XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 09:56

YAXIN ŞƏRQDƏ YENİ MÜNAQİŞƏ DÖVRÜ:Con Boltonun təyinatı İranla birbaşa qarşıdurma deməkdir - TƏHLİL

Kevin Şvartz

“Əl-Cəzirə”

 

ABŞ-ın növbəti milli təhlükəsizlik məsləhətçisi Con Boltonun – Birləşmiş Ştatların Şimali Koreya və İran kimi rəqibləri ilə daha çox qarşıdurma yaradan yeni bir quzğunun təyinatı Tramp administrasiyasında xarici siyasət müzakirələrinin mərkəzinə çevrilib. Cənab Bolton uzun müddətdir Vaşinqtonun İranla nüvə müqaviləsini tamamilə dayandırılmasını, rejim dəyişikliyinin şüurlu siyasətlə əvəzlənməsini istəyən, İslam Respublikasının sərt tənqidçilərindən biri olub.

O, Vaşinqtonda davamlı olaraq İranla birbaşa qarşıdurma halında, ümumi siyasi mühitin yan təsir məhsuludur. Belə bir siyasət müntəzəm olaraq açıq görünmür, ancaq həmişə gözləniləndir.

Bir çoxları Boltonun təyinatından sonra Yaxın Şərq ölkəsi ilə müharibə ehtimalının artmasından narahatdır.

Vaşinqton – İrana xeyirxah münasibət bəslənilən yer deyil. Təxminən 40 ildir ki, ABŞ hökuməti birbaşa və dolayı yollarla bu ölkənin təsiri, regional fəaliyyəti və gücü əleyhinə siyasət aparır.

Davamlı tənqid axını və qılınc sıyırma mantraları İrana qarşı müxalifliyin ABŞ xarici siyasətinin ən böyük təməllərindən biri olduğunu xatırladır.

Bu böyük kataloqun ən böyük “hit”ləri arasında prezident Buşun "Şər oxu", senator Makkeynin "Bomba, bomba, bomba – İran", prezident Obamanın "bütün seçənəklər masadadır" və sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnin İrana "xəbərdarlıq" “nəğmələri” var. Onların hamısı İrandan gələn və indi də yayılan "Amerikaya ölüm!" “nəqarəti”nə qarşı daha nəzakətli olsa da, siyasi cəhətdən daha səmərəli ola bilər.

Siyasətçiləri İranda "demokratik dəyişiklik" yaratmağa israr edən mütəşəkkil qruplar mövcuddur. Məsələn, ABŞ Dövlət Departamentinin terrorçu kimi tanıdığı “Mucahedin-e Xalq” rejim dəyişikliyinin fantastik görünüşünə sahibdir. Bu təşkilatı Konqresin hər iki fraksiyası ilə təmaslarını yaradan adamlar da.

Tədqiqat institutlar “İran dövlətinin və onun müxtəlif silahlarının qonşularına, daha geniş mənada, beynəlxalq birliyə mənfi təsir göstərən siyasəti və hərəkətlərini izləmək və təhlil etmək üçün” nəzərdə tutulan proqramları davam etdirir.

Düşüncə quruluşları İranı "böhranlı təhdid" layihələrinin əsas hədəfi kimi qiymətləndirirlər.

İranın ifrat ekstremizmin böyük sponsoru olduğunu bəyan edən konfranslar təşkil olunur, “beyin mərkəzləri” İrana qarşı çıxmaq və buna səy göstərmək siyasətinə üstünlük verir.

İranla nüvə sazişinə dair Amerikanın fikirlərini qiymətləndirmək üçün tərs suallar vermək, müqavilənin yenidən müzakirəsinin vacibliyini nümayiş etdirmək üçün manipulyasiya edilir.

Yeni təyin olunmuş dövlət katibi Mayk Pompeo MKİ direktoru olaraq İran və “Əl-Qaidə” arasındakı “əlaqə”ni daha da artırmağı planlaşdırır.

İsrail və Səudiyyə maraqlarını dəstəkləmək üçün daha sərt İran siyasət yürütməyə israr edən, Körfəz rəqibləri tərəfindən maliyyələşdirən düşüncə mərkəzlərinə AIPAC və SAPRAC kimi qaynaşma qruplarını da əlavə edin.

Ümumiyyətlə, mətbuat orqanları daxil olmaqla, İran əleyhinə mübarizə aparmaq arzusunda olan qurumları və bütünlüklə siyasi spektri zəngindir.

Məsələləri daha da pisləşdirmək, İran təhdidinə qarşı çıxmaq naminə bölgənin etno-milli və məzhəbi rəqabət nöqtələri iki dəfə artırılıb. İran əleyhdarı olan "ərəb tərəfdaşları" dəstəklənir.

Sabiq dövlət katibi Reks Tillerson İraqdakı şiə milislərin İranın maraqlarına cavab verdiyini deməsi ilə əslində, Tramp administrasiyası "ekstremist sünni təşkilatlarından gələn birbaşa təhdid”ə barmaq arası baxır, çünki onların hamısı İran hegemoniyası əleyhinə ərəb irəliləyişini təşviq edir.

Bu ifadələr, proqramlar və ya fəaliyyətlərdən hər hansı birinin özü-özlüyündə təhlükə təqdim etməsi və ya İranın fəaliyyətinin monitorinqindən daha zərərli olması kimsənin ağlına gəlmir. Yaxın Şərqdə yeni bir münaqişə dövrü hazırlanır.

Skeptiklər ABŞ-ın digər bir Yaxın Şərq ölkəsinin, məsələn, Səudiyyə Ərəbistanı kimi mürəkkəb bir müttəfiqi potensial çağırışla, birbaşa münaqişəyə cəlb olunacağı ehtimalını kənara atmırlar. Amma Yaxın Şərqdəki qeyri-sabit mühitə töhfə verməkdə İran da təqsirkardır. Suriyada, Yəməndə və İraqda baş verən hadisələrə görə böyük ölçüdə o, məsuliyyət daşıyır.

Buna baxmayaraq, dəyişikliklərdən asılı olmadan Vaşinqtondakı düşüncə quruluşları, siyasətçilər və lobbiçilər kompleksi uzun müddətdir ki, İranın bölgədə bütövlükdə qeyri-sabitlik fəaliyyəti ilə bağlı müzakirələrin mərkəzinə yerləşdiriblər. Onlar digər yerli və ya qlobal aktyorlar və amilləri görməməzliyə vururlar.

Əgər İranla silahlı qarşıdurma, Boltonun milli təhlükəsizlik məsləhətçisi təyin edilməsi ilə bağlı real imkana çevrilirsə, Vaşinqtondakı möhkəm “anti-İran sənayesi” alternativ bir baxış təklif edəcək və ya sadəcə, uzun müddətdir söylədiyini həyata keçirəcək?

Təəssüf ki, Vaşinqtonda söhbət İran siyasətindən getdikdə və İranı ən təhlükəli sayan bir şəxs milli təhlükəsizlik müşaviri mövqeyinə yüksəldikdə, heç bir müxalif səda ucalmır və indi iş həmişəkindən daha çox ümidsiz ola bilər.

 

Tərcümə: Strateq.az