XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 11:20

Yeni müşavirin Şimali Koreyaya hücum planı –Bolton beynəlxalq hüququ çeynəmək istəyir - TƏHLİL

Skott D. Saqan, Allen S. Wayner

“The New York Times”

 

Con Bolton – prezident Trampın yeni milli təhlükəsizlik məsləhətçisi bazar ertəsi, aprelin 9-da vəzifəsinin icrasına başlayacaq. Altı həftə əvvəl o, “Şimali Koreyanın ilk cəhdinə qarşı hüquqi əsas” başlıqla “Wall Street Journal”-da Şimali Koreyaya hücumun planını ortaya qoyub.

“Şimali Koreya ilə bağlı ABŞ kəşfiyyatının boşluqlarını nəzərə alaraq, son dəqiqəyə qədər gözləməməliyik”, – deyə Bolton xəbərdaredici hücum barədə yazmışdı.

Cənab Boltonun hüquqi təhlili səhvdir və onun strateji məntiqi təhlükəlidir. 2003-cü ilin İraq müharibəsində etdiyi kimi, o, önləyici və çəkindirici hücumlar arasında əhəmiyyətli fərqləri gizlədir.

Daniel Vebsterin 1837-ci ildə Karolin məhkəmə iddiasının şərhinə əsaslanan beynəlxalq hüquq qaydalarına görə, çəkindirici (pre-emptiv) hücum qanuni ola bilər, ancaq yalnız düşmənin hücumu labüddürsə – o zaman özünü müdafiə etmə “ani” və ” əzici”dir.

Məsələn, əgər Amerikanın Şimali Koreyanın öz hərbi qüvvələrinə xəbərdarlıq etdiyini və raketlərin atılması və ya uzun məsafəli raketləri yerləşdirilməsinə dair ABŞ kəşfiyyatının məlumatları varsa, Birləşmiş Ştatlar hücumun gözlənilməz və labüd olacağı fikrini qəbul edə bilər və qanuni olaraq, beynəlxalq hüquqşünasların “əvvəlcədən təyin olunmuş özünü müdafiə” adlandırdıqları şəkildə zərbə endirmək haqqına malikdir.

Ancaq Amerika prezidenti Tramp Şimali Koreyanın raket proqramını davam etdirdiyini və bunun nüvə silahlarının inkişafı ilə nəticələnəcəyini düşündüyü üçün (son nəticədə bu, Pxenyanın ABŞ şəhərlərini risk altında tutma qabiliyyətini artıracaq) ABŞ Şimali Koreyaya hücum edərsə, bu həmlə artıq “gözlənilməz” və ya “pre-emptiv” olmayacaq.

Koreya lideri Kimin ABŞ-ın bir gün hücum edə biləcəyi qorxusu ilə Şimali Koreyanın Amerikaya qarşı həmləsi də, eyni şəkildə, hüquqi cəhətdən çəkindirici deyil.

Çəkindirici hücumlar beynəlxalq hüquq və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə qanuni deyil. Həqiqətən, nizamnamədə belə bir əməliyyatdan bəhs olunur. Amma bu – “təcavüzdür”.

Vicdansız bir hüquqşünas iddia edə bilər ki, Şimali Koreyaya edilən hücum ilk həmlə deyil, davamlı bir qarşıdurmada başqa, növbəti bir həmlədir, çünki 1953-cü ildə Koreya müharibəsi sülh müqaviləsi ilə tamamlanmayıb. Müharibənin dayandırmanın qeyri-müəyyən müddəti nəzərə alınmaqla, hərbi əməliyyatların bərpası yeni hüquqi əsaslandırma tələb edir.

Prezident Trampın Şimali Koreyaya qarşı özünümüdafiə zərbəsi üçün konstitusiya səlahiyyətindən məhrum olması səbəbindən daxili hüquqi məsələ yaranır. Müharibəni elan etmək səlahiyyəti yalnız Konqresə aiddir. Onun təsdiqi olmadan Ali Baş Komandanın səlahiyyətləri amerikan qüvvələrini döyüş sahələrinə yalnız fövqəladə hallarda və ya hərbi vəziyyətdə, həm də “müharibə elan etmədən” istifadəsinə imkan verir.

Cənab Boltonun “son dəqiqə”ni gözləmədən hücum etmə israrı Konqresin razılığı olmadan prezidentin belə bir həmləni həyata keçirməsi üçün mübahisəli konstitusiya əsası ilə təmin edəcək.

Con Bolton strateji tələblər kontekstində qanunların qiymətləndirilməsinin zəruriliyini ortaya qoyan bir analogiyası var: İsrailin 1981-ci ildə İraqdakı Osirak nüvə reaktoruna və 2007-ci ildə bir Suriya nüvə reaktoruna hücumu.

İsrail üçün heç bir təhlükə olmadığından bu hücumlar, mübahisəsiz, qanunsuzdur. Buna baxmayaraq, biz İsrailin hücumlarına haqq qazandıracağıq, onları müdrik qərar adlandıracağıq, Bağdad və Şamdakı diktaturaların ona qarşı uzun müddətli təhdidlərinın və hücumların müharibəyə sürüklənməsi riskinin nəzərə alaraq.

Həmin hücumlar “qanuni, lakin qeyri-qanuni” adlandırıla bilər. Yəni İsrail iddia edə bilər ki, qanunun rəsmi pozuntularına bəraət verilə bilər, çünki o, dünyanı İraq və Suriyadan gələn yeni nüvə təhdidlərindən xilas edib.

Amma cənab Boltonun analogiyasının təməli pozuqdur. 1981 və 2007-ci illərdə İsrailin preventiv həmləsi və ABŞ-ın hücumlar arasında mühüm fərq onların vaxtı və gözlənilən nəticələridir.

İsrail hələlik aktivləşdirilməmiş İraq və Suriya reaktorlarına hücum etmək üçün nüvə qisasına məruz qalmayıb. Üstəlik, Şimali Koreya ABŞ-a zərbə vurma qabiliyyəti hələ müəyyən olmasa da, Cənubi Koreyaya və Yaponiyaya qarşı nüvə hücumları həyata keçirə, Seulu artilleriya atəşi ilə viran edə bilərdi.

Bu, cənab Boltonun preventiv müharibə təbliğatının son strateji məntiqsizliyidir. Belə hücumun qisassız qalacağı iddiası artıq çox gecikmiş fikirdir. Heç bir Amerika hücumu 100 faizlik səmərəni təmin edə bilməz.

Hətta Şimali Koreyanın bir nüvə silahı olsaydı, o, Seula yönəldilsəydi, təxminən 622 min cənubi koreyalı qətlə yetiriləcəkdi. Bənzər fəlakət Tokioda yaşanardı.

Cənubi Koreyada və Yaponiyada təxminən 250 min ABŞ vətəndaşı və 68 min amerikan əsgəri yaşayır.

Cənab Boltonun əzminə baxmayaraq, Şimali Koreyaya qarşı tolerant bir hərbi variant var. Konqresin prezidentin milli təhlükəsizlik məsləhətçisini təsdiqləməmə səlahiyyəti yoxdur. Ancaq fəlakətli müharibənin ortaya çıxması üçün təhlükəli təhdidləri rədd edə bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə