XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 13:15

RUSİYA EKSPERTLƏRİ “ZƏHƏR QALMAQALI” HAQDA:“Bu, Qərbin Moskvanı nüfuzdan salan növbəti addımıdır” – Təhlil

Aleksandr Jelenin

rosbalt.ru, 15.03.2018

 

Sadəcə Rusiyanın imicinin pisləşməsi deyil, həm də rəhbərliyinin dediklərinə inamın tam itirilməsi baş verir. Böyük Britaniyada Rusiya xüsusi xidmətlərinin keçmiş agenti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsiylə bağlı Britaniya hökumətinin Rusiya Federasiyasına nisbətdə görə biləcəyi tədbirlər barəsində təxminlər Birləşmiş Krallığın baş naziri Tereza Meyin parlamentdə çıxış zamanı elan etdiklərindən xeyli əhatəlidir. Bu tədbirlərin çoxu diplomatik xarakterə malikdir. Deməli, bildirilib ki, casusluqda şübhəli bilinən 23 Rusiya diplomatı ölkədən sürgün olunacaq. Faktiki, iki ölkənin münasibətləri dondurulacaq – xüsusən də Sergey Lavrovun Britaniyaya rəsmi səfər dəvəti artıq geri götürülüb. Bundan savayı, Rusiya vətəndaşlarının Britaniya vizası almaq qaydaları sərtləşdiriləcək. İqtisadi tədbirlərdən RF-nin Böyük Britaniyadakı dövlət aktivlərinin dondurulması xatırladılıb – London bunlardan istifadənin ölkə güvənliyini təhdid edəcəyini düşünsə. “Maqnitski siyahısı”nın Britaniya analoqunu yaratmaq – Böyük Britaniyaya girişi qadağan edilən rusiyalıların siyahısını tərtib etmək də nəzərdə tutulub. Hələlik vəssalam.

Rusiyanın bəzi ekspertlərinin fikrincə, Kreml hətta Britaniya hökumətinin bir sıra hərəkətlərini Skripal və qızının zəhərlənməsiylə bağlı durum kimi ən yaxın perspektivdə öz xeyrinə yönəldə bilər. Məsələn, Rusiya EA Avropa İnstitutunun aparıcı elmi əməkdaşı Viktor Mironenko hesab edir ki, İngiltərə hökumətinin bu gün Moskva haqda gördüyü tədbirlər “bu cür şəraitdə keçinməyə uyğunlaşmış, alışmış və hətta bundan özü üçün siyasi dividendlər götürən” Rusiya administrasiyasına az təsir edəcək.

Politoloq hesab edir ki, Rusiya hökuməti Rusiyada qarşıdakı prezident seçkiləri öncəsi “bu insidentdən müəyyən üstünlük əldə edəcək, çünki bizim adamların böyük hissəsinin gözündə dövlət maraqlarının qətiyyətli müdafiəçisi kimi çıxış edir”.

Ekspert hesab edir – lakin Skripal və qızının zəhərlənməsilə bağlı hadisə bütünlükdə Rusiyanın indiki siyasəti Qorbaçov yenidənqurmasının elan etdiyi hər şeydən mürtəce şəkildə geri çəkilməkdir.

Politoloq deyir: “RF prezidentinin bu yaxındakı ismarıcını dinlədikdən sonra məndə duyum yaranıb ki, Rusiya tarixinin Yenidənqurmaya reaksiya kimi səciyyələnən hansısa dövrü başa çatıb. Onun elan edilən bütün məqsədləri – sırf iqtisadi hədəflər istisna olmaqla – nəinki əldə olunub, əksinə, qapadılıb”.

Mironenko qeyd edir ki, hadisələrin bundan sonra necə inkişaf edəcəyini deyə bilməz, amma əslində, “hər şeyi təzədən, özü də xeyli əlverişsiz şəraitdə başlamaq lazımdır – həm iqtisadi, həm siyasi, həm də imic mənasında”.

Ali İqtisadiyyat Məktəbinin politologiya professoru Nikolay PetrovRosbalt”a bildirib – Skripalın zəhərlənməsinə görə Tereza Meyin Rusiyaya cavab kimi elan etdiyi tərbirlər sırası yalnız ilk baxışdan önəmsiz görünə bilər, amma perspektivdə Rusiya Federasiyasının durumunu daha çox pisləşdirə bilər.

Petrov qeyd edib: “Bir yandan kimsə (bu addımla) Rusiya daxilində və qıraqda imkanlar nümayişini məqsəd qoyursa, onda indi buna görə bədəl sərsəmcəsinə yüksək görünür. Böyük Britaniya (RF üçün), bir növ, kəsilmiş dilimdir, amma bununla belə, böyük ölkədir – onunla dalaşmaq Latviya, ya Estoniya ilə dalaşmaqla eyni deyil”.

O hesab edir: “Görünə bilər ki, Londonun bu gün aldığı tədbirlər onsuz da artıq “yaxamızdan sallanan”lardan çox da ağrılı deyil, amma belə deyil”.

Onun sözlərinə görə, “sadəcə, Rusiyanın imicinin pisləşməsi deyil, ölkəmizin rəhbərliyinin dediklərinə inamın tam itməsi baş verir. Bu mənada bu gün daha çox nümayişkaranə görünən və iqtisadi planda bizə çox da toxunmayan tədbirlər (gələcəkdə) xeyli ciddi çıxa bilər”.

Petrovun bu sözlərini Tereza Meyin Britaniya parlamentinin Britaniyanın bundan sonra da Rusiya qazını alıb-almayacağıyla maraqlanan üzvlərindən birinin sualına cavabı da təsdiqləyir. Britaniya baş naziri bildirib ki, ölkə artıq alternativ yanacaq qaynaqları axtarır. Tereza Mey habelə “Şimal axını-2”nin inşasının dayandırılması məsələsini  Almaniya ilə müzakirə etməyə söz verib.

“Merkator” analitik qrupunun rəhbəri Dmitri OreşkinRosbalt”a deyib: “Rusiyaya nisbətdə Britaniya tədbirlərinin çoxunun əsasən diplomatik demarşlara müncər olunduğuna baxmayaraq, bu, Qərbin Moskvanı didərgin ölkə statusunadək nüfuzdan salan növbəti addımıdır”.

Oreşkin xatırladıb: “İngilislər hələlik İngiltərədə Skripal, qızı və bir sıra başqalarının zəhərlənməsinin arxasında nəyin – dövlət fəaliyyəti aktının, ya (Rusiya) dövlətinin öz resurslarına nəzarət etmək bacarıqsızlığının durduğunu birmənalı şəkildə deyə bilmədiklərindən, İngiltərə tərəfinin bu terror aktına ”reaksiyası əsasən diplomatik demarşdır. Bu, özlüyündə mühafizəkar hərəkətdir. Sovet dövründə də olurdu ki, Böyük Britaniyadan xeyli sayda diplomatları sürgün edirdilər”".

Lakin ekspert hesab edir ki, məsələ təkcə Skripalın zəhərlənməsində Böyük Britaniyanın reaksiyasında deyil. “Biz Rusiyanı didərgin statusuna aparan hadisələrin tam bir sıra ardıcıllığını görürük. Hər şey Rusiyanın inkişaf etmiş dövlətlərinin “səkkizliyindən” uzaqlaşdırılmasından başlanıb, dopinqlə, Olimpiadada Rusiya idmançılarının yarışlardan məhrum edilməsi və s.-lə davam edib. Və belə çıxır ki, hökumət Rusiyanı imkanların elə bir dar dəhlizinə aparıb çıxarır ki, yanımızdakı ancaq İran və Şimali Koreyadır. Əlbəttə, “bu, dəvənin belini qırmır”, amma problem bundadır ki, dəvə getdikcə daha ləng irəliləyir və dünya liderlərindən getdikcə daha çox geridə qalır”, – politoloq qeyd edir.

Oreşkinin sözlərinə görə, indi “mütləq daha ehtiyatlı iqtisadi münasibətlər, (Rusiyanın) xarici yatırım və texnologiya mübadiləsinə ümid etməyi daha da çətin olacaq. Biz indi şaqren dərisi kimi elə hey yığılan “beşqəpiklik” olmuşuq”.

Mironenko həmçinin Skripal məsələsilə bağlı diqqəti Rusiya rəhbərliyinin dəhşətli nüfuz itkisinə yönəldir. O, hesab edir ki, bu durum ən böyük ziyanı Moskvanın imicinə vurur. “Baxın, ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə deyil, Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırlaşır. Yəni biz artıq hətta cinayətkarların birinci cərgəsinə də düşmürük. Ölkəmizin siyasi və iqtisadi baxımdan küncə qısnanması prosesi gedir”, – ekspert etiraf edir.

Avropa İnstitutunun aparıcı elmi əməkdaşı proqnozlaşdırır – eyni zamanda “Skripal və qızının zəhərlənməsilə bağlı əhvalat ən güclü zərbəni diplomatlara deyil, bu gün Britaniyada yaşayan, təhsil alan, müalicə olunan və bizneslə məşğul olan onlarla, bəlkə də, yz minlərlə rusiyalıya vurur, çünki Britaniya cəmiyyətində bu hadisələrə reaksiya son dərəcə mənfidir”.

Mironenko deyir ki, Kremlin bu gün yürütdüyü siyasətdə “başa düşdükləri kimi, Rusiya milli maraqlarının əzmkar müdafiəçisi rolunda bir daha möhkəmlənmək” səylərindən savayı hansısa ciddi bir məqsəd görmür. Onun fikrincə, bütün bunlar “RF və Qərbin arasındakı münasibətlərin pisləşməsinə yönəlik ardıcıl siyasətin” bir hissəsidir.

Mironenko bütün bunların kimə sərfəli olduğunu anlamağa cəhd etmək üçün Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü, Mixail Qorbaçovun silahdaşı Aleksandr Yakovlyevin həmişə bu cür hallarda dediyi sözləri yada salmağı təklif edir: “Hərbi-sənaye kompleksinə bax”.

Tərcümə Strateq.az-ındır.