ABŞ bu gün Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
Strateq.az SİTA-ya istinadən bildirir ki, ABŞ prezidentİ Donald Tramp bunu Ağ Evdə çıxışında bildirib.
Onun sözlərinə görə, hava zərbələri bu ölkədə kimyəvi silah obyektlərinə endirilir: “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”.
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir.
“Lakin bu, baş tutmaya da bilər”, – deyə D.Tramp əlavə edib.