XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 11:30

Təcavüzkar müharibəni başlayan liderlər cəzasız qalmamalıdır –Prinston Universitetinin professorundan ədalətə çağırış - ARAŞDIRMA

Peter Singer

“Project Syndicate”

 

Keçən ay “New York Times”-da ABŞ-da yaşayan iraqlı yazıçı Sinan Antunun künc sütununda İraq müharibəsinin 15-ci ildönümü ilə əlaqədar “On beş il əvvəl Amerika mənim ölkəmi məhv etdi” adlı sərt yazı dərc edilib. Antun həm Səddam Hüseynin qəddar diktatorluğuna qarşı çıxır, həm də ABŞ-ın 2003-cü ildəki işğalının ölkəni xaosa çevirib, etnik gərginliyə yol açması və yüz minlərlə dinc sakinini öldürüldüyü barədə yazıb.

Müəllif qeyd edib ki, bölgəni qeyri-sabitləşdirməklə, bu müharibə İraq ərazisinin əhəmiyyətli bir hissəsini işğal edərək İŞİD-in yüksəlişinə imkan yaradıb, opponentlərinin boynunu vurdutdurub, ezidi azlığa qarşı soyqırımı törədib və bütün dünyada terrorizmi yaymağa başlayıb.

Saddamı devirmək üçün başladılan müharibə, şübhəsiz, faciəli bir səhv idi. Antun bunun da cinayət olduğunu iddia edib. Bu doğru iddiadırsa, işğalın icraçıları hələ də azadlıqdadır.

Bir çox amerikalı bilməlidir ki, prezident Corc Buş və administrasiyanın digər üzvlərinin, o cümlədən vitse-prezident Dik Çeyni, müdafiə naziri Donald Ramsfeld və bu yaxınlarda prezident Donald Trampın növbəti milli təhlükəsizlik məsləhətçisi təyin etdiyi Con Bolton da daxil olmaqla, hamı – hərbi canidir.

Əksər britaniyalılar bu işıqda baş nazir Tony Bleri düşünməyəcək. Ancaq onun cinayət törətdiyini söyləyən iddiaçı heyrətamiz dərəcədə güclü dəlilə sahibdir.

Təcavüzkar müharibə törətmənin cinayət olması fikri ən azı 1919-cu ildə, Versailda kayzer II Vilhelmə deyilmiş, onun “beynəlxalq əxlaqa qarşı ən böyük cinayətə görə” mühakimə olunması təmin edilmişdi.

Birinci və ikinci dünya müharibəsindən sonra təcavüz müharibələrin başlanması və aparılması Nürnberq Məhkəməsi zamanı Beynəlxalq Hərbi Tribunalın cinayətkarların məhkum edilməsi üçün dörd əsas ittihamdan biri idi. Canilərin arasında reyxsmarşal Hermann Görinq, xarici işlər naziri Yoaxim fon Ribbentrop və feldmarşal Vilhelm Keytel vardı.

Məhkəmələrdən sonra BMT-nin Beynəlxalq Hüquq Komissiyası Nürnberq prinsipləri kimi tanınan bir sənəddə əsaslandırılmış hüquqi prinsipləri kodlaşdırıb. Həmin prinsiplər beynəlxalq hüquqa əsasən, cinayət törədən hər kəsin məsuliyyət daşıdığını və davranışlarının qanunauyğunluğundan asılı olmayaraq, fəaliyyət göstərdikləri ölkənin daxili qanunvericiliyinə əsasən cəzalandırılmasını nəzərdə tutur.

Sənəd beynəlxalq hüquqa əsasən bir sıra cinayətləri, o cümlədən “Beynəlxalq müqavilələri, razılaşmaları və ya sübutları pozmaqla, təcavüzkar müharibə və ya müharibənin planlaşdırma, hazırlama, təşviq etmə və ya aparılması” və “Ortaq plan və ya qəsdə qoşulma” kimi cinayətlərin təsnifatını verib.

ABŞ və Böyük Britaniya Nürnberq məhkəmələrində aparıcı rol oynayıblar. Əgər onlar öz liderlərinə eyni standartları tətbiq etməsələr, bu ikiyüzlük deyilmi?

İraqın işğalı başqa bir ölkəyə hücum etməyən və ya onu təhdid etməyən bir ölkəyə qarşı təcavüz idi. BMT Nizamnaməsinin pozulması da budur: “Bütün üzvlər beynəlxalq əlaqələrində Birləşmiş Millətlər Təşkilatının məqsədinə zidd olaraq hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya istifadədən çəkinməlidirlər”.

Buş və Bler Təhlükəsizlik Şurasının hücum üçün icazə almaq istəyib və İraqın silahsızlaşma razılığını pozduğunu iddia ediblər. Lakin Fransa, Çin və Təhlükəsizlik Şurasının digər üzvləri Səddamda kütləvi qırğın silahının olub-olmadığını müəyyənləşdirmək üçün İraqdakı silah müfəttişlərinin işlərini davam etdirməyə icazə verildiyini iddia edərək bundan imtina edib. Buna baxmayaraq, Buş və Bler hücumu davam etdiriblər.

Bolton həmin dövrdə ABŞ Dövlət Departamentinin Silahla Mübarizə və Beynəlxalq Təhlükəsizliyə Yardım üzrə katibi, təcavüzkar müharibə üçün “ümumi plan”ın bir hissəsi idi. O, Buş administrasiyasının ona dəstək vermək xətti ilə razılaşmayan kəşfiyyatçılarını aldadıb.

Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivinin əməkdaşı Con Prados bunu belə şərh edib: “İraqda çalışan analitiklər Buş administrasiyasının eşitmək istəmədiyi cavablar verdikdə, öz karyeralarını təhlükəyə düşə biləcəyini bilirdilər”.

Buş administrasiyası yalan və yanlış dəlilləri əsas gətirdi, xüsusilə də, neft zəngin İraqı işğal etmək üçün əvvəlcədən müəyyən edilmiş qərara haqq qazandırmaq naminə guya Bağdadın Nigeriyadan uran almağa çalışdığını göstərən saxta sənədlər hazırladılar.

Bler işğalı Səddamın insanlığa qarşı cinayətlərini dayandırmaqla əsaslandırdı. Avstraliyanın sabiq xarici işlər naziri Qaret Evans öz memuarlarında və humanitar müdaxilənin haqlı olduğuna dair beynəlxalq düşüncənin əsasını təşkil edən “Qorumaq üçün məsuliyyət” doktrinasının əsas müəllifi kimi bu iddianı rədd edib. O, Səddamın 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində müdaxiləyə haqq qazandıracaq zülmlərə yol verdiyini etiraf edir, ancaq 2000-ci illərdə Səddamın bu cür davranışda olması – “dünyada silsilə insan hüquqları pozucularından biri olması” fikri səhvdir.

Buş və ya onun administrasiyasının hər hansı bir üzvünün təcavüzkar müharibəni başlamaya görə cinayət məsuliyyətinə cəlb olacağı ehtimalı yoxdur. Belə bir mühakimə üçün açıq yer Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ola bilərdi. Prezident Bill Klintonun BCM barədə müqaviləni imzalamasına baxmayaraq, oğul-Buş administrasiyası bu imzanı geri çəkdi və ABŞ hələ də müqavilə iştirakçısı deyil.

Ancaq bu, İraqa hücumun cinayət xarakterini müzakirə etmənin heç bir mənası yoxdur. Tramp vəzifəyə gələndən beynəlxalq təzyiqlər artır. Boltonun təyin edilməsi də, onun İran və Şimali Koreyaya qarşı ultra baxışları nəzərə alınmaqla, bu təzyiqləri möhkəmləndirəcək.

Təcavüzkar müharibənin səhv olduğunu və cinayətin cəzasız qalması halında hər zaman təkrarlana biləcəyini xatırlatmanın vaxtıdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə