XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 Mart 2018 - 14:32

AĞ EVİN KEÇMİŞ BAŞ STRATEQİ:“Amerikanın əsas düşməni Türkiyə-İran-Çin alyansı olacaq” – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 12.03.2018

***

Ağ Evin keçmiş baş strateqi, “Breitbart News” direktorlar şurasının icraçı sədri – Stiv Bennon  İtaliyanın “La Stampa” nəşrinə müsahibədə Vaşinqtona ABŞ-ın  Çin, İran və Türkiyəyə qarşı mübarizəsində Moskvanı təbii müttəfiq kimi nəzərdən keçirməyi təklif edib. “Mən “soyuq müharibə” vaxtı sualtı qayıqda zabit olarkən ruslara qarşı vuruşmuşam, sonra isə Pentaqonda onların tərki-silahı üzərində işləmişəm, – Bennon yada salıb. – Mən onlara bələdəm, bilirəm ki, təbii müttəqimiz olduqca bizi təhdid edəcək durumda deyillər. Krıma görə narahat olmağın mənası yoxdur, çünki əsil düşmənlər Pekində, Tehranda və Ankaradadır”.

O, izah edib ki, Çin, fars və türk sivilizasiyalarını “yəhudi-xristian mədəniyətimizin” birləşdirdiyi ABŞ-a da, Rusiyaya da yad sayır. Amma Bennon bir az öncə “GQ” dərgisinə müsahibədə bir qədər özgə dəyər vermişdi: “İndiki anda 1930-cu illərdə müşahidə olunana bənzər durum şəkillənir. Tezliklə görəcəksiniz ki, Çin, İran və Türkiyə arasındakı birlik getdikcə necə daha da güclü olur, – Bennon deyib. – Yekunda soyuq müharibəyə son qoymağımız gərəkdir, düzdür? Türkiyə bizim müttəfiqimiz olmalıdır”.

Bennon qeyri-adi və müəmmalı fiqurdur. O, alternativ sağlar  hərəkatına aid edildiyinə əsasən ötən ilin avqustunda ABŞ prezidenti administrasiyasından kənarlaşdırılıb. Bundan başqa, məlumat verilib ki, Donlad Tramp ondan Ağ Evdən məlumat sızmaqda əli olduğuna görə şübhələnib. Nəticədə Ağ Evin keçmiş strateqi Trampın ünvanına kəskin açıqlamalarda sımiclik etmir və bunların bir qismi Maykl Vulfun Amerika prezidentinin komandasını ifşa edən qalmaqallı “Alov və qəzəb” kitabına daxil edilib. ABŞ təmsilçilər palatasının kəşfiyyat üzrə komitəsi son həftələr Trampın andiçmə mərasimi və ardınca gələn hadisələr haqda suallara Bennonun cavabları haqda onunla mübahisələr aparır. “Amerikanın səsi”nin xəbər verdiyi kimi, bu zaman Ağ Ev nədənsə “Bennonun ifadələrinə münasibətdə məxfilik səlahiyyətindən istifadə etməyib, amma ona veriləcək sualların çevrəsini daraldıb”.

O, hazırda müxtəlif, ziddiyyətli xarici siyasət bəyanatlarıyla çıxış edərək hiss olunacaq siyasi fəallıq göstərir. Və görünür, ona qulaq asır, Qərbin ünlü nəşrlərində dərc edir və sanki işarə edirlər ki, Bennonun ideyaları Amerika siyasi isteblişmentində dövr edir.

Onun Çin, İran və Türkiyə alyansının meydana çıxması imkanını ehtimal etdiyi iki müsahibəsini – “La Stampa” və “GD”-də – tutuşdursaq, onda görünür ki, birinci halda Moskvaya, ikincidə isə NATO üzrə silahdaş, indi “düşmən”, alyansın ağuşuna qaytarılması gərəkən Ankaraya Vaşinqtonun təbii müttəfiqi kimi yanaşmaq təklif olunub. Bu qaydayla eyham vurulur ki, hadisələrin ehtimal edilən gedişatında Rusiya və Türkiyənin ittifaqı Qərbə düşmənlik kimi qavranılmayacaq. Moskva və Ankara ilə münasibətlər geopolitik baxımdan perspektivsiz elan olunan İran və Çin özəl zonaya çıxardılır. Maraqlıdır ki, İran Ali lideri, ayətullah Əli Xameneinin köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bu günlərdə İŞİD-lə mübarizə üzrə Amerika koalisiyasına – yeri gəlmişkən, Türkiyə də bura daxildir – müqavimət üçün İran, Rusiya, Suriya, Pakistan və İraqın iştirakıyla koalisiya qurmağı təklif edib. Çinin Rusiya səfirliyinin hərbi attaşesi, general-mayor Kuy Yanveyin bəyanatı da var: “ABŞ Qərb ölkələrilə Avropa hissəsində Rusiyanın qabağını alır, Asiya hissəsində isə Çinin qabağını alır, Pentaqonun yeni strategiyasında Çin və Rusiya ABŞ üçün təhlükə kimi nəzərdən keçirilir”.

Moskva və Pekinə kürəsəl təhlükələrə, habelə “ABŞ və müttəfiqləri tərəfindən hədələrə” qarşı birgə hərəkət etmək lazımdır ki, “təkcə öz bölgəmizdə deyil, bütün dünyada güvənlik təmin olunsun”.

Gördüyümüz kimi, yeni geopolitik ittifaq və ya alyanslar qurmaq səylərində Bennon tək deyil.

Bəs hazırda Yaxın Şərqdə nəyimiz var? İŞİD-lə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya, Suriya istiqamətində Astana prinsiplərilə qurulmuş Rusiya-İran-Türkiyə ittifaqı fəaliyyətdədir. Səudiyyə Ərəbistanının antiiran Yaxın Şərq koalisiyası düzəltmək cəhdləri müşahidə olunur. Qətərə nisbətdə Türkiyə-İran alyansı, Suriya və İraqda Amerika-kürd alyansı özünü büruzə verir. Nəhayət, Tehranın çevrəsində Suriya, İraq, Livan “Hizbullah”ı və Yəmən husilərindən blok formalaşıb. Yaxın Şərqdə İran Amerikanın bölgə hegemonluğuna ciddi təhlükə təşkil edən faktiki yeganə ölkədir. Vaşinqtonun Tehran haqda ittihamları çoxsaylıdır və “terrorizmin sponsoru”, “insan haqlarının pozulması”, ABŞ-ın və Amerikanın Yaxın Şərq müttəfiqlərinin  ünvanına təhdidlər, Əfqanıstan, İraq və Suriyada antiamerika üsyançılara dəstək, nüvə silahının yaradılması və s.-yə meyli ehtiva edir. Bu ittifaqların son dərəcə taktiki xarakteristikası var və müxtəlif səbəblərdən düzəlişə məruz qala bilər. Göstərilən alyanslarda iştirakçıların hər biri yaradılmış dialoq formatları vasitəsilə diplomatikcəsinə manevr edərək hər şeydən əvvəl öz problematikasına çıxmağa cəhd edir. Amma ikitərəfli sazişlər vasitəsilə yaradılan və ümumi qurumla (ŞƏT, ya KTMT kimi) möhkəmləndirilən ümumi ox yoxdur ki, bu da Amerikanın Yaxın Şərqdəki ciddi nüfuzunu laxlatmaqda bəyan olunan məqsəddə problemlər yaradır. Bu yöndə yeganə əlamət Rusiya HKQ-nin Suriyaya gəlişidir. Bu həm Qərbdə, həm də bölgədə “Moskvanın qayıdışı” kimi qəbul edilir. Amma orada blokların, taktiki alyanslarda birləşmiş müttəfiq qrupların qarşıdurması yoxdur, əvvəlki qədər böyük deyil. Pekinə gəlincə, o, bölgədə fəal siyasətdən çəkinir, hələlik müxtəlif layihələrə yatırımlar vasitəsilə “yumşaq güc” rejimində fəaliyyətə üstünlük verir. Onun Yaxın Şərq üçün əhatəli “Bir qurşaq, bir yol” proqramı isə hələlik uzaq sabahkı gündür – artıq orada “Çin bloku” qurmaq imkanını demirik.

Bax, məşhur farnsız eksperti Floran Parmantye buna görə iddia edir ki, “bu gün Yaxın Şərqdə blokların deyil, konfiqurasiyası tez-tez çətinliklə qavranılan çoxlu alyansların məntiqi dəbdədir”. İran Qərb tərəfindən “didərgin” elan olunub, Türkiyə haçanınsa etibarlı dostundan düşmənə, amma ABŞ-ın əvvəlki müttəfiqi statusunu saxlayana çevrilib, ancaq yeni tərəfdaşlara – Rusiya və İrana özəl inam da təlqin etmir.

Əlbəttə, amerikalılar Rusiya-Çin hərbi-siyasi blokunun qurulmasına yol verməmək və Türkiyəni “itirməmək”də maraqlıdırlar. Amma bunun üçün nə edə bilərlər? Stratfor-un 2018-ci ilə proqnozlarında qeyd edildiyi kimi, “Rusiya və Çin güvənlik məsələsi də daxil edilməklə praktik olaraq bütün sahələrdə əməkdaşlığı fəal inkişaf etdirəcək”, bu da onlara “özlərini ABŞ-ın basqısından qorumaq və Rusiya-İran-Çin alyansının mümkün olduğu – lakin "Stratfor"a görə, “Rusiya və İranın Qafqazda və Mərkəzi Asiyadakı fərqli maraqları” nəzərə alınsa – bu cür ittifaqın aydın hüdudları ola bilər”.

Türkiyəyə gəlincə, özünün çoxyönlü deyilən siyasətiylə, Rusiyanı özünün hələ soyumamış geopolitik maraqlarını həyata keçirmək, Rusiyanı Ankaranın bölgədəki düşmənlərinə qarşı alyansa meylləndirməklə ABŞ və Rusiyanın ziddiyyətlərində oynamaq cəhdlərilə üzləşməli olacaq. ABŞ da yeni geopolitik qərarlar axtarışındadır. Bennonun müsahibəsi bunu bir daha təsdiq edib.

Tərcümə Strateq.az-ındır.