 2018 - 17:56

CİZGİ FİLMİ PERSONAJINA OXŞADILAN “İMPERATOR”:Konstitusiyaya düzəlişdən sonra yeni "Çin səddi" yaradılıb - TƏHLİL

Şahab Şahsevəri

“Etemad” (İran)

 

Yalnız 2 nəfərin əleyhinə olması, 3 nəfərin səsvermədə iştirak etməməsi ilə, Çin Xalq Nümayəndələri Yığıncağının yerdə qalan 2995 üzvü Konstitusiya məhdudiyyətinin ləğv edilməsinə razılıq verdi. Beləliklə, Kommunist Çinin banisi Mao Zedunun ölümündən qırx il sonra Çin lideri ömürlük müqtədir, mütləq hakimiyyət başçısı oldu.

Çinin rəsmi mediası bunu, yəni beş ay əvvəl Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda partiya nizamnaməsinə Si Zinpinin rəhbərliyinə məhdudiyyət dövrü ilə bağlı müddəanın çıxarıldığını inkar etsə də, aydındır ki, yeni Çin prezidenti ömürlük hakimiyyətdən imtina etməkdə maraqlı deyil.

Nümayəndələr Yığıncağında Konstitusiyaya düzəlişlər ediləndən sonra, Çin Xalq Respublikası 36 illik fasilənin ardınca, bir daha ömürlük prezidentlik rejiminə qayıdıb.

1982-ci ildə Çin Xalq Nümayəndələri Yığıncağı ölkənin Əsas Qanununda prezidentlik müddətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. O zamanlar əslində, Çinin lideri Den Syaopin olduğundan, prezident səlahiyyətləri ilə seçilmirdi.

Den prezident, Mərkəzi Hərbi Şuranın sədri, hökumət başçısı və ya Kommunist Partiyanın baş katibi olmadan felən bütün hakimiyyəti əlində cəmləşdirmişdi. Amma müasir Çinin memarı 1990-cı illərdə iqtidarı Zyan Zeminə ötürmək istədikdə, prezidentlik müddətinin məhdudlaşdırılması çox mühüm məsələ oldu.

Den Syaopindən sonra Çində prezidentlik, 1982-ci ilin Konstitusiyasına əsasən, mühüm, aparıcı rol qazandı. Amma bu vəzifə iki 5 illik müddətlə məhdudlaşırdı.

Amma Zyan Zeminin təyinatından təxminən 25 il sonra Çinə rəhbərlik edən şəxs qeyri-məhdud, ömürlük hakimiyyət sahibi olur.

Çin Kommunist Partiyasının sədr müavini və Çin Konstitusiyasına görə, ölkənin ən nüfuzlu şəxslərindən biri olan Fan Xay deyib: “Əgər bir insan hakimiyyətdə 15 qalırsa, heç kim onu tənqid etməyə cəsarət etmir. Məsələn, Fransada prezidentlik müddəti 7 ildir və bu müddətin sonunda Fransa prezidenti, yalnız bir dəfə yenidən səlahiyyətini əlində saxlama cəhdi göstərə bilər. Lakin bu halda, hər gün kiçik səhv prezidentə müxalifət partiyalarına barmaq silkələmək üçün fürsəti verir və o, tənqid hədəfi olur".

Zyan Zemin və Xu Szin Tao Çinin ikimüddətlik prezidentləri olub və 1993-2013-cü illər arasında Konstitusiya müddəasına sadiq qalıblar.

Çin Kommunist Partiyasının bu iki lideri hələ sağdır və öz gedişlərindən sonra bu mühüm vəzifəyə xələflərinin seçilməsinə nail olublar. Bunun nəticəsində partiyanın Siyasi Bürosu da beş il sonra vəzifə kürsüsünün boşalması ilə, gələcək liderlə bağlı çətinliklə üzləşməyib.

Əlbəttə, bütün bu miras Den Syaopindən qalıb. Tyananmen meydanında etiraz aksiyaları və Kommunist Partiyasında yaranmış ideoloji boşluqlardan sonra o, varisi üçün münbit şəraitin mövcud olması qənaətinə gəlmişdi. O – Zyan Zemin Çin Kommunist Partiyasının baş katibi və Mərkəzi Hərbi Şuranın sədri kimi, prezident vəzifəsini də icra etdi.

1993-cü ildə, Den Syaopinin ölümünə dörd il qalmış Zyan Zemin partiyadakı üç əsas vəzifənin hamısını bir əldə cəmləşdirmişdi və sələfi kimi, Çinin gələcəyinə dair aydın baxışı vardı.

Amma Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 5 ay əvvəl (noyabr, 2017) keçirilmiş XIX Plenumunda Si Zinpin bu qaydanı pozdu. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təqdimatı ilə baş katibin 3-cü dəfə seçilməsi təklifinin təsdiqlənməsi və Xalq Nümayəndələri Yığıncağında məhdudiyyət dövrü ilə bağlı Konstitusiya müddəasının çıxarılması ilə artıq yeni Çin doğur.

Sələflərindən fərqli olaraq, İkinci Dünya müharibəsindən sonra anadan olmuş Çin Kommunist Partiyasının baş katibi Si Zinpin prezidentlik müddətinin məhdudlaşdırılmasında məna görmür. 2023-cü ildə onun ikinci dönəm prezidentliyi bitir, amma Si Zinpinin Kommunist Partiyasının baş katibi və Mərkəzi Hərbi Şuranın sədri vəzifəsini tutmaqda davam edə bilər. Bu vəziyyət ta Mərkəzi Komitə ona rəqib olacaq yeni şəxs tapana və hakimiyyəti üçün narahatlıq yaradana kimi davam edəcək.

Çində başçılıq dövrü ilə bağlı məhdudiyyətin ləğvinə dair təklifə Çin vətəndaşları mənfi təpki göstəriblər. Sosial şəbəkələr bu qərara dair etirazla dolub-daşır. Çin hökuməti senzura ilə söz azadlığını məhdudlaşdırmaq qərar verib. Müəyyən sözlər, ifadələr və təsvirlərin paylaşımına tabu qoyulub.

Sosial şəbəkələrdə hətta latın əlifbasının “N” hərfindən, "imperator" kəlməsindən istifadə etmək belə (“N saylı imperator” mənası verir) müxalif kəlmə kimi qadağan edilib, Si Zinpinə oxşarlıq ucbatından, karikatura xarakteri kimi, ünlü “Vinni Puh” təsvirinin paylaşılması da Çin sosial şəbəkələrində qeyri-mümkün olub.

Dünyanın bir çox ölkələrində olduğutək, Çin də sosial şəbəkə istifadəçiləri “Böyük Çin səddi”ni – internet filtrini adlamaqda ustalaşsalar da, çoxları qaydaya əməl edir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə