XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 11:04

ABŞ 2019-cu ilədək İranda hakimiyyəti dəyişəcək:bombalamaqla deyil, ölkədəki narazı qrupları hərəkətə gətirməklə – Araşdırma

Avigdor Eskin

regnum.ru, 05.04.2018

 

Washington Post” qəzeti və beynəlxalq KİV-lər İranın müzakirə edildiyi İsrailin məxfi toplantısından sızmanı geniş sitat gətirir. Mossad başçısı Yosi Koen sonarkı siyasətin müəyyən edilməsinin gedişində “100% dəqiqliklə” bildirib ki, İran nüvə silahının hazırlanmasıyla məğul olmağı davam etdirir. Dərc edilən məlumata əsasən, Yosi Koen İranla sazişi pozmağı və ayətullah rejiminə basqını gücləndirməyi zəruri sayır. Bu cür sızmalar tez-tez “təntənə baisləri”nin özlərinin təşəbbüsüylə baş verir. Ciddi təkzibsizlik halında nəticəyə gələ bilərik ki, Mossad İranla sazişi bu gün fəlakətli səhv sayır və məhvedici nəticələrin cüziləşdirilməsində iştiraka hazırdır. Bu cür dürüst yığcamlıq adətən İran nüfuzunun Yəmən, İraq və Suriyaya yayılmasına aid edilir. Mossadın indiki başçısının sələfləri İranla bağlı işlərə qiymətlərində birmənalı deyildi, ya da onunla sazişi “lap zəif şər” sayırdılar. MKİ-dəki və Qərbin başqa xüsusi xidmətlərindəki həmkarları kimi.

Eyni zamanda İsraildə bu sazişə münasibətdə şəkkak əhvali-ruhiyyə həmişə güclü olub. Keçmiş müdafiə naziri Ehud Barak İrana nisbətdə  xüsusən qətiyyətli köklənmişdi. Benyamin Netanyahu ən parlaq və amansız ritorikasıyla seçilib, amma işdə ehtiyatlıdır. Bəzən elə gəlir ki, onun İranla sazişə müqaviməti hənəkləşməkdir. Yəni çıxış edir və yaxşılaşdırılmış şəraitə nail olmaq üçün təzyiqi artırır, amma sazişin özünə qarşı heç nəyi yoxdur.

2015-də sazişin qüvvəyə mindiyi gündən bəri vaxt keçdikcə qəbul olunub ki, İran öz nüvə proqramnı dayandırıb və sanksiyaların zəiflədilməsiylə kifayətlənir. Ancaq müzakirə olunan sızma göstərir ki, çox ehtimal ki, İsraildə İranın sazişi pozduğunun yüzfaizli sübutları var. Müzakirə edilən sızmanın müddətinə diqqət yetirməmək çətindir. ABŞ prezidenti milli güvənlik üzrə ən önəmli müşavir vəzifəsinə Con Boltonun təyin edildiyini bildirib. ABŞ-ın BMT-dəki keçmiş təmsilçisi, ardıcıl mühafizəkar, baxışlarına görə Şimali Karolinadan mərhum senator Cessi Helmsə yaxın adam. İsrailin keçmiş müdafiə naziri Şaul Mofaz onun təyinatının bildirişindən sonra Amerikanın İraqa müdaxiləsindən bir-iki il sonra Boltonun İranın nüvə potensialını məhv etməyi necə təkidlə təklif etdiyindən danışıb – İsrailin İraq və Suriya ilə etdiyi kimi. İsrail fəal tədbirlər görmək niyyətinə düşəndə amerikalılar, adətən, “xeyr”, ya da “sabah” deyirlər. Burada isə İsrailin iradəsinə zidd olaraq onu önləyici fəaliyyətə hərəkətləndirmək üçün birbaşa müraciətdir.

Əlbəttə, Vaşinqton Obama dönəmində İsraili cilovlamaq üçün  hər şeyi edib. Amma indi hər şey dəyişilib. Donald Tramp seçkiqabağı kampaniyanın gedişində İranla sazişi tarixdə ən pis sazişlərdən biri adlandıraraq onu pozmağı vəd edib. Hakimiyyətə gələndən sonra İran mövzusuna baxılmasını müəyyən bir müddətə təxirə salıb. Sanki Trampın müşavirləri və əsas fiqurları qəti şəkildə İranla sazişin pozulmasına qarşıdırlar. Buna baxmayaraq, Tramp ilkin niyyətlərini unutmayıb. O bu gün böyük hissəsi “İranı yastılatmaq” istəyən adamlarla çevrələnib. Con Bolton artıq ucadan elan edib ki, bu ilin axırınadək İranı hakimiyyət dəyişikliyi gözləyir.

Və burada hökmən qeyd etmək lazımdır ki, hətta Bolton da İranı bombalamaq planlarından danışmır. İraq və Liviya təcrübəsindən ibrət alan amerikalılar İranda bu cür eksperimentlər aparmağa tələsmirlər. Amma, bax, ölkə daxilindəki narazı qruplara yardım daha effektlidir. Kinayəlidir, amma İranda etirazların son dalğası əsla kənardan təşkil olunmamış və maliyyə ilə möhkəmləndirilməmişdi. Amma buradan nəticə çıxmır ki, Qüdsdə və ya Vaşinqtonda heç kim etirazların miqyasına və onun bu gün də sönməyən közərtisinə diqqət yetirməyib.

Mossadda İran məsələsi üzrə vahid fikir yoxdur. İsraillilərə bu halda tərəddüd və gözləmək xasdır. Orada çoxları hesab edirlər ki, ayətullah rejimi Qərblə iqtisadi yaxınlaşma zamanı mədəni, fars mədəniyyətinə söykənən Yaxın Şərq dövlətinə təkamül edəcək. Amma onlar öz hesablamalarında yanılıblar.

1978-də İsrailin dostu olan şah ayətullah Xomeynini öldürməyi xahiş edərkən də Mossadın başında duranlar səhv ediblər. İsraillilər ölçüb biçərək qət ediblər ki, başqa ölkənin daxili işlərinə qarışmağına dəyməz. Sonra buna təkcə onlar təəssüflənməyiblər.

Mossad bu günə kimi qonşu ölkələrdə siyasi həyata təsir etmək bacarığıyla seçilməyib. Daha doğrusu, Mossada siyasi proseslərə qarışmaq deyil, İsrailə qarşı birbaşa təhlükələri aradan qaldırmaq xas idi. Misirdə islamçı rejimin prezident Sisinin indiki hakimiyyətinə dəyişilməsi istisna təşkil edir. Amma amerikalılar məhz geniş və sistemli kökləniblər. Siyasi müxalifətin yardımıyla yanaşı nöqtə əməliyyatlarını da istisna etmək olmaz.

Xeyli əminlik payı ilə söyləmək olar ki, ABŞ İranla sazişdən çıxacaq. İran üçün bürkülü dönəm başlanacaq.

Tərcümə Strateq.az-ındır.

 

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə