XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 12:14

Tillersonun “vurulması”nın sirri açıldı:  o, Britaniya ərazisində keçmiş rus kəşfiyyatçısına sui-qəsddə Rusiyanı təqsirli sayıb – Təhlil  

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson

 

Conatan Çait

New York Magazine (ABŞ), 13.03.2018

 

Tramp administrasiyasında hər bir kadr dəyişikliyi başqa qorxunc, səriştəsiz adamlarla dalaşan qorxunc, səriştəsiz adamlar haqda qaranlıq əhvalatdır. Lakin dövlət katibi Reks Tillersonun azad edilməsini fərqləndirən yeganə mətləb budur ki, Tillerson Britaniyada Sergey Skripalın qətlə yetirilməsində (müəllif burada və sonra qətldən danışır, amma QRU-nun keçmiş əməkdaşı Sergey Skripal sağdır və hospitalda ağır durumdadır-tərc.) Rusiyanı birmənallı şəkildə təqsirli bilib, Donald Tramp isə bunu etməyib.

Ağ Evin mətbuat katibi Sara Sanders dünən (martın 12-də-tərc.) qətli “qabalıq və məsuliyyətsizlik” adlandıraraq pisləyib, amma Birləşmiş Krallığın bunun arxasında Rusiyanın durduğu haqda qənaətini dəstəkləməkdən dəfələrlə imtina edib. Jurnalistlərlə bu dialoq olduqca qəribə səslənir:

Sual: Sara, mən ümid edirdim ki, siz Böyük Britaniyadan bu günki xəbərləri şərh edə bilərdiniz. Tereza Meyin bildirdiyi kimi, Britaniya hökuməti hesab edir ki, keçmiş agentə sui-qəsdin və Rusiya istehsalı olan sinir iflici maddəsilə zəhərlənməsinin arxasında Rusiya durur. Birincisi, Birləşmiş Ştatlar hökuməti bu dəyərləndirmə ilə həmfikirdirmi?

Birləşmiş Ştatlar hökuməti bu ilin əvvəlində Kim Çen Inın ögey qardaşının qətlə yetirilməsilə bağlı Şimali Koreyaya nisbətdə etdiyi kimi bildirmək niyyətindədirmi ki, Rusiya kimyəvi silahdan istifadə edir?

Və üçüncüsü: Rusiya üçün hansısa nəticələr olacaqmı, britanıyalı müttəfiqlərlə qarşılıqlı fəaliyyətdə Birləşmiş Ştatlar tərəfdən hər hansı reaksiya olacaqnmı?

Sara Sanders: Qulaq asın, biz hadisəni diqqətlə izləyirik, buna çox ciddi yanaşırıq. Böyük Britaniya ərazisində Böyük Britaniya vətəndaşlarına qarşı yüksək dərəcəli öldürücülüyü ilə səciyyələnən yüksək maddədən istifadə yaramaz zorakılıq aktıdır. Hücum qaba, şüasaçanla və məsuliyyətiscəsinə olub. Biz bu hərəkətləri hər cür pisləyirik və qurbanlara, ailələrinə başsağlığı, habelə böyük Britaniya hökumətinə dəstəyimizi ifadə edirik. Biz ən yaxın müttəfiqimizi və aramızdakı özəl münasibətləri dəstəkləyirik.

Sual: Yəni təsdiq etmirsiniz ki, bunun dalında Rusiya durur?

Sara Sanders: İndiki anda müttəfiqimizi, Böyük Britaniyanı  dəstəkləyirik. Düşünürəm ki, (Britaniya hökuməti) bu hadisənin bəzi ayrıntıları üzərində hələ də işləyir. Və biz Böyük Britaniya ilə işləməyi davam etdirəcəyik və sözsüz, bütün bu prosesdə onu dəstəkləyirik.

Sual: Tereza Mey bildirib ki, ya Rusiya kimyəvi silahı özü işlədib, ya da Britaniya vətəndaşını qətlə yetirmək üçün onu üçüncü tərəfə verib ki, bu silahın xarakteri nəzərə alınsa, bu, az ağlabatandır. Deməli…

Sara Sanders: Zik, indicə dediyim kimi, biz müttəfiqimizi dəstəkləyirik. Və biz, sözsüz, onları tam müdafiə edirik və onlara hər hansı yardım edə biləriksə, biz hazırıq.

Reks Tillerson dünən axşam (matın 12-də-tərc.) jurnalistlərə bildirib ki, sui-qəsdi “aşkarca” Rusiya törədib. Tramp bu gün səhər (yəni dünən-tərc.) xəbərdarlıqsız Tillersonu işdən azad edib. Tramp bundan sonra qısa bir müddətə Ağ Evin çəmənliyində görünüb, ondan qətl haqda soruşanda isə bəyan edib: “Biz Rusiyanı… ya da kim olur-olsun, pisləyirik”.

Bu kim ola bilərdi? Çəkisi 400 funt olan oğlanların hamısını həbs etmək lazımdır! (Trampın Amerika demokratlarının kompüter şəbəkəsinə hücumu “öz evində divanda əyləşən 400 funtluq istənilən oğlanın” həyata keçirə biləcəyi haqda sözlərinə işarə edilir-tərc.)

Rusiyanın ikili agentinin qətlə yetirilməsilə bağlı Tillersonun Ağ Evin rəsmi xəttinə qarşı fikir ifadə etməyindən, demək olar, dərhal sonra işdən azad edilməsinin təsadüf olması tamamilə mümkündür. Bəlkə də, bu təsadüf də deyil. Amma ərazisində bu qətlin baş verdiyi ən yaxın müttəfiqimizə bunu kimin həyata keçirdiyi tam aydındırsa, administrasiyanın cinayətdə Rusiyanın əli olduğundan boyun qaçırmasını nə ilə izah etmək, hansı ən asan bəraət təklif etmək olar?

Tərcümə Strateq.az-ındır.