XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 16:35

Türkiyə-ABŞ əməkdaşlığının yeganə sahəsi –NATO üzrə iki müttəfiq İraqda barışa bilər - TƏHLİL

Egecan Alan Fay

“Əl-Ərəbiyyə”

 

Bu ilin fevral ayında Türkiyənin hökumət mənbələri qürurla bəyan edib ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Küveyt şəhərindəki beynəlxalq donor konfransında iştirak edərkən, bölgədə ən çox vəsaiti İraqın yenidən qurulmasına verəcək.

Üç gün davam edən tədbirə vətəndaş cəmiyyəti nümayəndələri, yüksək səviyyəli dövlət rəsmiləri və QHT təmsilçiləri qatılıb. İraq hökumətinin tələb etdiyi təxminən 88 milyard $-dan ümumən 30 milyard $ vəsait toplanılıb.

Çavuşoğlu “tweet”ində İraqla bağlı yazmışdı: “…qonşu, dost və etibarlı tərəfdaşdır, biz həmişə iraqlı qardaşlarımızın yanında olacağıq”.

Bu qərar ekspertlər üçün gözlənilməz olmayıb, çünki Türkiyənin iqtisadi böyüməsi, daxili təhlükəsizlik və regional istəklər Ankaranı Bağdad və Ərbilə bağlayır.

Türkiyənin İraqa münasibəti Ərbildə İraq Kürdüstanı Regional Hökuməti (İKRH) ilə və Bağdadda İraq federal hökumətlə balansa əsaslanır. ABŞ-ın sabiq Ankara səfiri Ceyms Cefrinin dediyi kimi: “Türkiyə hər iki yumurtanı səbətdə saxlamağı istəyir”.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı, İraq üzrə ekspert Bilal Vahab deyir: “Mən heç də təəccüblənməmişdim. Çünki İraq, xüsusilə İKRH Türkiyənin 2 və ya 3-cü ən böyük ticarət tərəfdaşıdır”.

2010-cu ildə Bağdad-Ankara əlaqələri sabiq baş nazir Nuri əl-Malikinin avtoritarizmi və İraqdakı zərərli məzhəb ritorikası ucbatından korlanmışdı. Bir müddətdir ki, Türkiyə cənub qonşusu ilə yeni “tamaşa oynamağa” çalışır. Ankara və Bağdad 25 Sentyabr (2017-ci il) kürd referendumu zamanı bir-birinə dəstək verib. Bu, Türkiyənin İraqda, yaxud Suriyada istənilən müstəqil kürd hökumətinin yaranması ilə, İranda və son olaraq Türkiyənin özündəki böyük kürd azlıqlarında domino effektinə səbəb olacağına dair türk qorxularından yaranıb.

Tehran da bu qorxuya düşərək muxtar bölgədə müvəqqəti olaraq müxtəlif qadağalar tətbiq edib, həm Ankara, həm də Bağdada tam dəstək verib. İraqlı kürdlərə son zərbə ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonun “referendumun həssas vaxtı ilə əlaqədar səs və nəticələrin qanuni olmadığını” bəyanatı olub.

2017-ci ilin sentyabr ayının sonuna qədər Türkiyə diplomatik balansı Ərbildən Bağdadın xeyrinə dəyişib. Heç bir beynəlxalq dəstəyi olmayan, təcrid edilmiş İraq Kürdüstanındakı referendum uğursuzluğa düçar olub.

Amma Ankara Bərzaninin təşəbbüsünü qəbul etmək istəməsə də, İKRH ilə Türkiyə arasındakı 2,5 milyard dollarlıq ticarətə xələl gəlməyib. Həm də Ankara ilə Ərbil arasındakı əlaqələrin sürətlə bərpası Ankara və Bağdadı kürdlərin öz müqəddəratını təyin etmək cəhdləri ilə yaradılan qarşılıqlı zəmanətdən faydalanaraq yaxından əməkdaşlıq etməyə məcbur etməyib.

Bilal Vahab deyir ki, “Türkiyə İKRH-ni itirmədi, həm də İraqı qazandı. Mən bunun Türkiyə üçün bir qələbə olduğunu söyləyə bilərəm”.

Referendumdan bir neçə həftə sonra İraq baş naziri İbadi Türkiyəyə gəlib. O, Bağdadın terror təşkilatı Kürdüstan İşçi Partiyasına (PKK) qarşı mübarizə aparacağına razılıq verib və müharibədə zədələnən Kərkük-Ceyhan neft boru kəmərinin yenilənməsinə dair danışıqları başladıb.

İranın təşəbbüsləri İraq Kürdüstanına çox pis təsir göstərib. Kərkük şəhəri daxil olmaqla, yeni ərazilər 2017-ci ilin oktyabrında İraq hökumət qüvvələri tərəfindən geri alınıb. Vahab deyir: “İran Kərkükdə iraqlılara kömək etmək üçün öz agentlərini göndərdi. Yəni Kərkükün geri alınması planı İran tərəfindən tərtib edilmişdi, İran tərəfindən idarə olundu. Beləliklə, Türkiyə buna getmədi, kürd baş naziri isə Ərdoğanla görüş xahiş etdi”.

Bağdadla yaxınlaşmaya baxmayaraq, Ankaranın İKRH ilə ticarətə hələ də ehtiyacı var. Yaxın Şərq Siyasəti İnstitutunda “Kürdistan” layihəsinin direktoru Dilman Əbdülqadir deyir: “İnvestisiyalar Ərbil üçün nəzərdən keçirilir, amma Türkiyə İraqın ərazi bütövlüyünə tərəfdardır, yəni türklər bu birliyin möhkəmləndirilməsinə davam edəcək, amma indi kürdlər bunu başa düşürlər”.

Türk xarici siyasəti ilə eyni xətdə olmuş Reks Tillerson da ABŞ-ın” vahid, federal, demokratik və firavan İraqı” dəstəklədiyini demişdi.

ABŞ və Türkiyə son bir neçə ay ərzində ağır əlaqələri bölüşürlər. Bununla bərabər, İraqın yenidən qurulması hər ikisinin gündəmdədir, həm də əməkdaşlıq üçün unikal imkandır. Sabiq səfir Cefri deyir: “Türkiyə ABŞ-lı birlikdə İrana maneə törətməkdə maraqlıdır. Ankara ilə Vaşinqton arasında İraqın yenidən qurulması üzrə ikitərəfli danışıqlar gedir. Amerikanın və Türkiyənin fikirləri, İraqın İrana doğru sürüklənməsinə baxmayaraq, İraqın Qərbə tam inteqrasiyasıdır. Məsələ ondan ibarətdir ki, həm Türkiyə, həm də ABŞ bəzən İraqda dərin rəqabət aparır”.

Suriyadan fərqli olaraq, İraqda iki NATO müttəfiqi ümumi maraqları paylaşır. Bunlar arasında İraqda federal birliyinin saxlanılması, İranın nüfuz dairəsini məhdudlaşdırması və İraq iqtisadiyyatında sabitlik, İraqın Qərbə inteqrasiyası mövzu ilə əlaqələndirilir.

İraqın yenidən qurulması üçün böyük bir maneə var. Qeyri-sabitlik və müharibə ölkəsində evinə qayıtmaqda çətinlik çəkən 5,7 milyon məcburi vətəndaş. İraqlıların təxminən 60 faizi iyirmi beş yaşındadır və bir çoxları təhsilini yarımçıq qoyublar.

Gündəlik həyatı bərpa etmək üçün hələ də mina təhlükələrinin ləğvi , polisin normal fəaliyyəti və müharibədən sonrakı sülh danışıqları gərəkdir. Hər şeydən əvvəl ölkədə korrupsiyaya problemi var, baxmayaraq ki, hökumət əhəmiyyətli islahatlara başlayıb.

Küveyt zirvəsində 30 milyard dollar toplama – İraq üçün kiçik müvəffəqiyyətdir. Amma bu, tarixi müttəfiqlər arasında qarşılıqlı əsaslı əlaqələrin möhkəmləndirilməsi üçün unikal imkandır.

Türkiyə 5 milyard dollarlıq girovun necə həyata keçiriləcəyini açıqlamayıb. Bu pulun suveren kreditlər, ianələr və ya xüsusi sərmayələr şəklində olub-olmayacağında bir çox qeyri-müəyyənlik var.

Bilal Vahab deyir: “Türkiyənin ayırdığı vəsait hökumət girovudur, amerikalı investorlar isə İraqda işləmək üçün daha çox kredit xətti açacaq”.

ABŞ dövlət katibi Reks Tillersonun istefası, Afrindən sonra Mənbicə hücum çağırışları əməkdaşlıq üçün çətinlik yaradır. Hər halda, uzun müddətdə ilk dəfə olaraq amerikalılar və türklər bölgədə ümumi gündəmə sahibdirlər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə