XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

31 Mart 2018 - 15:23

Ankara və Moskvanın ikibaşlı oyunu:tərəflər həm ABŞ-ı, həm də İranı sahədə zəiflətmək istəyir - TƏHLİL

Mətin Gürcan

“Al-Monitor”

 

Türkiyənin Suriyadakı növbəti hərəkətinin Təl-Rifat və ya Mənbic olacağına dair möhtəkirliyə baxmayaraq, Rusiya gözlənilmədən martın 27-də öz qoşunlarını Təl-Rifatdan geri çəkdi.

Suriya prezidenti Bəşər Əsədin qüvvələri, təsdiqlənməmiş məlumatlara görə, şəhərə nəzarət edərkən, Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” (ASO) artıq bölgəyə nəzarət edir.

Ərazi Ankara üçün vacibdir, çünki şəhərin Mənah hərbi hava bazası Hələb və İdlibə çatmaq üçün mühüm logistika nöqtəsidir.

Beləliklə, bu nəzarət ASO-ya regionda strateji və psixoloji üstünlük verir.

"Biz Rifata nəzarət etməliyik və bu əməliyyatın məqsədinə çatırıq. Tərəfdaşlarımızdan Mənbicə dair öhdəliklərini yerinə yetirməsini xahiş edirik, – prezident Rəcəb Tayyib Ərdoğan martın 26-da bildirib. – ABŞ mümkün qədər tez səlahiyyəti terror qruplarından alıb Mənbicə nəzarət etməlidir. Əgər terror təşkilatı Mənbicdən çıxarılmasa, o zaman bölgə əhalisi ilə birlikdə bunu özümüz etməliyik".

Türkiyənin hücumu Vaşinqton və Moskvanın strateji üstünlüklərinə təsir göstərməyi hədəfləyən açıq-aşkar, təsirli bir əməliyyatdır. Ankaranın Rusiyanı Təl-Rifatadan geri çəkməyə dair çağırışları həm də ABŞ-a Türkiyənin Mənbicə əməliyyatını genişləndirə biləcəyini göstərir.

Bir sözlə, Türkiyə Rusiyaya və ABŞ-a aid iki seçənəyi təmin edir. O, amerikalılara: "Mənbicdən çəkinsəniz, Rusiyadan imtina edə bilərik və Fəratın şərqində sizinlə birgə işləyə bilərik", – deyir. Moskvaya isə bu ismarış göndərilir: “Təl-Rifatdan çəkilin, biz ABŞ-ı şimal Suriyadan çıxarmaq üçün sizinlə birlikdə işləyə bilərik".

Vaşinqtondan istədiyi xeyir-duanı ala bilməyən Ankara indi də diqqətini Təl-Rifata çevirib və Rusiya ilə əməkdaşlığa doğru yol alıb. Türkiyənin üst səviyyəli hərbçiləri təkrar edirlər ki, Suriyanın şimalında Rusiya ilə əməkdaşlıq ABŞ-la əməkdaşlığından daha güclüdür.

Türkiyə Baş Qərargahının rəisi Hulusi Akar martın 23-də Suriyadakı Türk-Rus əlaqələrini "güvənə əsaslanan səmimi əlaqələr" olaraq xarakterizə edib. Türkiyənin Rusiya ilə əməkdaşlığı “təsadüfi hıçqırtılara” baxmayaraq, "əla"dır. Bu münasibətlərdə Türkiyə ilə Rusiya arasında Fəratın qərbində İdlib, Şərqi Quta və Afrin kimi ümumi maraqları var.

İndi əsas sual budur: Ankara ilə Moskva arasındakı əməkdaşlıq Fəratın şərqində də davam edəcəkmi?

Bu sualın cavabı Vaşinqtonun strateji seçimləri və Fəratın şərqində yerləşən “Xalq Müdafiə Qrupları” (YPG) ilə əməkdaşlıq dərəcəsi ilə təyin olunacaq.

Ankara YPG-ni terror təşkilatı hesab edir. Onun müdafiə mənbələri deyirlər ki, Türkiyənin Suriyadakı hücumları necə olursa-olsun, Fəratın şərqində davam edəcək.

Afrinin süqutu və hər hansı bir qarşıdurma olmadan Türk ordusunun Təl-Rifata nəzarət etməsi Türkiyənin qətiyyətini artırıb.

Anonimlik şərti ilə "Al-Monitor" ə danışan müdafiə mənbələri bu qərarlılığa dörd mühüm amilə bağlayır:

– Türkiyənin hərbi qüdrəti və Ərdoğanın siyasi iradəsi.

Suriyadakı nüfuzlu aktyor olmaq və cəzalandırıcı olmaq üçün orada mübarizə aparmaq lazımdır.

– ABŞ hesab edib ki, minlərlə kilometr uzaqlıqda ola-ola və Türkiyəni narahat etməməklə, YPG ilə əməkdaşlıqda o, Suriyada təsirli ola bilər.

– Suriyanın gələcəyini müzakirə etmək üçün masa arxasında yer tutmaq üçün sahədə əhəmiyyətli bir yerə sahib olmaq.

– Əməliyyatın davam etdirilməsinə ictimai dəstək böyüyür.

Suriya hazırda Birləşmiş Ştatlar tərəfindən idarə olunan Fəratın şərqində hərbi əməliyyatlar aparmağı planlaşdırır. Moskvanın Vaşinqtonun YPG ilə rəqslərini pozacaq və Birləşmiş Ştatların Şərqdəki mütləq hökmranlığını qırıb, Türk qüvvələri əməliyyatlarını şərqə keçirdikdən sonra Ankaranı dəstəkləyəcəyini təxmin etmək olar.

Türkiyənin artan hərbi fəaliyyətlərinin aprelin əvvəlində İstanbulda İran-Rusiya-Türkiyə zirvəsi ilə çox əlaqəli olduğu aydındır. Masada daha rahat oturmaq və İranın Hələbin cənubundakı gücünü zəiflətmək üçün Ankara bu sahədə müəyyən bir uğur qazanmalıdır.

Moskva Tehranın qolunu burmaq üçün Türkiyənin güclü bir əllə masada oturmasını gözləyir. Rusiyanın Ankara dəstəkli sünni müxalifətlə Əsəd gücləri və Fərat qərbindəki İran leyhinə olan milislər arasında güc balansı qurmağa çalışır.

Suriyanın şimalında qarşıdurmalar asanlaşdıqca orada üç qeyri-dövlət modelləri ortaya çıxır: Türkiyənin dəstəklədiyi rejimin sünni müxalifləri, ABŞ-a müttəfiq Suriya kürdləri və Əsədi dəstəkləyən şiə tərəfdarları.

Önümüzdəki aylarda üçlük arasında siyasi nəzarət mübarizəsi daha aydın olacaq və Şamla siyasi əlaqələr və yeni konstitusiyada əksini tapacaq.

Təəssüf ki, Suriyadakı güc mübarizələri adətən, daha ideoloji və məzhəb qarşıdurmaları və daxili yerdəyişmə deməkdir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə