XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2018 - 15:18

ASTANA ÜÇLÜYÜNÜN FƏRQLİ İSTƏKLƏRİ:Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü ərəfəsində Suriyadakı durum - TƏHLİL

Anton Mordaşov

“Əl-Monitor”

 

Bu ay Suriyada üsyanının yeddinci ili tamam olur, lakin müharibənin sonu görünmür. Hücum mövqeyinə baxmayaraq, Dəməşq münaqişəni xarici yardım olmadan hərbi şəkildə həll edə bilmir və bunun əvəzinə, siyasi islahatları nəzərdən keçirməyə hazır olduğunu iddia etmək məcburiyyətindədir.

Martın 16-da Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri, 2017-ci ilin yanvar ayından etibarən Suriya üsyançı qrupları və hökumət nümayəndələri arasında dolayı danışıqlar naminə reallaşdıqları əməkdaşlığın nəticələrinə yekun vurublar.

Suriya hökumətinin və müxalifət liderlərinin nümayəndələri bu dəfə Astana görüşündə iştirak etməyiblər.

Mətbuat konfransında Astana sülh prosesinə zəmanət verən üç ölkəni təmsil edən xarici işlər nazirləri əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar. Onlar may ayının ortalarına hazırlanan danışıqların növbəti mərhələsini təqdir ediblər.

Bu görüş aprelin 4-də İstanbulda, sonra isə Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsini müzakirə etmək üçün zirvə toplantılarında təqdim ediləcək təklifləri hazırlamaqla, Astana müzakirə formatının nəticələrini dəstəkləmək üçün keçirilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, tərəflər BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Astana prosesi ilə aktiv şəkildə dəstəklənən qətnamələrin həyata keçirilməsinin yeni yollarını müzakirə edəcəklər. Lavrovun sözlərinə görə, BMT tərəfindən dəstəklənən konstitusiya komissiyası Suriyadakı siyasi qarşıdurmanın aradan qaldırılmasında dönüş nöqtəsi olmalıdır.

Komissiyanı qurma qərarı yanvarın sonunda Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresində qəbul edilib.

Cenevrədə BMT tərəfindən dəstəklənən siyasi danışıqları canlandırmaq üçün nəzərdə tutulan Astana və Soçidəki səylərə baxmayaraq, Suriyadakı vəziyyət Cenevrə danışıqlarının dayanması və mütləq şəkildə formatın yenidən qurulmasına ehtiyaclı olduğunu açıqca göstərir. Suriya rejimi, İran tərəfdarlarının dəstəyi ilə, sülh təşəbbüslərindən müxalifəti bölmək və zəiflətmək üçün yararlanır. Afrinin idarəçiliyini qazanan və Mənbicə hərəkət etmək istəyən Türkiyənin isə iştahası açılıb.

Xarici işlər nazirlərinin ümumi bəyanatına görə, dörd hərbisizləşdirilən bölgədə fəaliyyət davam etdiriləcək. Bu zonalar altı ay müddətində fəaliyyət göstərmək üçün müəyyən olunub, lakin onların fəaliyyəti bu ay bir daha uzadılıb.

Lavrov qeyd edib ki, zonalar "yerlərdəki vəziyyətə" baxmayaraq, fəaliyyət göstərməyə davam edə bilər.

Lakin Lavrovun sözləri Şərq Quta hərbisizləşdirilən zonasında qalan üç müxalif anklavın gələcəyinə işıq salmır. Bir tərəfdən, onların ərazisi hakimiyyət orqanlarının təzyiqi altında kiçilir. Martın 16-dan bu yana humanitar dəhlizlərdən istifadə edərək 30 mindən çox dinc əhali bu rayonu tərk edib.

"Kommersant" qəzetinin verdiyi məlumata görə, zəmanət verənlər yekun bəyanata razılığa gələrkən, Türkiyə nümayəndə heyəti ABŞ-ın Şərqi Qutada döyüşü dərhal dayandırmaq fikrini dəstəkləyib, lakin Rusiya və İran bu təklifi rədd edib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Şərqi Qutadakı, “Ceyşül-İslam” sələfi koalisiyasının nəzarətində olan Duma şəhərində döyüşlərə son verdiyini elan edib. Gündəlik “Əş-Şərq əl-əvsət” qəzeti qeyd edib ki, Moskva "Heyət Təhrir əl-Şam" döyüşçülərinin kiçik qruplarını sıxışdırdıqdan sonra bölgədə vəziyyətin sabitləşdirilməsini planlaşdırıb, amma Şam və Tehran bu zonada bütün müxalifəti məhv etməkdə israrlıdır.

Hər halda, “Ceyşül-İslam”ı Şərq Qutadan İdlibə itələmək çətin ola bilər; bu fraksiya ABŞ, Rusiya və İordaniyanın razılığına əsasən yaradılan hərbisizləşdirilən zonanın cənub-qərb hissəsində də mövcuddur, yəni hər hansı bir tədbir görülməmişdən əvvəl ABŞ-la məsləhətləşmələrə ehtiyac var.

Moskva Suriya müxalifətinə qarşı sərt mövqe izləyərək, ultimatumlar vermək və Qahirədə, Cenevrədə müzakirələr arasında arasında tərəddüd edir. Ancaq ən asan seçim – Suriya prezidenti Bəşər Əsədin qeyd-şərtsiz dəstəklənməsi – Rusiya üçün çətin ki etibarlı həll olsun.

Əsəd və onun hökuməti şiə-ələvi azlığın üzvləridir, ölkənin sünni əksəriyyəti əsasən müxalifətlə bağlıdır. Suriyadakı sərhədinin bir hissəsini bölüşən İordaniya şiə milislərini məsafədə saxlamaq üçün daha çox sünni müxalifətə üstünlük verir.

Sünni müxalifətin Suriya paytaxtı yaxınlığında məhv edilməsi və xüsusilə hərbisizləşdirilən zonaların fəaliyyəti dayandığı təqdirdə, Şam və Tehran müxalifləri və yerli vətəndaşları şimaldan, Hums əyalətindən İdlibə hərəkət etdirəcək və daha sonra Rusiya və ABŞ arasında mübahisələrdən istifadə edərək, İordaniya yaxınlığındakı müxalifətin Cənub cəbhəsinə birbaşa təzyiq göstərəcəklər.

Bu hərəkət Suriya gündəmini daha da çətinləşdirə bilər.

Martın 13-də rejim Dəraa vilayətində bir neçə şəhərə hücum edərək ABŞ-Rusiya razılaşmalarını pozmaq niyyətini ortaya qoyub. Birləşmiş Ştatlar cənub-qərbdə hərbisizləşdirilən zona ilə bağlı İordaniyanın Əmman şəhərində təcili görüş keçirib.

"Konstitusiya komissiyasının Əsədə sadiq gücləri ehtiva edəcəyini nəzərə alaraq, bu komissiyanın rolu Şamın islahatlara itələməklə, eyni zamanda, beynəlxalq koalisiya iştirakının qeyri-qanuni olduğunu vurğulayacaq, – deyə Moskvada bir məlumat mənbə “Əl-Monitor”a deyib. Onun sözlərinə görə, bu vəziyyətdə İranın Suriyadakı çoxyönlü varlığını qoruyacaq, Moskva isə “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan bölgələrə təsir əldə edəcək.

Digər məsələ bu vəziyyətdə Türkiyənin hansı mövqe tutmasıdır. Afrin əməliyyatı başa çatdıqdan sonra İdlibdə monitorinq bazalarının yerləşdirilməsi ilə, bu bölgə sərhədlənəcək. Ankara "Astana üçlüyü" çərçivəsində İraqdakı Kürdüstan İşçi Partiyası ilə mübarizə aparmaq üçün öz diqqətini dəyişə bilər. Türkiyə də ABŞ- SDQ ərazilərində kürd-ərəb ittifaqına təzyiq etmək istəyir.

Bundan başqa, Vaşinqtonla Ankara arasındakı YPQ/PYD-nin Mənbicdən çıxarılması ilə bağlı müzakirələr davam edir. Bu şərtlərdə Rusiya və İran Türkiyənin Suriyadakı kürd problemini həll etməyə hazırdırlar. Birləşmiş Ştatlar, öz növbəsində, bir çox Körfəz monarxiyasının dediyi kimi, İranın nüfuzunu dayandırmaq naminə Trans-Fərat sahəsində Ankara ilə razılığa gəlməkdə maraqlıdır.

 

Tərcümə: Strateq.az