XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2018 - 11:29

RUSİYA CƏNUBİ QAFQAZDA HƏRBİ İŞTİRAKINI ARTIRIR:Ermənistana 5 min nəfərlik hərbi polis niyə yeridilib? – TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 05.04.2018

 

Ermənistanda yeni qalmaqal qopub və yenə də “ruslar zəminində”: respublikaya gərəkli ilkin rəsmi müqaviləsiz və ya sazişsiz Rusiya hərbi polisi bölmələri daxil edilib. Moskva və İrəvan ermənilər üçün bu qeyri-populyar və güman etmirik ki, yerli hökumətin şikayətləndiyi addımı hansı qanunvericilik bazasına uyğunlaşdırmağı müzakirə edincə, artıq Gümrinin küçələrində Rusiya hərbi polisinin uşaqları gəzişir – yerli reportyorlar onların fotoşəklini çəkiblər. Danışırlar ki, onlar İrəvanda da görünüblər. Əhali öz hiddətini gizlətmir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin (RF MN) məlumatına əsasən, bu bölmələr “hərbi intizamı, yol hərəkətinin təhlükəsizliyini saxlamaq və Gümri hərbi qarnizonunda obyektləri qorumaq üçün” Ermənistana yollanıb.

Xatırladaq ki, Gümridə – İrəvanın 120 km-liyində Rusiya hərbi bazası yerləşib. Rəsmi məlumata görə, polisin şəxsi heyəti özəl təchizat, ştat silahı, hərbi texnika və xüsusi vasitələr alacaq. Bazanın yeni sakinlərinin sayı dəqiqləşdirilmir. İndiki anda onun kontingenti tam beş min nəfər təşkil edir.

Ermənilər bununla razıdırlar ki, Gümridəki baza artıq çoxdan “cinayət ocağı” olub – təkcə Rusiya hərbçisi Valeri Permyakovun Avetisovlar ailəsinin ikiyaşlı körpə və altıyaşlı uşaq daxil olmaqla yeddi üzvünü qətlə yetirməsi nəyə dəyməz. Onlar tamamilə ədalətli olaraq göstərirlər ki, səs-küylü faciə 2015-də baş verib və “cəngavərlər”in həyata keçirdikləri başqa cinayətlərdən sonrakı kimi o zaman intizamı gücləndirmək və əndazəsizliyə son qoymaq Rusiya hərbi rəhbərliyinin ağlına gəlməyib. Qeyd edək ki, bazada “intizam”a indiyədək onun öz qüvvələri nəzarət edib. Belə çıxır ki, madam hərbi polis bölmələrini bura atmaq lazım gəlibsə, durum güclü şəkildə psiləşib? Özü də çox təcili qaydada, “qondarılması” asan olan sənəd imzalanmadan. Çünki baza üzrə 1996-cı il tarixli Rusiya-Ermənistan sazişində yeni bölmələr yaratmaq hesabına RF hərbi kontingentini artırmağa imkan verən bənd var. Amma uyğun “kağızlar”la rəsmiləşəndən sonra.

Lakin Ermənsitanda sual edirlər ki, bazada hərbi polis Rusiyanın gerçəkdən nəyinə gərək olub? “Respublikann işğalı” daxil olmaqla versiyalar xeylidir. “Вне строк” internet portalının yazdığına görə, “Ermənistan cəmiyyətində Rusiyanın mahiyyətcə Ermənistana soxulmasını populyarlaşdırmağa çalışan müəyyən strukturlar var” ki, bu da respublika vətəndaşlarının “fiziki güvənliyini və dövlətçiliyi sarsıtmağa” işləyir: “kimsə çox güclü şəkildə istəyir ki, təpədən-dırnağa silahlı bu adamyeyənlər yığını öz əmriylə Ermənistan şəhərlərində patrulluq etsin”.

Habelə fikir var ki, Rusiya özünün Yaxın Şərq planlarından çıxış edərək Cənubi Qafqazda iştirakını gücləndirir. Amma çoxları əmindirlər ki, hərbi polis RF-yə Ermənistanda qüvvə toplayan antirusiya gücləri “boğmaq” üçün gərəkdir. “Первый армянский информационный” internet portalı Rusiya hərbi polisinin respublikada yerləşməsinin bir neçə “görkəmli aspektləri”ni sadalayıb: legitimliyin olmaması, bazanın mandatına uyğunluğa şübhə, olduqları ölkənin güvənliyini qorumaq imkanı, hərbi obyektdəki durum əlavə nəzarət və əndazəsizliyin dayandırılmasını tələb edərsə. Məsələ belə qoyulur: “Hətta Rusiya mətbuatı yazır ki, RF ordusunda qeyri-nizamnamə münasibətləri effektsiz idarəçiliyin, kök atmış korrupsiyanın nəticəsidir. Zəmanət haradadır ki, bu köklü qüsurlar aradan qaldırılmadığı halda hərbi polis bölmələri sabitsizliyin yeni ocağı olmayacaq?”

Habelə bu xüsusda “təşviş” ifadə olunur ki, Rusiya hərbi polisi Ermənistanın “daxili-siyasi inkişafına” qarışa bilər: “Moskva sovetsonrası məkanda “rəngli” deyilən inqilabları bomağı özünə borc bilərək … dəfələrlə eyham vurub”.

Və sonra: “Rusiya Rusiya-Qərb qarşıdurması fonunda müxtəlif formal və qeyri-formal bəhanələr altında ölkəmizi poliqona çevirərək Ermənistanda hərbi iştirakını gücləndirir. Heç kim iddia etmir ki, Ermənistan siyasi elitası düşünülməmiş siyasətlə Ermənistanın güvənliyi üçün yeni risklər doğurmaqla Ermənistan-Rusiya münasibətlərini kəskinləşdirməlidir, amma başqa yandan, hökumət Rusiya hərbi bazasının xarici aləmdə Ermənistanın müstəmləkələşdirilməsinin rüsvayçı simvolu kimi qavranmasına yol vermədən Ermənistan-Rusiya münasibətlərində ölkəmizin subyektliyini maksimal dərəcədə təmin etməyə borcludur”.

Başqa bir Ermənistan nəşri – “Lragir” – Gümridə RF hərbi polisinin formalaşmasını Rusiya prezidentinin Türkiyə səfəriylə bağlayır: “Diqqətçəkəndir ki, Putin Ankaraya getməmiş Ermənistanda Türkiyəyə əzələ göstərib… Ehtimal belədir ki, Rusiya hansısa operativ vəzifəni həll edir… bir yandan Türkiyəyə əzələ sərgiləyir, o biri yandan isə hərbi polisin köməyi ilə Ermənistanda nədənsə sığortalanır”.

Burada yad etməyinə dəyər ki, Ermənistan parlamenti aprelin əvvəlində yeni Konstitusiyaya uyğun olaraq respublikanın birinci simasını baş nazir seçəcək. O, demək olar, hökmən gedən prezident Serj Sərkisyan olacaq. Yenisi artıq seçilib, Ermənistan parlament respublikasına keçid etdiyindən ona faktiki olaraq “İngiltərə kraliçası” rolu ayrılıb. Yəni Sərkisyan ölkəni idarə etməkdə faktiki olaraq üçüncü müddətə gedir – hesab olunur ki, Əsas Qanun da buna uyğun dəyişdirilib.

Ermənilərin çoxu Sərkisyanın siyasi “uzunömürlülüyündən” narazıdır və üsyan mümkündür. Amma Rusiya ondan razıdır: O, AB ilə assosiativlik sazişi imzalamaqdan imtina edərək Ermənistanı Avrasiya Birliyinə daxil edib; onun dönəmində RF və ER birləşmiş qoşun qruplaşması yaradıb; bir sözlə, o, Moskvanın irili-xırdalı bütün tələblərini icra edib. Belə ki, Moskvanın respublikada onun baş nazirliyi ilə bağlı “yaz kəskinləşməsi”ndən ehtiyat edərək hazırda Sərksiyanı sığortalaması istisna deyil. Amma bunun Ermənistanda Rusiya hərbi polisinin formalaşımasına dəxli olduğunu güman etmirəm.

Hüquq müdafiəçisi Artur Sakunts maraqlanır: “Doğrudanmı, bu, hərbi polis olacaq, yoxsa bu bəhanə altında Ermənistana tamamilə başqa silahlı bölmələr daxil ediləcək? Suriyada Rusiyanın necə hərəkət etdiyini və ora kimləri göndərdiyini artıq görmüşük”.

Madam belədir, daha bir sual meydana çıxır: bazadakı “yenilik”dən kimin daha çox qorxması lazımdır və münaqişələrə yamaqlanan Cənubi Qafqaz və Yaxın Şərqin qarşısında daha hansı sarsıntılar durur?

Lakin burası da var ki, Ermənistanda Rusiya hərbi polisinin formalaşmasında heç bir konspirologiya axtarmamaq da mümkündür.  Məsələn, hakim “Respublika Partiyası”nın deputatı Miqran Akopyan bundan azaddır  – o öz vətənində bu cür bölmənin varlığının gərəkdiyinə əmindir, çünki Gümri bazasında meydana çıxa biləsi problemləri heç cür Ermənistan hərbi polisi deyil, Rusiyanınkı həll etməlidir. O deyib: “Mən burada heç bir təhdid görmürəm, çünki Rusiya hərbi qruplaşması Ermənistanın güvənliyinin ən önəmli tərkib hissələrindən biridir”.

Və ümumiyyətlə, hüquq müdafiəçisi Larisa Alaverdyan hesab edir ki, Rusiya “heç nəyi pozmayıb” və problem Ermənistan cəmiyyətindəki informasiya qıtlığındadır ki, bu da saysız-hesabsız şayiə və spekulyasıya doğurur. O, jurnalistlərə deyib ki, istənilən xarici hərbi kontingentin bu və ya başqa ölkə ərazisində iştirakı cəmiyyətdə suallar doğurur. Buna görə də bu cür kontingentin məqsəd və vəzifələri haqda vətəndaşları tamdəyərli məlumatlandırmaq hökumətin borcudur.

Lakin Rusiyanın sazişi “pozduğunu” sayanlar açıqca azlıqdadır. Bu arada Rusiya hərbi bazasına həmlələr hələlik öz zirvəsinə yetməyib, amma getdikcə daha da irrimiqyaslı olur. Və Rusiya hərbi polisi Ermənistana gələnədək uyğun saziş bağlansaydı, onunla bağlı oyunu uydurmalardan və izafi rezonansdan qurtarardı. Bu edilməyib – belə çıxır ki, Moskva xəlvəti hərəkət edib. Uyğun olaraq polisin Gümridə yerləşmə legitimliyi və patoloji fitnəkarlığı haqda danışıqlara təəccüblənməyi lazım deyil. Lakin Rusiya tez-tez pis duruma düşür, çünki hələ də sovet ətaləti üzrə “kiçik qardaşlar”ın milli duyğuları onu az maraqlandırır. Amma nahaq: axı bu, yekunda onunca özünə qarşı dönüşür. Meşədə və ya suveren dövlət həddində yerləşən insan populyasiyasında yanğını böyük səylər və az qanla söndürməkdənsə, qarşısını almaq daha asandır. Ocaqların isə yenidən alovlanmaq şakəri var.

Tərcümə Sterateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə