XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 10:19

Paris və Tehran arasında karların dialoqu:Avropa İttifaqı İrana qarşı sanksiyalar qəbul edə bilər - TƏHLİL

Kristian Çesno

“Əl-Ərəbiyyə”

 

Emmanuel Makronun diplomatiyası İran və Səudiyyə Ərəbistanı, həm də müttəfiqləri arasında bərabər məsafədə qalmağa çalışırdı. Fransa prezidentinin məsləhətçiləri daim israr edirdilər: "Biz sünnilər və şiələr arasındakı qarşıdurmada iştirak etməməliyik".

Elize Sarayındakı ilk ilində Emmanuel Makron İranla dialoqa başlamağa səy edirdi. Onun vəzifədaşı Həsən Ruhani ilə bir çox təmasları olub və bu il də İrana rəsmi səfər etməyi planlaşdırdığını bildirib. Amma aydındır ki, son zamanlarda şərtlər əlverişsizdir.

Diplomatların dediyi kimi, "qıcıqlandırıcılar" Fransa-İran münasibətlərinin öləziləşməsinə səbəb olub. Əlbəttə, xarici işlər naziri Jan-İv Le Drianın martın 5-də Tehrana səfəri zamanı Luvr Muzeyinin qədim eksponatlar sərgisinin açılış mərasimi iki ölkə arasında yeni bir iqlim qurulması təəssüratı yaradırdı. Ancaq əslində, bu, diplomatik ayazdır.

 

İranı ikiqat rədd etmə

 

Fransız xarici işlər naziri Parisin "ikiqat yox" cavabını verib – həm İranın ballistik raket proqramına, həm də xüsusən Suriya və Livan olmaqla, İranın regional hökmranlığına.

Bir sözlə, Fransa elçisi divar hörüb.

Buna təəccüblənməliyikmi?

İranlılar ballistik raket məsələsinin Vyana nüvə razılaşmasının (iyul, 2015-ci il) şərtlərinə uyğun gəlmədiyini iddia edirlər. Suriyadakı döyüş sahəsini tərk etməyə gəldikdə, Tehranın Aralıq dənizinə çıxması üçün platforma olan arenadan geri çəkilməsi barədə söhbət belə gedə bilməz!

Kulisdə bir İran rəsmisi mənə dedi: "Bizimlə Fransa arasında heç bir güvən yoxdur".

Elize Sarayı baxımından, İrana qarşı çox gərgin və səbirsiz mühit var.

Bu məqamda qeyd etmək lazımdır ki, 12 May tarixinə qədər Vyana nüvə müqaviləsini yenidən nəzərdən keçirmək barədə Trampın ultimatumu Avropa dəftərxanalarını şoka salıb. Müqaviləni imzalayan Paris, Berlin və London, sazişi yenidən müzakirə etmək istəmir, amma Obamanın rəhbərliyi altında imzaladığı bu razılaşmadan ABŞ-ın çıxması riskindən narahatdırlar. Bu çağırış bölgədə qeyri-müəyyənlik və mənfi əksikliklərə qapı açacaq.

Bir neçə həftə ərzində Fransa raket proqramına məhdudiyyət qoymaq üçün İrana təzyiq göstərməyə çalışıb. Berlin və London ilə yanaşı, Paris də diplomatik hücum həyata keçirib və onun Tehrana qarşı yeni sanksiyalar layihəsi Avropa İttifaqı tərəfindən təsdiq oluna bilər.

İdeya Vyana müqaviləsini xilas etmək cəhdi ilə İranın əl-qolunu qatlayıb bağlamaq və Tramp administrasiyasını sakitləşdirməkdən ibarətdir!

 

Tramp nüvə sazişindən imtina edəcəkmi?

 

Bu, niyyətin kağız üzərində olduğu bəllidir. Amma təzyiq altında Tehranıngeriləyəcəyi ehtimalı çox zəifdir. Bu ilin may ayında Donald Tramp nüvə razılaşmasına zərbə vurmağa qərar versə, bu, gərginliyə səbəb olacaq.

İranlılar sözünün ağası olmayan ABŞ-ı günahlandırırlar. Emmanuel Makron vasitəçiliyə cəhd kimi çətin oyun oynayır. Tehranı inandırmağa müvəffəq olmadığı üçün o, Qərb bloku və Körfəz ölkələri ilə açıq şəkildə üz-göz olacaq.

Sonra Fransa, Nikola Sarkozi və Fransua Olland kimi ənənəvi mövqeyi olan sünni monarxiyaların müttəfiqi roluna qayıdacaq.

Bu, Makron diplomatiyasının Tehranla Riyad arasında bərabərlik əldə etməkdə uğursuzluğunu göstərir. Hələlik, Emmanuel Makron İranla dialoqu sona çatana qədər məsələni həll edəcəyinə inanmaq istəyir. Lakin onun nəzərində ilk hərəkəti iranlılar etməlidirlər.

Tehranda biz hər şeyi tamamilə fərqli bir baxımdan görürük. İranın nüvə razılaşmasının imzalanması ilə artıq bir çox kompromisə nail olunduğuna inamı vardı. Onun müqaviləyə hörmətlə yanaşmasını MAQATE-nin müntəzəm hesabatları da təsdiqləyir.

Bir sözlə, Paris ilə Tehran arasında mükalimə karların dialoqudur.

 

Tərcümə: Strateq.az