XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 08:21

Rus ekspert Suriyada ABŞ-Rusiya hərbi qarşıdurması haqda:“Raket zərbələrini sakitcə seyr edib öz bazalarımızı qorumalıyıq” – Təhlil

Rusiyanın Suriyadakı Xmeymim hərbi bazası

 

Yuri Zaynaşev, Mixail Moşkin

Vzqlyad.ru, 11.04.2018

 

Qərblə Rusiya arasında “Suriyada kimyəvi hücum”la bağlı əsəb müharibəsi Rusiya ordusunun hərbi imkanları haqda yeni spekulyasiyalar dalğası doğurub. Xüsusən də təzədən iddia olunur ki, Su-24 bombardmançıları Amerikanın “Donald Kuk” esminesinin elektron içliyini boğmağa, sonra isə onu məhv etməyə də qadirdir.

Çərşənbə axşamı dünya mətbuatında məlumat görünüb ki, Rusiyanın Su-30SM qırıcılarının müşayiətilə Aralıq dənizinin şərq hissəsi üzərindən uçan Su-34 bombardmançıları X-35 raketləriylə silahlanıb. Bu haqda birinci İran jurnalisti Babək Təqvay öz Twitter-ində xəbər verib. Təqvay ABŞ-ın Aralıq dənizinin şərq hissəsində yerləşən “Donald Kuk” esminesinin göyərtəsindən “Tomahavk” raketlərilə Suriyaya hücum ehtimalı haqda əvvəllər xəbərdarlıq edib. İstisna deyil ki, hücuma ikinci esmines – “Porter” də qatılacaq. Türkiyə nəşrləri əvvəllər xəbər verib ki, Rusiya hərbi təyyarələri, ən azı, dörd dəfə “Donald Kuk”un üzərindən uçub.

Eyni zamanda Rusiya mətbuatında və bloq nühitində Rusiya Su-34-ünün Amerika esminesləriylə təkbətək savaşda asan qələbəsini vəd edən bir yığın gurultulu öngörmələr meydana çıxıb. Ciddi nəşrlər, məsələn, Aralıq dənizində müzəffər müharibənin ətraflı ssenarisini dərc edən “gazeta.ru” da belə proqnozları özünə rəva bilib. Qəzet həmin “Kuk” daxil Amerikanın iki esminesini necə neytrallaşdırmağı təsvir edir. O, başlanğıc üçün Amerika gəmilərinin bütün REV (radioelektron vasitələri) boğmaq üçün “Su”-34-ün  göyərtəsində olan radioelektron mübarizə (REM) vasitələrini tətbiq etməyi irəli sürür; nəşr yazır – “onları tamamilə kor etmək”, xoşbəxtlikdən “belə bir təcrübə artıq var”. O həmin “Kuk”la bağlı 2014-cü il 10 aprel tarixdə Qara dəniz akvatoriyasında Rusiya təyyarəsi “Xibinı” REV vasitəsilə guya esminesi “kor etdiyi” haqda səs-küylü əhvalata isnad edir.

Nəşr hesab edir – bundan sonra “qoğallar”ın “kor olmuş” düşmən gəmilərini batırması çətin olmayacaq. Qəzet təxmin edir ki, Su-30SM, Su-35S, Su-34 və Su-24M – gəmi əleyhinə X-35 raketlərilə təchiz edilən, bu cür hərbi uğura tamamilə qabil qırıcı və qırıcı bombardmançılardır. Nəşr bunun ardınca üçüncü dünya savaşının olub-olmayacağı haqda susur.

Analiz, strategiya və texnologiyalar Mərkəzi rəhbərinin müavini Sergey Denisentsev Su-24 bombardmançılarının “Xibinı” radioelektron müqaviməti kompleksi vasitəsilə Amerika esminesinin elektron sistemini sıradan çıxarmaq imkanları haqda spekulyasiyaları tam cəfəngiyyat adlandırıb. Denisentsev “Vzqlyad” qəzetinə deyib: “Bu, sərsəm bir cəfəngiyyatdır”.

O, izah edib ki, aviadaşıyıcının elektron sistemlərini sıradan çıxarmaq üçün maneələr saçma üzrə avadanlıq, heç olmasa, tutuşdurula bilən gücdə olmalıdır. ““Donald Kuk” və bu tip başqa esmineslər çox güclü radiolokasiya sistemlərilə təchiz olunub. Onu elə-belə boğa bilməzsən. “Xibinı” göyərtə komleksi rakettuşlama sistemini boğmaq üçün nəzərdə tutulub. Bu RLS esminesin tuşlama RLS-indən olduqca zəifdir”, – deyə Denisentsev izah və əlavə edib ki, nəşrlərin çoxu REV sisteminin işini zəif təsəvvür edir və “maneələr günbəzi” yaradılması və “yandırılmış elektronika” haqda boş şeylər yazır. Esmineslərə qarşı KİV-lərdə də adı çəkilən REV-də İl-22 PP (PP: rusca abrreviatura – maneə yaradan deməkdir-tərc.) “Porubşik” təyyarələrindən istifadə mülahizəsinə gəlincə, ekspert xatırladıb: onlar rabitə vasitələrinə maneə yaratmağa nəzərdə tutulub.

“Krasuxa” kompleksləri də ən yaxşı variant deyil, çünki zərbə aviasiyasına qarşı durmaq üçün ayrılıb. REV helikopterləri həmin esmineslərə qarşı deyil, yersütü HHM vasitələrinə qarşı işlədilir. Anlamaq üçün sıradakını qeyd etmək yetər. REV kompleksləri elektronika dəstidir, elektronikanın gücü isə o cümlədən fiziki ölçülərdən asılıdır. Anlaşılan səbəblərdən təyyarədənsə prisnipcə gəmi daha çox sayda aparat tutur. Buna görə də təsəvvür etmək asandır ki, “Donald Kuk” Rusiya bombardmançısının imkanlarını tapdalayar. Hurra-vətənsevərlik çıxışlar axını təcrübəli hərbi təyyarəçiləri də əsəbiləşdirir.

“Gəmilərin RLS-nin gücü təyyarə RLS-ninkindən yüz və min dəfələrlə çoxdur. Elə gəmi də özünə bir o qədər yaxınlaşmağa imkan verməz ki, bu maneələr meydana çıxsın. Bir qayda kimi, gəmilərdə bir neçə RLS müxtəlif diapozonlarda durur. Sən birinə maneə yaradıbsansa, gəmi onsuz da səni başqa RLS-lə yenə də görür. Bundan savayı, dinc dövrün tezliyi var, hərb dövrünün tezliyi var. Məsələn, esmines həmin hərbi tezliklərə keçəcək və sadəcə, maneələrdən qurtulacaq. Və hurra-vətənsevərlər onda nə deyəcəklər?” – deyə Rusiya Dəniz Aviasiyasının rəhbərliyinə birbaşa dəxli olan isrefadakı general “Vzqlyad”a müsahibədə soruşur.

General hesab edir: “Amerikalılar Suriyaya zərbə zamanı esmineslərin üstündə qorunmaq üçün hökmən dörd-altı təyyarəni döyüş hava patrulu kimi gözləmə zonasında saxlayacaq və onları daim dəyişəcəklər. Amerikalılar öz esmineslərinə hücum görən kimi onun dəf edilməsi üçün təcili yeni təyyarələr qaldıracaqlar, bu bölgədə ABŞ aviabazaları doludur”.

General xatırladır: ““Tomahavk”ların buraxılış mənzili hətta bizim ağır bombardmançılar üçün də son dərəcə böyükdür. Amerikalılar bizim təyyarələrin sadəcə yanacaq üzrə yaxalaya bilməyəcəyi iki min kilometr mənzillik raketlər buraxa bilirlər”.

Denisentsev də təsdiq edir ki, esmineslər ciddi mühafizə dəstəsilə təmin olunur. Ekspert deyir: “Onlar uzaq radiolokasiya görünüş sahəsi sistemindən istifadə edirlər. Onlar elə şəkildə dururlar ki, radioelektron kəşfiyyat sputnikləri raketin hədəflərə buraxıldığı anda rayonun üzərindən uçsun. Bu, çox mürəkkəb əməliyyatdır. Buna görə də iki esminesə necə məharətlə atəş açdığımızı yazmaq axmaqlqıdır”.

O, gəmiləri sadəcə X-35 raketlərilə məhv etmək ehtimalını “quşbeyinlik” adlandırır.

Sovet HHQ polkovniki, sovet və Rusiya parlamentlərinin keçmiş deputatı, “Vzqlyad” qəzetinin sitat gətirdiyi Viktor Alksnisin xəbərdarlıq etdiyi kimi: “Buna inanan və bizdə təkcə “Donald Kuk”u deyil, həm də bütün ABŞ-ın başından vura biləcəyimiz sehrli çubuğumuzun olduğuna səmimi şəkildə əmin olan vətəndaşlarımıza yazığım gəlir”.

“İndiki botaniklər Su-24-ün bortundan balaca raketciklərlə Amerika aviadaşıyıcılarını kağız gəmi kimi batırarlar, – Dəniz aviasiyası generalı “Vzqlyad” qəzetinə müsahibədə hiddətlənir. – Bir də hətta sovet vaxtı da dəniz raketdaşıyıcı  aviasiyasının komandanlığında (DRA) aviadaşıyıcıların batırılmasından heç vaxt hətta söz də açmayıblar”. General xatırlayır – O zaman DRA-da 15 polk, hər polkda 30 maşın olub, diviziya üç polkdan ibarət idi.

“Təlimlər zamanı aviadaşıyıcıya diviziyadan az zərbənin və uçub getməyin də mənası yox idi. Yəni dərhal 100 Tu-16 təyyarəsi start götürürdü. Hərəsi üç raket aparırdı. Və bu böyük flot təlimin gedişində rəqibin şərti aviadaşıyıcı qrupuna zərbə endirirdi. Lakin hətta bu halda da düşmən aviadaşıyıcısını sıradan çıxarmaq ehtimalı 18-22% təşkil edirdi. Həm də müvəqqəti sıradan çıxarmadan söhbət gedirdi, gəminin məhvi haqda söhbət də getmirdi. Bununla yanaşı, bizim  bu üç polkdan – hesablamaya görə – yekunda, demək olar, heç nə qalmırdı”.

Vzqlyad”ın həmsöhbəti təəssüf edir: “DRA 90-cı illərdən bəri ümumiyyətlə mövcud deyil. Silahlanmasında Tu-22M3 raketdaşıyıcısının nəzəri olaraq əvəzlədiyi Uzaqmənzilli Aviasiya (UA) əvəz edir. Lakin indi UA-da sovet dövründə DRA-da olduğundan xeyli az maşın var. ABŞ-da isə aviadaşıyıcıların sayı azalmayıb”.

Yekun vuraraq başlıca məsələni qeyd etmək olar: həm Amerika esmineslərinə, həm də xüsusən Aralıq dənizi üzrə tələsən ABŞ HDQ zərbə qruplaşmasına zərbələr endirmək üçün Rusiyanın hərbi imkanları qətiyyən yetərli deyil. Təyyarəçilərimizə, dənizçilərimizə, raketçilərimizə qalan, vur-tut, ABŞ Suriyaya zərbə endirərkən sakitcə müşahidə etmək, bir də öz hərbi bazalarımızı təsadüfi raketlərdən qorumaqdır.

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə