XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2018 - 19:57

İKİ NÜVƏ DÖVLƏTİ HARAYADƏK GƏRİLƏCƏK?-ABŞ və Rusiya arasında son anda anlaşma qapıları açıq saxlanıb - TƏHLİL

Nihal Bengisu Karaca

“Habertürk”, Türkiyə, 12 aprel 2018-ci il

 

Suriyada külək yenidən sərt əsməyə başlayıb. Şənbə günü Şərqi Qutaya bağlı olan Dumada həyata keçirilən və 70-dən çox insanın ölümünə səbəb olan kimyəvi silah hücumu ABŞ ilə Rusiya arasınada, ifadə yerindəsə, qılıncların çəkilməsinə səbəb olub. Hər şey o qədər sürətlə inkişaf edir ki, hadisələri sıralamaq belə çətinləşib.

Cəmi bir neçə gün öncə Suriyadan çəkilmə qərarı aldığını elan edən Tramp, Dumada yaşananları “Məsumlara yönəlik xain hücum” olaraq səciyyələndirib və “qarşıdakı 24-48 saat içərisində” bu hücumla əlaqədar önəmli qərarların alınacağını, nə lazımsa ediləcəyini açıqlayıb.

 

Naməlum olan şeyin miqyası

 

ABŞ-ın BMT-dəki səfiri Nikki Haleyin sözləri ABŞ-ın yeddi il ərzində yaşamadığı marriflənməyi, necə hikmətdirsə, indi yaşadığını düşündürəcək cinsdəndir: “Elə bir nöqtəyə çatdıq ki, dünya ədalətin yerinə gəldiyini görməyə məcburdur. Tarix bu anı Təhlükəsizlik Şurasının Suriya xalqını qorumaqda tamamilə uğursuz olduğu bir an olaraqmı, yoxsa öz vəzifəsini yerinə yetirdiyi bir an olaraqmı qeyd edəcək? Hər iki durumda da ABŞ bir cavab verəcək”.

Digər bir mənalı açıqlama isə Ağ evdən gələn və Rusiyanı ittiham edən bu təsbitdi: “Moskva Suriyanın kimyəvi silah proqramını sona çatdırma sözündə durmadı”.

Rusiyanın cavabı gecikməyib. Beyrutdakı səfir Aleksandr Zaspıkin, “ABŞ-ın Suriyaya raket hücumu etdiyi halda, Rusiyanın bu raketləri vuracağı və onların buraxıldıqları yerləri hədəf alacağı” açıqlamasını verib.

Trampın 11 aprel günü tweet ataraq, verdiyi bəyanat isə gərginliyi zirvəyə çıxarıb: “Hazır ol Rusiya, bu raketlər gələcək, hamısı yeni və ağıllı raketlərdir. Öz xalqını öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan”.

Amma maraqlıdır, ardınca bunu da deyib: “Bu gün Rusiya ilə münasibətimiz, Soyuq Müharibə də daxil olmaqla, hər zamankından daha da pisdir. Bunun üçün heç bir səbəb yoxdur. Rusiyanın iqtisadiyyatına yardım üçün bizə ehtiyacı var, bunu etməsi çox asan olardı və bizim də bütün millətlərin birlikdə çalışmasına ehtiyacımız var. Silahlanma yarışı dursunmu?”

Rusiya XİN-in mətbuat katibi Zaxarova, “Ağıllı raketlərin bir neçə ildir öz torpaqlarında beynəlxalq terrorizmlə mübarizə edən legitim hökumətə doğru deyil, terrorçuların olduğu tərəfə doğru uçması lazımdır” deməklə cavab verərək, məlum olanı – Rusiyanın Əsəd rejimini “legitim” hesab etdiyini, rejimin atdığı bombalarla, etdiyi kimyəvi hücumlarla ölən uşaqları belə “terrorçu” sinfinə aid etdiyini və s. təkrarlayıb.

ABŞ-ın başında isə ağlına gəldikcə tweet ataraq balansları alt-üst edən, Pentaqonla, hətta Ağ evdəki əməkdaşları ilə belə ziddiyyət təşkil edən, Obama dövrü ilə şəxsiləşdirdiyi revanş arzusu içində olan bir prezident var. Amma gözlənilməzliyini üstünlük olaraq istifadə etməyəcəyi də naməlum bir  prezidentdir bu.

Bu bu yazının verildiyi an hava hələ də sislidir və fırtına gözləntisi vardır. Suriya İnsan Haqları Müşahidə Evi Əsəd rejiminə bağlı qüvvələrin gözlənilən ABŞ müdaxiləsinə qarşı tədbirlər görmək üçün ölkədəki aerodromları və hərbi bazaları boşaltdığını bildirib.

ABŞ-ın Suriya rejimi ilə əlaqədar olaraq nəsə edəcəyi qətidir. Qəti olmayan o şeyin miqyasıdır.

Əlbəttə, ABŞ Rusiyanı “həddindən artıq” incitməməyə çalışacaq. Amma bu illər boyunca Suriya xalqına yönəlik heç bir konstruktiv həll üçün ciddi təşəbbüs göstərmədiyi, üstəlik, indi özünü öz sözlərilə bağladığı üçün Rusiyanın vəkillərinə, ya da vəkillərindən birinə bir cəza kəsəcək.

 

Vəkillərin müharibəsi

 

Buradan böyük bir müharibə, III Dünya Müharibəsi çıxarmı? Normal şərtlərdə çıxardı, çıxması gözləniləndir.

Lakin dünya müharibəsi üçün ABŞ və Rusiyanın müharibə etməsi lazımdır, bu iki nüvə gücü də bir-birilə “birbaşa” müharibə edərsə, dünyanın sonu olacağını bildikləri üçün hadisələrin bu cür inkişafını dünya müharibəsinə çevrilmədən həll edəcək arxa qapılara sahibdirlər. 

Olan “vəkillər”ə olacaq. Yəni, onların adına döyüşənlərə, onlara görə öz düşərgələrini seçənlərə.

Çünki nüvə güclərinin “birbaşa, qarşı-qarşıya” döyüşə girməmələrinin, yəni, dünya müharibəsinin çıxmamasının hesabı onların “vəkilləri”nin davam etdirdiyi müharibədir. Və o müharibə də, təəssüf ki, heç zaman bitməz. Böyük dünya müharibəsi çıxmaz, amma vəkillərin müharibəsi baş verdiyi coğrafiyanı ruhuna qədər tükəndirər. İllərdir ki, Suriyada olan da budur.

Tərcümə Strateq.az-ındır.