XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

27 Mart 2018 - 18:57

ABŞ və İsrail kəşfiyyatları İraq Kürdüstanı ərazisindən İrana qarşı həmlə hazırlayır:əsas alət kürd və fars terrorçuları olacaq – Araşdırma

Məsud Bərzani və Əli Xamenei

 

Sergey Şəkəryants

regnum.ru, 26.03.2018

 

ABŞ-ın BMT-dəki daimi təmsilçisi, hərbi “qırğı” Con Bolton apreldən ABŞ prezidentinin milli güvənlik məsələləri üzrə müşaviri vəzifəsini tutacaq. Ağ Evdə parlaq ifadə olunan antiiran cərəyanını İraq Kürdüstanında da diqqətlə izləyir və bilirlər ki, mister Bolton çoxdan qartımış qatı aniiran şöhrəti qazanıb. Ərbildəki Amerikayönlü kürd çevrələri bu günlərdə bildiriblər ki, İraq Kürdüstanında bazası olan İran Kürdüstanı Demokratik Partiyası (PDKI) PDKİ komandirinin qətlinin təşkilində şübhələndiyi 5 nəfərin həbsi haqda məlumat verib. Şübhəlilər (4 kişi və bir qadından ibarət dəstə) Kürdüstan Bölgə Hökumətinin (KBH) güvənlik qüvvələrilə birlikdə ələ keçirilib. Onlar etiraf ediblər ki, “İran kəşfiyyatının təşkil etdiyi sui-qəsdə cəlb olunublar”. Söhbət martın 7-də İraqda hansısa Qadir Qadirinin öldürülməsindən gedir. Yerli polis təmsilçisi Şorş İsmayıl məlumat verib ki, Qədirinin cəsədi 20-dən az olmayan odlu silah yarasıyla öz maşınının yanında tapılıb.

Aydındır ki, formul Ərbil kürdlərinin ABŞ-a qulluğu davam etdirdiklərinin nümayişidir. Məlumatlarda xatırladılmır ki, həbs edilənlər İraq kürdləridir, həm də İraq Kürdüstanının aparıcı siyasi partiyalarından birinə mənsubdurlar. Q.Qadirinin cəsədinin təsviri gerçəkliyə uyğundursa, ağıla dərhal sifarişli qətl deyil, qisas versiyası gəlir. PDKİ terrorçularından qisas alacaq kimlərsə var – bunu aşağıda qeyd edəcəyəik.

Lakin axı İraq kürdlərinin Amerikayönlü kəsimini Amerikaya bəyəndirmək lazımdır. Donald Trampın isə “əsas məsələ haqda köhnə-təzə bayatısı” var: guya İran terrorla məşğul olur və terrorçuluğa qəyyumluq edir. Və apreldən ABŞ və İsrail xüsusi xidmətlərinin köhnə müştərilərinin – Məsud Bərzani qəbiləsinin – işinə yarayacağı adam iş başına gəlir (müəllif Con Boltonu nəzərdə tutur-tərc.). ABŞ xüsusi xidmətlərinin İran-kürd müştəriləri isə tonqala benzin atırlar – guya fevralın axırında “Ərbildə bu partiyanın daha iki üzvü hücuma məruz qalıb, avtomobilləri minalanıb və partladılıb” və PDKİ “qətldə İran İslam Respublikası və onun muzdlularını ittiham edib”. Belə ki Bolton və Tramp Bərzani kürdlərinin  yardımıyla antiiran təliğatının gücləndirilməsi və “İranın terror təhlükəsi haqda tezis”i fırlatmaq üçün əla meydan əldə edirlər.

Tramp təkcə İranın deyil, bütün dünyanın bir neçə yüz milyon şiəsinin də “terrorçuluq təhlükəsi” sayılan İsrail təbliğatına da çox gözəl tərzdə kömək edir. Belə ki, necə deyərlər, bütün sonluqlar uzlaşıb – Ərbilin ittihamları ABŞ və İsrailin antiiran çevrələrinin istəyinə tam uyğun gəlir. Və bunu o cümlədən İranın “BMT və Qərbin sifətinə çırpmağa” hazırladığı, İİKK general-mayoru Qasım Süleymaninin verdiyi və ABŞ və İsrail xüsusi xidmətlərinin İŞİD terrorçu qruplaşmasının yaradılması və yetişdirilməsində əli olduğu ifşa edilən  sənədlərə Vaşinqtonla Təl-Əvivin cavabı kimi qəbul etmək olar.

İran KİV-ləri Ərbilin ittihamlarına hələlik qıcıq vermir. Daha doğrusu, Tehran Bərzani kürdlərində bölgə üzrə mümkün tərəfdaşlar görməyi tərgitdiyinə görə və istisna deyil ki, bu qəbiləyə növbəti zərbə vurmağa hazırlaşır. İran KİV-lərinin Novruz bayramı və s.-yə baxmayaraq ABŞ-la və ABŞ-ın öyrətdiyi terrorçularla bağlı cəld və kəskin qıcıq verdiyi qalan halları görəndə bu cür nəticəyə gəlirsən. Məsələn, Novruzla bağlı Trampın iranlıların ünvanına firnəkar “təbrik”inə İranda kəskin qıcıq veriblər. Yəni İranın uyğun xidmətləri sayıqdır və heç nəyi gözdən qoymur. Deməli, Bərzani qəbiləsi ən yaxın vaxtlarda çox güclü əks-zərbə alacaq. Özü də məhz Şimali İraq kürdləri, yəni öz tayfadaşları tərəfindən. Və İran xüsusi xidmətlərinin buna çətin ki “dəxli olsun” – istisna deyil ki, Q.Qadirinin qətlə yetirilməsiylə bağlı hadisədəki kimi. Hətta kürd qaynaqları da bu adamın qətliylə bağlı məlumatlarda gizlətmir ki, Qadiri siyasətçi deyildi, hansısa komandir idi. Hər şeyə əsasən, o, PDKİ-nin hansısa peşmərgəsinin İraq ərazisindən İran ərazisinə terror aktları həyata keçirən səhra komandiriymiş.  

 

“İran Kürdüstanı Demokratik Partiyası”

 

PDKİ-nin komandirlərindən birinin sakral qurbana çevrilməyinin kimə gərəkdiyini anlamaqdan ötrü bu qurumun özlüyündə nə ifadə etdiyi haqda bir neçə kəlmə. O, Qazi Məhəmməd 1946-cı ilin yanvarında  “Mehabad Respublikası”nın yaradıldığını elan etməzdən qabaq 1945-ci ildə qurulub. SSRİ-nin patronluğu altında 1946-nın dekabrına qədər var olan respublikanın prezidenti Qazi Məhəmmədin özüydü, hökumət yeganə hakim partiya elan edilən PDKİ liderlərindən ibarət idi. Onun süqutundan sonra partiyanın əksər üzvləri həbs olunaraq ölümə məhkum edilib, partiyaçıların bir bölümü gizli fəaliyyətə keçib, bir hisəsi isə “müdafiə naziri” Mustafa Bərzaniylə (Məsud Bərzaninin atası-tərc.) birgə İraq keçib və indi də mövcud olan və Məsud Bərzaninin başçılıq etdiyi “Kürdüstan Demokratik Partiyası”nı (KDP) qurub. Belə ki Bərzani qəbiləsinin İranın düşmənlərilə əməkdaşlığı – keçmişə xərac, eyni zamanda həm İraq, həm İran kürdləri üçün əsil qarğışdır. PDKİ bu günə kimi 15 konqres keçirib, dörd ildənbir partiya qurultayı keçirilir.

Kürd çevrələri iddia edirlər ki, PKDİ guya “İran Kürdüstanının” BMT-də rəsmi təmsilçisidir və Avropanın bir çox ölkələrində, ABŞ, Kanada, Avstraliyada təmsilçisi var. PDKİ-nin rəhbərliyi altında “Hərbi-siyasi akademiya” (Fərgai Syasi-Nizami) var və “silahlı qüvvələr” (peşmərgə) hazırlayır. Partiyanın sədri Mustafa Hicridir. “Federativ və demokratik” İran çərçivəsində kürdlərin milli hüquqlarının tanınması təşkilatın məqsədi elan olunub. İdeologiyası: demokratik sosializm. İranın tez-tez həm də “marksist”, İraq KDP adlandırılan kürdyönlü “Komala” partiyasıyla qarşılıql fəaliyyətdədir. Türkiyə PKK-sı ilə qəliz münasibətdədir, aralarında silahlı toqquşma nadir hadisə deyil. Yəni PDKİ mahiyyətcə dünyada ən yaşlı kürd partiyasıdır, həm İraq və Türkiyədə, sonra isə Suriyada kürd partiyaları məhz ondan başlanıb. Budur, partiyanın saytında yazılıb: PDKI terrorzimin bütün aktlarını rədd edir; uzunmüddətli məqsəd sosialist, demokratik cəmiyyət qurmaqdan ibarətdir; xalqların azadlıq və istismara, mürtəce rejimlərə qarşı mübarizəsini dəstəkləyir. Bütün ölkələrin xalqları arasında barış və dostluğu müdafiə edir; Kürdüstanın başqa hissələrindəki kürdlərin milli mübarizəsini dəstəkləyir. PDKI demokratik, müstəqil və federativ İran, İran xalqlarının öz müqəddəratını təyin etmək hüququ, fəhlələrin sosial və iqtisadi tələblərinin gerçəkləşdirilməsi, kişi və qadınların cəmiyyətdə və ailədə bərabərliyi, dinlə dövlətin ayrılması uğrunda mübarizə aparır.

Amma başqa qaynaqlar bunu deyir. PDKI 2006-da iki qrupa bölünüb və onların arasında birləşmək haqda müntəzəm danışıqlar getsə də, hazırda oxşar abbreviaturalı  iki partiya var – “İran Kürdüstanı Dempartiyası” (PDKI) və “İran – Kürdüstan Dempartiyası” (PDK-I). “Kürd demokratlar”ın ayrılan hissəsi orijinal qrupdan fərqli olaraq İranla silahlı mübarizəni təzələməyib. PDK-İ-nin baş katibi Xalid Əzizinin 2016-nın dekabr istefasından sonra müavini Mustafa Muludi partiyanın yeni lideri olub. Х. Əzizi İran hökumətinə yumşaq münasibəti və ölkədə islahatlara dəstəyilə tanınmışdı. Buna baxmayaraq, Tehran hər iki qrupu qanunsuz sayıb, həm də orijinal partiya PDKI-i terrorçu qruplaşma sayıb və onların ölkədə fəallığını yasaqlayıb. Təkcə İranın “kürd demokratları” sıralarında  deyil, bütövlükdə İslam Respublikasına münasibətdə İran bütün müxalif əhvali-ruhiyyəli kürdləri arasında ixtilaflı münasibətlərin nə qədər kəskinləşldiyini anlamaq üçün məlumat verək ki, 1946-cı il “Mehabad Respublikası” başçısının doğmaca oğlunun – siyasətçi Əli Qazi – günümüzdə öz partiyası var və terrorçu PDKİ ilə birləşməyə can atmır. Eyni zamanda onun “Kürdüstan Azadlığı Partiyası” da (PAK) mənzil qərargahı Şimali İraqda yerləşən və sürgündə olan partiyadır, 1991-ci ildə “İran Xalq Partizanları Təşkilatı”nın (OIPF) bazasında qurulub, OIPF üzvləri 80-ci illərdə İran hökuməti tərəfindən İraqa sıxışdırılıb və Kərkük, Süleymaniyyə, Ərbil və s. şəhərlərdə əsaslanıblar. Partiyanın indiki adı da 2006-da Ərbil qurultayında qəbul olunub. PAK-ın PJAK-la qəliz münasibətləri var, çünki onu, fəaliyyətiylə razılaşmadığı Türkiyə kürd PKK-nın bir hissəsi sayır. Yəni “Mehabad Respublikası” başçısının oğlu da İraq “bərzaniçiləri” kimi Türkiyəyönlü köklənib.

 

“Kürdüstanda Azad Həyat Partiyası”

 

PJAK – kürd insan hüquqları müdafiəsi tələbə hərəkatı əsasında 1997-dən var olan “Kürdüstanda Azad Həyat Partiyası” adlı qurumun abbreviaturasıdır. Yalnız 2004-də, həm də amerikalı və ingilislərin artıq işğal etdikləri Şimali İraq ərazisində məhz PJAK kimi rəsmiləşib. Təşkilatın İraqda kürd muxtar vilayətinin yaradılmasından, habelə PKK-nın Türkiyədki mübarizəsindən ruhlanan qurucuları kürd muxtariyyətinin qurulması uğrunda İranla silahlı və siyasi mübarizə aparmaq qərarı alıblar. Təşkilatın həmsədrləri Əbdülrəhman Hacı Əhmədi və Evindar Rənasdır. Onlar Abdulla Öcalanı partiyanın ideya və fəxri lideri elan ediblər, onun siyasi ideya və hərbi strategiyaları təşkilatın fəaliyyətinin təməlində durur. PKK-da olduğu kimi PJAK üzvlərinin yarısı əksəriyyəti yeniyetməlik yaşında qadınlardır. PJAK İrana qarşı partizan savaşı aparmaq üçün qadınları fəal şəkildə ələ alır. PJAK-ı məhz bu üzdən “PKK-nın İran analoqu” adlandırırlar və İran hökumətinin bu partiyanı terrorçu kimi qələmə verməsi və yasaqlaması heç də təəccüblü deyil.

Amma əslində PKK liderləri də 2011-də PJAK-dan “yaxa qurtarmağa” çalışıblar – PKK peşmərgəsi baş komandanı Murad Karayılan o vaxt bildirib ki, PJAK-ın bütün dəstələri İrandan çıxarılır, İran hökumətiylə silahlı qarşıdurma dayandırılır və barışıq elan olunur. PJAK fəalları və döyüşçüləri məhz o zaman İraq Kürdüstanında tam şəkildə ABŞ və İsrail xüsusi xidmətlərinin nəzarətinə, habelə Bərzani qəbiləsinin himayəsinə  keçiblər.

Qeyd edək ki, PKK hərbi komandanlığının PJAK döyüşçülərini “sıxmaq” və PDKI ilə “savaş cığırına” çıxmaq qərarı məhz Türkiyə və başqa oyuncaq dövlətlərin dəstəyi ilə Qərbin Suriyaya qarşı müharibə başladığı illərdə doğulub. Və bu, təsadüfi qanunauyğunluq deyil: sonralar PKK peşmərgəsinin Suriya və İraqda İranyönlü şiə könüllüləriylə yaxınlaşması və əməkdaşlığı və sanmaq lazımdır ki, habelə İranın İİKK və xüsusi təyinatlıları ilə məhz İŞİD qruplaşmasına qarşı müqavimət əsasında baş verib. Lakin PJAK dəstələrinin bir hissəsi əvvəlkitək Bərzani qəbiləsinin himayəsi altında İraq Kürdüstanında iş görür və zaman-zaman İrana sızmağa çalışır. PDKİ komandiri Q.Qadirinin Süleymaniyyə əyalətində öldürülməsi haqda məlumat isə təsdiq edir ki, İraq Kürdüstanında həm bu partiyanın dəstələri, həm də ABŞ və İsrail xüsusi xidmətləri əvvəlki kimi Bərzani qəbiləsinin “qanadcığı” altında iş görür.

Qeyd edək ki, bəlkə də, İran PDKİ və PJAK terrorçularındansa yalnız bəluc islamçı terrorçuları və hələ 1960-cı illərdə şaha qarşı mübarizə üçün yaradılmış və bütün dünya üzrə uzun müddət terrorçu təşkilat sayılmış İranın “Mucahiddini-xəlq” təşkilatlarına (МКО, МЕК, NCRI) daha pis yanaşır. Bu planda qeyd etmək önəmlidir ki, Ərbil kürdlərinin PDFKİ terrorçusu Q.Qadirinin öldürülməsiylə bağlı antiiran təbliğatı “Mucahiddini-xəlq” terrorçularının fəallaşmasıyla üst-üstə düşüb. Həm də son 7-8 ayda Suriya və İrana qarşı təbliğatı kəskin şəkildə gücləndirən ABŞ və Fransa “mücahidlər”i hər cür təşviq edir.

 

“Mucahiddini-xəlq”

 

Mucahiddini-xəlq” (МКО, МЕК, NCRI) haqda bəzi məlumatları yada salaq. Onun terrorçuları İslam inqilabından sonra da təzəcə yaradılmış İslam Respublikasını nəzarətə götürmək cəhdilə İranın mülki və vəzifəli şəxslərini qətlə yetiriblər. MEK inqilabdan sonra ilk illərdə o zamankı prezident Məhəmməd Əli Ricai, baş nazir Məhəmməd Cavad Bahunar və məhkəmə sisteminin rəisi Məhəmməd Hüseyn Behişti daxil olmaqla  İranın bir neçə liderini öldürüb. Qrup 1986-cı ildə İraqa qaçıb, Səddam Hüseyn tərəfindən müdafiə olunub ölkədə şiələrin və kürdlərin üsyanını boğmaqda İraq diktatoruna yardım edib. MEK sonralar İrana qarşı müharibə zamanı (1980-1988) Səddam ordusuna qoşularaq İranın minlərlə mülki şəxsini və əsgərini öldürüb.

ABŞ 2003-də İraqa soxulandan sonra ABŞ yeni mühafizəkarları qruplaşmanı dəstəkləyib. 2012-nin sentyabrında dövlət katibi Hillari Klinton bu hərəkat haqda ABŞ Konqresinə məxfi məlumat  göndərdikdən bir həftə sonra Vaşinqton MEK-i terrorçu təşkilatlar siyahısından rəsmən çıxarıb. Klintonun qəbul etdiyi qərar qrupa ABŞ yurisdiksiyası altında aktivlərə sahib olmaq və Amerika təşkilatlarıyla biznes aparmaq imkanı verib. MEK terrorçularının son dəstələri 2012-nin sentyabrında İraqın Diyalə əyalətindəki əsas təlim mərkəzi Əşrəf düşərgəsini tərk edib. Onlar Kosovodakı Liberti düşərgəsinə köçürülüblər. İndi MEK-in yüzlərlə terrorçusu, adlarının ABŞ-dan iki il qabaq “qara siyahı”dan silindiyi Avropa göndərilib.

MEK son 40 ildə 12 000-dən çox iranlını öldürüb, İranın atom proqramına bağlı olan alim və rəsmi şəxsləri öldürməkdə İsrail “Mossad”ına fəal kömək edib. Maraqlıdır: MEK 1979-un İslam inqilabına qədər bir neçə terror aktında həmçinin xeyli sayda amerikalı və avropalını qətlə yetirib.

İRNA agentliyi xəbər verir ki, İran Gözətçilər Şurasının mərtuat katibi Əli Qədxudai 23 martda ABŞ-ın terrorçularla əlaqəsini şərh edərək bildirib ki, İran milləti və hökumətinə qarşı mübarizə aparan bütün terror qruplarına ABŞ və onun uğursuz kollaboratsionçuları (işğalçılarla əməkdaşlıq edən vətən xainləri-tərc.) sponsorluq edir. Qədxudai ABŞ prezidentinin milli güvənlik üzrə müşaviri MakMasterin Boltonla əvəzlənməsinə də reaksiya verib. Qədxudainin sözlərinə görə, Bolton –  “Mucahiddini-xəlq” antiiran terror təşkilatının amerikalı sponsoru Tramp hökumətində ən yüksək siyasi mövqe tuta bilib. O, qeyd edib ki,  MEK iranlıların ən çox nifrət etdiyi, İraqın İrana qarşı səkkizillik müharibəsi zamanı xaincəsinə İraqın keçmiş diktatoru Səddam Hüseynin tərəfinə keçən terrorçu qruplaşmasıdır: “İndi məsələ bundadır ki, Bolton antiiran MEK terrorçu təşkilatının inadkar tərəfdarı olduğu halda niyə bu qədər həssas mövqeyə dəvət olunub?”

Əlbəttə ki, cavab Trampın Novruzla bağlı “təbrik”ində görünür – Amerika prezidenti iranlıları faktiki olaraq “üsyana” qızışdırıb. İran KİV-ləri isə vurğulayıb ki, martın 20-də Tiranada MEK-in toplantısında Nyu-Yorkun keçmiş meri və ABŞ prezidentinin klibergüvənlik üzrə müşaviri Rudi Culiani, habelə Albaniyanın fəaliyyətdəki və keçmiş yüksəkvəzifəli şəxsləri çıxış ediblər. Və orada “MEK terror təşkilatının affilizə etdiyi (affilə: işgüzar fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərə təsir etməyi bacaran fiziki və ya hüquqi şəxs-tərc.) İran Milli Müqavimət Şurasının prezidenti, hansısa Məryəm Rəcəvi 2017-nin dekabrın axırı, 2018 yanvarın əvvəlində İranda iğtişaş və etirazların təşkilində “Mucahiddini-xəlq”in böyük rolunu göstərib və “yeni üsyanlara” çağırıb: “Ötən il üsyan mövsümüylə başa çatıb və gələn ili başdan-başa üsyan ilinə çevirmək olar və lazımdır. Və bu, qələbəyə qədər üsyan olacaq”.

Bunu MEK-in saytı xəbər verib.

Culiani terrorçulara müraciətində “Mucahiddini-xəlq”in üzvlərini “əsil qəhrəmanlar” kimi tərif edib. O, “İran xalqının demokratiya və insan haqlarının bərqərar etməkdə müqavimətinə” öz dəstəyini vurğulayıb və “İran müqavimət hərəkatına” rəhbərlik etməkdə M. Rəcəvinin rolunu yüksək qiymətləndirərək bildirib: “Biz növbəti ildə İrana münasibətdə ciddi dəyişikliklərin şahidi olacağıq. Ayətullahların korrupsiyalaşmış rejimi iflas həddindədir. MEK İranda bu yaxınlardakı etirazlarda o qədər mühüm rol oynayıb ki, hətta İran lideri də onu ölkə daxilindəki iğtişaşlarda əsas ünsür adlandırıb”.

Belə çıxır ki, təkcə BMT və Qərbin, İsrail və Türkiyənin deyil, həm də kürdlərin beynəlxalq terror internasionalı ilə əlaqələri haqda sənədləri “sifətə çırpması” lazım gələcək. İstənilən halda, İraqda Bərzani qəbiləsi və İran kürldəri sırasından əlaltılarının sifətinə. Təsvir edilən tarixçə İŞİD terrorçularının İraq və Suriyaya qarşı “xaçlı yürüşə” təzəcə başladığı illərdə ayətullah Xameneinin bəyanatlarından birinin haqlı olduğunu təsdiq edib – İran lideri açıq qeyd edib ki, Tehranın müdafiəsi Dəməşqin müdafiəsindən, Suriya və İraq uğrunda mübarizədən başlanır.

İran aralıq hədəf seçərək əvvəlcə Bərzaninin  kürdlərini “vuracaq, yoxsa Yaxın Şərqdə terror şəbəkəsi qurmaqda ABŞ və İsrailə dərhal ağır ittihamlar elan edəcək?

İran hökuməti Tramp rejiminin antiiran yönü, müşavirlıəri Cualiani və Boltonun terrorçulara bağlılığı haqda çox gözəl bilir. Və əmin olmaq mümkündür ki, aprelin 4-də “İran zərbəsi”nin altına birinci Türkiyə prezidenti Ərdoğan düşəcək, çünki keçən il (PDKI-dən və ya PJAK-dan) kürd döyüşçülərinin bir sıra həmlələri məhz Türkiyə ərazisindən həyata keçirilib və İran bu il onları İŞİD terrorçularına tay tutub.

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə