XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 11:26

ŞİMALİ KOREYA LİDERİNİN MÜBHƏM SƏFƏRİ:Çin prezidenti ilə görüşün məqsədləri gizli qalır - TƏHLİL

Stiven Li Mayers və Ceyn Perlez

“New York Times”

 

Şimali Koreyanın sirli gənc lideri Kim Dzyan (Çen) In Pekinə gözlənilməz səfər edib. O, Amerika və Cənubi Koreya liderlərinin zirvə toplantısından bir həftə əvvəl Çin prezidenti Si Zinpinlə görüşüb.

Bu barədə Çin və Cənubi Koreya mediası xəbər verib.

Səfər cənab Kimin beynəlxalq debütü olub: 34 yaşlı lider 2011-ci ildə hakimiyyətə gəldiyi gündən etibarən Şimali Koreyadan xaricə çıxmayıb və bu, onun digər dövlət başçısı ilə ilk görüşüdür.

Sürpriz müzakirələr Şimali Koreyanın nüvə silahı proqramı ətrafında qlobal diplomatiyanın gərginliyini artırıb.

Kimin səfəri fövqəladə sirr və təhlükəsizlik şəraitində baş verib; o, bazar ertəsi günü Çinin paytaxtı Pekinə pünhan şəraitdə zirehli qatarda gəlib. (Həm də cənab Kimin atası və babası – Şimalın sabiq rəhbərləri xarici səfərlər üçün eyni qatarları istifadə ediblər.) Martın 28-də səhər saatlarında geri qayıdıb.

Şimali Koreyanın Mərkəzi Televiziyası xəbər verib ki, Kim Çinə prezident Sinin dəvəti ilə yollanıb. Onu xanımı Ri Sol-Yu və məsləhətçiləri müşayiət ediblər.

Çinin “Sinxua” xəbər agentliyi tərəfindən yayımlanan hesabata görə, cənab Kim Çin rəhbərliyinə ABŞ-la dialoqa, o cümlədən prezident Trampla potensial zirvə toplantısı keçirməyə və Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq olduğunu bildirib.

 “Sinxua”da Si ilə görüşün xülasəsinə görə, cənab Kim deyib: “Əgər Cənubi Koreya və ABŞ səylərimizə yaxşı niyyətlə cavab verərsə, sülh və sabitlik mühitini yaratdıqlarını və sülhə nail olmaq üçün mərhələli, sinxronlaşdırılmış tədbirlərin görülməsini təmin edərsə, yarımadanın nüvəsizləşdirilməsi məsələsi həll edilə bilər”.

Səfər zamanı gözlənib ki, bir ildən artıq gərginlik və təhdidlərdən sonra cənab Trampla riskli diplomatik açılışa dəstək vermək məqsədi ilə, Kim Çinin razılığına və ehtimalla məsləhətinə ehtiyac duyur.

Sinin, öz növbəsində, Çinin Koreya yarımadasında gərginliyin qarşısını almaq üçün səyləri dəstəklədiyi və yeni inkişafa görə cənab Kimi təriflədiyi söylənir.

"Bu il Koreya yarımadasındakı vəziyyətdə dəyişikliklər gözləyirik və Şimali Koreyanın bu mövzuda etdikləri əsas cəhdlərə görə minnətdarlığımızı bildiririk", – Zinpin deyib.

Bu ahəng əhəmiyyətli bir dəyişiklikdir. Son altı il ərzində iki lider arasındakı əlaqələr səmimi şəkildə genişlənib. Kim Çinlə əsas kanallar kimi xidmət etmiş məmurları, o cümlədən edam olunmuş dayısını yolundan təmizləyərək Pekinin təklif etdiyi şərtlərdən vaz keçib.

Bu həftə bir ziyafətdə cənab Kim hətta Şimali Koreyanın Çinlə dostluğunu tərifləyib və "ənənəvi" əlaqələri davam etdirmək istədiyini söyləyib.

Çin mediası səfəri qeyri-rəsmi kimi səciyyələndirib və iki liderin xanımları ilə birlikdə Elmlər Akademiyasını ziyarət etmələrinə dair fotolar dərc edib.

Vaşinqtonda, Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders jurnalistlərə verdiyi açıqlamada Çin hökumətinin Kimin səfəri ilə əlaqədar çərşənbə axşamı administrasiya səlahiyyətliləri ilə əlaqə qurduğunu söyləyib. Brifinqdə Çin liderinin cənab Trampa şəxsi mesajı oxunub.

Şimali Koreya üzrə çinli aparıcı mütəxəssislərindən olan Yan Xiyu bildirib ki, Kim düşmən Cənubi Koreyası ilə yeni əlaqələri açarkən, Şimalla Pekin – ənənəvi müttəfiqi və xeyriyyəçi ilə dərin sıx əlaqələrini bərpa etməyə çalışır.

Yan deyib ki, Cənubi Koreyanın elçilərinə bu ehtimalı müzakirə etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, Kimin nüvə silahından imtina etmək niyyəti yoxdur.

"O, yeni bir oyuna başlayır və nüvəsizləşdirmədə güzəştə gedə bilər, – deyə Yan bildirib. – Amma otu biçsə də, kökündən çıxarmayacaq".

Tramp administrasiyası ABŞ-a hücum edə biləcək ballistik raketlərə və nüvə silahlı Şimali Koreyaya dözməyəcəyini açıq şəkildə ortaya qoyub.

Şimala güc tətbiq etməyə hazır olan şəxslər keçən həftədən Vaşinqtonda yerini möhkəmləndirib: Con Bolton Trampın milli təhlükəsizlik məsləhətçisi təyin edilib; cəmi bir ay əvvəl, cənab Bolton Şimali Koreyanın arsenalına təsir göstərən priventiv zərbəni Amerika materikinə qarşı təhlükəyə "mükəmməl qanuni" cavab olduğu barədə xəbərdarlıq edib.

Aylarla artan siyasi və iqtisadi təzyiqlərdən sonra Şimali Koreyanın səs tonu yanvar ayından etibarən dramatik bir şəkildə dəyişib; bəziləri bunu Trampın hərbi əməliyyatlarla təhdidi ilə əlaqələndirirlər.

Ötən ay Şimal Cənubi Koreyanın Pyonçan şəhərində keçirilən Qış Olimpiadasına Kimin bacısı Kim Yo başda olmaqla, xüsusi heyət göndərilib. Cənubi Koreyalılarla birbaşa danışıqlara gətirib çıxaran bu addımdan sonra cənab Trampla birbaşa görüş barədə fövqəladə bir təklif irəli sürülüb.

Gələn ay Cənubi Koreyanın sərhədində keçiriləcək görüşün ardınca Tramp və Kim may ayında danışıqlar aparacaq, görüşün həqiqi vaxtı və yeri hələ müəyyənləşdirilməlidir.

Onların görüşü Çin və Şimal arasındakı gərginliyin aradan qaldırılmasına da kömək edə bilər. Çin, Şimalın nüvə silahlarının inkişaf etdirilməməsinə istiqamətli beynəlxalq səyləri dəstəkləyir, lakin mütəxəssislər deyir ki, Pekin Şimalı öz şimal-şərq sərhədində sabit bir tampon olaraq saxlamaq istəyir.

Pekindəki Renmin Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Şi İnxon əlaqələrdəki son gərginliyə baxmayaraq, Şimali Koreyanın hazırda Çinə müraciət etməsinə təəccüblənməyib. "Kim Dzyan In indi ən çətin iqtisadi vəziyyətdədir və Trampla görüş onun üçün qumar oyunudur"…

 

Tərcümə: Strateq.az