XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2018 - 13:39

Çin kəşfiyyatı satılmış agentləri zəhərləmir, oğurlamağa üstünlük verir –Araşdırma

Çinli dissidentlər piket keçirirlər

 

ehorussia.com, 02.04.2018

 

Rusiya xüsusi xidmətləri keçmiş həmvətənlərini zəhərləyir. Çininkilər ancaq oğurlayır – düzdür, xeyli dərəcədə geniş miqyasda.

Görünür, bu, 2002-də dissident Van Binçjandan başlanıb, lakin daha əvvəlki hadisələr haqda da təsdiqlənməmiş məlumatlar var.

Van Binçjan Den Syaopinin yeni kommunist hökumətinin 1979-da xaricə təhsil almağa göndərdiyi ilk çinli tələbələrdən biriydi – Kanadaya, Makqill universitetinə.

O, 1982-də uzun onilliklər ərzində tibb elmləri doktoru titulu alan ilk çinli olub. Çində partiya mətbuatı onun uğurunu tərifləyib. Lakin gənclik üçün örnək olmalı cavan Kanadada gözlənilmədən demokratik ideyalara ayaq qoyub. O, diplom müdafiəsindən dərhal sonra bildirib ki, geri dönməyənlərdən olacaq və o vaxtdan bəri ÇXCR-dəki dissident hərəkatını dəstəkləməklə Çin hökumətinə xeyli başğarısı verərək Çində insan haqlarının müdafiəsi üçün təşkilat yaradır.

Van Binçjan 2002-də Vyetnamda oğurlanıb, Çinə göndərilib və birgünlük qapalı prosesdə ömürlük həbsə məhkum olunub.

İki ildən sonra 2001-dən Amerikada yaşayan başqa bir məşhur Çin dissidenti Pen Min Birmada oğurlanıb və Çinə göndərilib.

Bu cür oğurluqlar o vaxtdan bəri müntəzəmləşib. Amma bunların böyük bölümü Asiya ölkələrində – Myanma, Vyetnam və Tailandda baş verib. Lakin tezliklə “Qərb” ölkələrində – Avstraliya, Yeni Zelandiya, Kanada və hətta, ehtimal ki, ABŞ-da da (bu haqda rəsmən təsdiqlənmiş məlumatlar hələlik yoxdur, amma FTB əməkdaşları hesab edirlər ki, Amerikada son illər ərzində itkin düşənlərin bəziləri ÇXR xüsusi xidmətləri tərəfindən oğurlana bilərdi) oğurluqlar başlanıb.

Bu cür oğurluqların sayı Si Szinpin hakimiyyətə gələndən sonra kəskin şəkildə çoxalıb. Bu azmış kimi, indi bunu hətta gizlətmir, hər cür car çəkirər. Çinin rəsmi versiyasına əsasən, oğurlama proqramı ancaq korrupsionerlərə qarşı yönəlib, amma dissidentlər və Qərb xüsusi xidmətləri iddia edirlər ki, bu, оğurluq edərək xaricə qaçan  biznesmen və məmurlardan daha çox zorla və ya şantajla, qohumlara qarşı repressiya hədəsiylə Çinə qayıdan mühacir müxaliflərə toxunur və onları işgəncə altında iqitsadi cinayətləri boyunlarına almağa vadar edirlər.

Son böyük qalmaqal 2015-də Böyük Britaniya vətəndaşı Li Bo və İsveç vətəndaşı Quya Minhaya da daxil olmaqla kitablar buaraxmış, Çin Kommunist Partiyasını tənqid etmiş honqkonqlu beş naşirin oğurlanması olub. Şayiələrə görə, Si Szinpinin qeyri-rəsmi tərcümeyi-halı üzərində işləyən Quyanı iki illiyə həbs edəndən sonra on il əvvəl baş vermiş nəqliyyat qəzasında ittiham ediblər.

Quya Minhayanı bu ilin yanvarında yenidən oğurlayıblar. Çinin rəsmi mediası bir müddətdən sonra onun bəyanatını dərc edib – o, iddia edib ki, Çinə öz iradəsilə dönüb, oğurluqla bağlı Çinə etiraz edən İsveçi onun işini “şişirtməkdə” ititham edib və İsveç vətəndaşlığından imtina istəyini bəyan edib.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə