XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Mart 2018 - 12:38

ÖZBƏKİSTAN PREZİDENTİ İLHAM ƏLİYEVDƏN NƏ İSTƏYƏCƏK? –Azərbaycan türk dünyasını birləşdirən həlqəyə dönür – TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 27.03.2018

 

Özbəkistan lideri Mərkəzi Asiyada (MA) nüfuzunu möhkəmlədərək nəqliyyat dəhlizi və qaz borusu əldə edilməsində  “türk həmrəyliyi”nə güvənməklə Azərbaycana hədəflənib. Mayda Şövkət Mirziyoyevin İlham Əliyevlə “gərəyincə” tanışlıq imkanı olacaq.

Şövkət Mirziyoyevin dönəmində Özbəkistanın özünütəcridinin (səmərəli hüdudlarda) başa çatdığı, Mərkəzi Asiya üzrə qonşularla münasibətlərin durmadan yaxşılaşdığı, onun özünün isə bölgədə getdikcə daha nüfuzlu personaya çevrildiyi artıq şübhə doğurmur. Onun təşəbbüsü ilə bu yaxınlarda keçirilən və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəstəklədiyi MA dövlətləri başçılarının Astana sammiti göstərdi: Mirziyoyev məqsədinə çatmağı, mübahisəli siyasi və təsərrüfat məsələlərini çözməyi, hələ dünən barışmaz sayılanları birləşdirməyi bacarır; və ölkəsini dəmir əllə, amma yumşaq əlcəklə yönəltməyi.

Artıq bəzi ekspertlər MA dövlətlərinin Astana sammitini SSRİ və Şərqi Avropa ölkələrinin 1991-ci ildə dəfn olunan Qarşılıqlı İqtisadi Yardım Şurası – “yeni QİYŞ” kimi nəzərdən keçirirlər. QİYŞ-ə bənzər model yaratmaq Mərkəzi Asiyanlın bütün dövlətləri üçün maraqlı və böyük iddiadır və ola bilsin, “türk birliyi”, MA-nın, demək olar, bütün dövlətlərində neft və qaz ehtiyatlarının varlığı, onların Avropa bazarlarına çıxış aktuallığı mülahizəsinə görə Azərbaycan üçün də maraqsız deyil. Azərbaycan bunun üçün ideal şəkildə uyğun gəlir – onda təkcə “Cənub Qaz Dəhlizi” (CQD) və “Şərq-Qərb” nəqliyyat dəhlizi və Yeni İpək Yolunun tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmiryol magistralının varlığı yetərlidir.

Belə ki, Mirziyoyev MA dövlətləri arasında münasibətləri yoluna qoyandan sonra Cənubi Qafqaza hədəflənib – ehtimala görə, onu mayda Azərbaycanda gözləyirlər. Yeri gəlmişkən, sonuncu da Özbəkistan kimi müxtəlif bölgəsəl layihələrə qatılmağa çox da meylli deyil, amma türkdilli ölkələrin Parlament Assambleyasındadır. Özbəkistan bu birlikdən aşkarca uzaq durur və qışda ilk dəfə Türk PA-nın plenar toplantısında iştirakıyla öz sayğısını göstərib.

Görünür, Mirziyoyevin praqmatizmi və sonrakı hədəfi təsirini göstərib: axı Özbəkistan və Azərbaycanın da mənsub olduğu türk dövlətləri arealında aşkar şəkildə güclənən hərəkət müşahidə olunur. Bu, həm sözügedən dəmiryolunun istismarı, karbohidrogenlərin nəqli üçün boru kəmərlərinin çəkilişi və təmiri, avtomobil yolları şəbəkəsinin inkişafı, Xəzər dənizi üzrə dəniz daşımaları və s.-dir. Türk PA isə perspektivdə dünyanın türk və müsəlman bölümünün dünya siyasətinə təsir etməyə iddialı inteqrasiya birliyi kimi nəzərdən keçirilir. Ehtimal ki, Mirziyoyev də hələlik dil tapdığı Nazarbayev kimi eynən “iddialıdır”. Amma budur, Əliyevi – türk və müsəlman dünyasının heç də axırıncı lideri olmayanı – hələ sınamaq gərəkdir. Ehtimal ki, Özbəkistan prezidenti Bakıya səfəri zamanı bununla da məşğul olacaq.

Amma qeyd edək ki, bu, “sadəcə Azərbaycan” deyil, bu, Rusiya, İran və bir-iki ildən sonra qaz qovşağı olmağı vəd edən Türkiyəyə çıxışla Cənubi Qafqazdır. Belə ki, bu görüşün önəmi Qara və Xəzər dənizlərinə çıxışı, habelə əla logistik imkanları olan bölgə üçün yüksək ola bilər. Bütün bunlar Özbəkistan üçün cazibəli olmalıdır – onun respublikada hasil edilən təbii qazın Gürcüstan üzəriylə Azərbaycandan Türkiyəyə uzanan “Cənub Qaz dəhlizi” vasitəsilə ixracata marağı məlumdur.

Qeyd edək ki, respublikanın coğrafi yerləşimi, məsələn, Xəzər dənizinə birbaşa çıxışı olan Türkmənistan və Qazaxıstan kimi o qədər də uğurlu deyil. Buna görə də Daşkəndin qaz ixracatını şaxələndirmək istəyi müəyyən çətinliklər və xərclərə bağlıdır: Xəzər dənizinə qədər qaz kəməri, sonra isə yanacağın hələlik var olmayan sualtı boru kəmərilə və ya tankerlərlə Azərbaycana nəqli. Özbəkistan CQD-nin  imkanlarından yalnız belə faydalana bilər və düşünmək lazımdır ki, “kollektiv Qərb” Avropaya Rusiya qazının tədarükünə alternativ kimi bu layihəni ancaq alqışlayacaq. İdeyaca, bu, Azərbaycana da əl verməlidir, çünki CDQ-nin tam yüklənməsi üçün onun öz resursları bəs etməyə bilər. Uyğun olaraq özbək qazı tədarük həcmi mülahizəsinə görə Türkiyəyə də maraqlıdır. Amma bəzi ekspertlər CDQ-nin Özbəkistan qazıyla doldurulması imkanlarına şübhəylə yanaşırlar, çünki onu Azərbaycan qazıyla qarışdırmağı mümkünsüz sayırlar. Yəni söhbət yanacaqların “uyuşmazlığından” gedir.

Əslində, bunun belə olub-olmadığı dürüst məlum deyil: hər halda Daşkənd iki ixracat yönünü inadla inkişaf etdirir – Çinə və Hindistana çıxmaqla Əfqanıstan. Lakin Özbəkistan hətta qaz (yaxud neft) tarnzitinin yeni marşrutuyla “uçsa” da, Mirziyoyev özbək mallarının Xəzər dənizi üzərindən Azərbaycana çıxışı haqda Əliyevlə anlaşa bilər. Və sonra – Bakı-Tiflis-Qars dəmiryoluyla Avropa və hətta Şimali Afrikaya nəql etməklə Türkiyəyə.

Belə ki, necə fırladırsan-fırlat, Mirziyoyevin hələlik ancaq uzaqdan-uzağa tanıdğı Əliyevlə dostlaşmağına dəyər: Rusiya tranzitindənsə BTQ-la yüklərin daşınması daha tez və ucuz sayılır. Amma bu da hamısı deyil. Azərbaycanın Özbəkistan səfiri Hüseyn Quliyevin elan etdiyi kimi (Sputnik ondan sitat gətirir), Bakı səfəri zamanı geniş məsələlər çevrəsi – neft-qaz, aqrosənaye, tikinti materialları sənayesi sahəsində əməkdaşlıq müzakirə olunacaq. Və, əlbəttə, yeni Bakı-Tiflis-Qars dəhlizinin varlığı şəraitində nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi. Səfir deyib: “Hazırda ikitərəfli əməkdaşlığın inkişafı üçün heç bir maneə yoxdur, ölkələr arasında siyasi dialoqun ən yüksək səviyyəsi müşahidə olunur. Bizim heç bir maneəmiz yoxdur və düşünürəm ki, bu, qarşıdakı səfərin gedişində möhkəmlənəcək”.

Əlbəttə, bütün bunlar çox yaxşıdır, amma azad ticarət rejiminin mövcudluğuna baxmayaraq, ölkələr arasında mal dövriyyəsi son dərəcə aşağıdır – keçən il cəmi 31,2 milyon dollar təşkil edib. Bu arada Özbəkistanın ixrac etməyə nəyisə var – həm də ərazisi istər karbohidrogenlər, istərsə də başqa mallar siyahısı üçün daha çox tranzit rolu oynaya biləcək təkcə Azərbaycan nəzərdə tutulmur. Amma yenə də düşünürük ki, Daşkənd karbohidrogenlərin ixracatına inadla nail olmağa çalışacaq – respublikda 2022-ci ilə doğru təbii qaz hasilatının artımı, təxminən, 54 milyard kubmetr , neft isə tam 2 milyon ton təşkil edəcək. Bütün bunları neyləmək olar?

Hazırda Özbəkistan qazının əsas istehlakçısı Çindir. Bunu Rusiya da alır, amma cari ildə kvotanı 4 milyard kubmetrə endirib. Aydındır ki, işlərin belə durumu Daşkəndi razı sala bilməz. Başqa yandan, əlverişsiz coğrafi mövqeyinə baxmayaraq böyük karbohidrogen ehtiyatı və ixracat marşrutlarının axtarışı Özbəkistanı fövqəldövlətlərin toqquşma meydanına çevirə bilərən yeni tarix artıq göstərib ki, fövqəldövlətlərin bu və ya başqa suveren ölkənin energetik resursları üzərində nəzarət ehtirası nəyə səbəb olur.

Mirziyoyev və Əliyevin bu planda da söhbətləşmək və anlaşmağa nəyisə var. Türk eyniyyətinin birləşdirdiyi iki dövlət və rejimlərin güvənliyi – əməkdaşlıq üçün əla təməldir. Mirziyoyev Cənubi Qafqaza çıxmaq üçün çətin ki Əliyevi “sıxsın” – Azərbaycan prezidentinin özü kimi istəsən “sıxmağa” qabildir. Amma Şərq diplomatiyasının incəlikləri öz işini görə bilər – Özbəkistan prezidenti öz nüfuzu ilə Mərkəzi Asiya hüdudlarından kənara “addımlamağa” hazırdır, onun azərbaycanlı həmkarı isə bu addımı tam öz maraqlarına daxil olacaq qədər “gödəltməyə” qadirdir.

Ümumiyyətlə, Rusiya “Qazprom”u hələlik Özbəkistanda olduqca fəal iş görür – karbohidrogen bloklarının perspektivini araşdırır, yataqları işləyir, neft-qaz infrastrukturunun inkişafına yatırım qoyur.

“Lukoyl” və Çinin CNPC, Vyetnamın “Petrovietnam” şirkətləri də lisenziyalaşdırılmış sahələrdə geoloji kəşfiyyat və yataqların işlənməsilə məşğul olur. Təkcə şaxələndirməyi deyil, həm də yataqları işləməyi bacaran Azərbaycan strukturları niyə də onlara qoşulmasın?

Bu, Özbəkistanda inteqrasiya və yeni tərəfdaşlar axtarışı yönündə açıqca dəyişilən xarici siysətdən asılı olan bölgəsəl inkişafın məntiqinə tam sığışır. Belə ki, düşünmək olar ki, Mirziyovevin Əliyevin yanına səfəri çətin ki “boşa çıxsın”: onlar o adam deyillər.

 Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə